Məhkəmə qərarları › İş №2(051)-1151/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1151/2023

13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1151/2023 13.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi, həmçinin Maraqlı şəxs4 Maraqlı şəxs: Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış, ünvan 1 ünvanında yerləşən ümumi yaşayış sahəsi 83.79 kv.m olan 4 otaqlı mənzilin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi Maraqlı şəxs4 əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X2nun mülkiyyətində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.79 kvm olan 4 otaqlı mənzil olmuş və həmin daşınmaz əmlak xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. X2 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun adına olan daşınmaz əmlak miras qalmışdır. Miras açılarkən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda heç kim qeydiyyatda olmamışdır. O, Maraqlı şəxs3 və Maraqlı şəxs2 miras qoyanın digər vərəsələridirlər və miras paylarından imtina etmişdirlər. Atasının vəfatı ilə miras əmlakı qardaşı, yəni təmsil etdiyi şəxs Ərizəçi qəbul edib yas mərasimindən sonra X17 şəhərinə gedib orada yaşayıb işlədiyindən vərəsəlik ilə əlaqədar qanunla müəyyən edilmiş müddətdə Notariat orqanına üzrlü səbəbdən müraciət edə bilməmişdir.Bununla belə belə təmsil etdiyi şəxs mütəmadi olaraq mirasın qorunub saxlanmasını və abadlaşdırılmasını öz vəsaiti hesabına təmin etmişdir. Qardaşı Ərizəçi 2023-cü ilin mart ayında Mingəçevir Notariat ofisinə gedərək miras əmlakın qəbulu ilə əlaqədar müddətin bərpası və vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, lakin notariat ofisi tərəfindən ona xx.xx.2023-cü il tarixli məktubla mirasın qəbul faktının müddət bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi izah edilməklə imtina edilmişdir. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs, həmçinin ərizəçinin nümayəndəsi Maraqlı şəxs4 məhkəmə iclası zamanı göstərdi ki, Ərizəçi onun qardaşıdır. Mərhum X2ndan miras qalmış mənzili qardaşı Ərizəçi faktiki qəbul etmiş və təyinatına uyğun istifadə etmişdir. Həmin mənzilin ərizəçinin mülkiyyətinə keçirilməsinə qarşı heç bir etirazı və tələbi yoxdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs3 məhkəmə iclası zamanı göstərdi ki, mərhum X2ndan miras qalmış mənzilin ərizəçinin mülkiyyətinə keçirilməsinə qarşı heç bir etirazı və tələbi yoxdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi tanışıdır, əvvəllər də bir usta kimi qapı pəncərə quraşdırma işlərini görmüşdür. X19sa da, telefon əlaqəsi saxlayaraq Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 72 saylı evin 23 saylı mənzilinin qapısının dəyişdirilməli olduğunu və mənzilin açarlarının bacısı Maraqlı şəxs4 olduğunu bildirmişdir. Ərizəçinin göstərişi əsasında Arzu mənzildə dəyişdirilməli olan qapını göstərmiş və o, işini gördükdən sonra Sahib onun hesabına gördüyü işin dəyərinə uyğun vəsait köçürmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Axırıncı dəfə Sahibi keçən il yayda görmüşdür. Sahib ünvan 3 ünvanına arada gəlib-gedir. Təmir işləri olanda isə bacısı Maraqlı şəxs4 pul göndərir, bacısı mənzilin təmiri ilə bağlı işlərə nəzarət edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, Ərizəçi tanışıdır. Sözügedən mənzildə təmir işləri görmüş və o, işini bitirdikdən sonra gördüyü işin dəyərini bacısıMaraqlı şəxs4 ödəmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilmədikləri üçün işə iştirakları olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs2 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxslərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 567 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Yevlax şəhər İHB-nın Xaldan kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 04 № ilə qeyd edilmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-137/23 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1949-cu il tarixdə Ağdaş rayonu, Nemətabad kəndində anadan olmuş X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023cü il tarixədək aparılmış və xx.xx.1938-ci il tarixdə doğulmuş (ölüb) arvadı-X25, xx.xx.1970ci il tarixdə doğulmuş oğlu-Ərizəçi, xx.xx.1967-ci il tarixdə doğulmuş qızı-Maraqlı şəxs4, xx.xx.1965-ci il tarixdə doğulmuş oğlu-Maraqlı şəxs2, xx.xx.1968-ci il tarixdə doğulmuş qızı- Maraqlı şəxs3 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X15 birgə nikahlarından xx.xx.1967-ci il tarixdə X14 doğulmuşdur. İşdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/7-69-212/2023 saylı 31 mart 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxxx 1970-ci il tarixdə Yevlax rayonu 1-cı Salamabad kəndində anadan olmuş, bu barədə 03 noyabr 1970-ci il tarixdə Yevlax rayon Xaldan İ.N. tərəfindən 123 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X16r. İşdə olan 12 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 145 №-li arayışdan görünür ki, Səfərov X6 şəhəri, Ü.Hacıbəyov küçəsi bina 72 mənzil 23 ünvanında 5 mərtəbəli evin dördüncü mərtəbəsində yerləşən yaşayış sahəsi 59.85 kv.m olan 4 otaqlı mənzildə yaşayır. Mənzil X7 məxsusdur.Vətəndaş Ərizəçi ailəsi bir nəfərdən ibarətdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 72 nömrəli, 5 mərətəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 83.79 kv.m ümumi, 60.76 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14379 saylı inventar nömrəsi ilə xx.xx.2008-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********18-05101-093016 olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 saylı binanın 23 saylı mənzilinin texniki pasportundan görünür ki, hüquq subyekti X8r. Mənzil haqqında məlumatdan görünür ki, yerləşdiyi mərtəbə 4, otaqların sayı 4, ümumi sahəsi 83.79 kv.m, yaşayış sahəsi 60.76 kv.m, inventar dəyəri 4987 manatdır. İşdə olan maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən miras əmlak kimi bütövlükdə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən ümumi yaşayış sahəsi 83.79 kv.m olan 4 otaqlı mənzil xx.xx.2008-ci il tarixdə mərhum X5 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 ünvan 1 ünvanında yerləşən ümumi yaşayış sahəsi 83.79 kv.m olan 4 otaqlı mənzil miras qalmışdır. Ərizəçi həmin əmlakı miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etməklə, mirasın qəbul edilməsindən imtina etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi yaşayış sahəsi 83.79 kv.m olan 4 otaqlı mənzil Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 72 nömrəli, 5 mərətəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 83.79 kv.m ümumi, 60.76 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzilin miras əmlak kimi yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar