Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1152/2021 01.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ akim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum atası X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası X4 01.03.2003-cü ildə vəfat etmiş və bu haqda müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. DƏDRX-nin **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 12.03.2021-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvandan 0,0443 ha torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ əsasında X2 adına rəsmiləşdirilmişdir. O, 01.03.2003-cü il tarixdən əmlakı faktiki qəbul edib idarə etməyə başlamışdır. Atasının yas mərasimlərini təşkil edib əmlakı idarə etməklə mirasın qəbul edilməsini şəksiz nümayiş etdirmişdir. Qanunvericilyin tələblərinə görə o, üç ay ərzində mirası qəbul etməli idi. Lakin üzrlü səbəbdən mirası qəbul etmı müddətini buraxmışdır. Mingəçevir Asan xidmətinin Notariat ofisinə rəsmən müraciət edərkən ona bildirdilər ki, bubunla bağlı məhkəməyə müraciət etməlidirlər. Bu səbəbdən ünvan 1 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsinə mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Bu zərurət həmin miras kütləsinə daşınmaz əmlakın adına mülkiyyət hüququnun rəsmiləşdirilməsi və DƏDRX-dən çıxarışın alınması üçün zəruridir. Ona görə də mərhum atası X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərdi ki, Əli müəllim ilə qonşudurlar. Torpağı rəhmətlik kişi sağ ikən baxırdı. Əli müəllim həmin torpaq sahəsini satırmış. Danışıq nəticəsində elə qərar vemiş ki, torpağı o alsın. Yəqin ki, o biri vərəsələrlə də razılığa gələcəklər. Həmin torpaq sahəsini 6-7 ilə yaxın bir müddətdir ki, o istifadə edir. Əli müəllimin bacısı da, qardaşı da rəhmətə gedib. O öz işlətdiyi işıq pulunu ödəmişdir. Əli müəllimdən başqa bağa baxmağa heç kim gəlməyib. İşə əlavə olunmuş ölüm haqqında Qeydiyyat şöbəsinin 23 fevral 2021-ci il tarixli arayışından görünür ki, X4 01 yanvar 2003-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Mingəçevir şəhəri Sahil küçəsi, 2-ci döngə 18 0,0443 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Nidayət Rzayev 02 aprel 2021-ci il tarixli 509 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X2 oğludur. Heybət Qəniyev vəfat etmiş və onun birinci növbə vərəsələri isə övladı Ərizəçidur. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmlıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1152/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1152/2021
01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver