Məhkəmə qərarları › İş №2(051)-1157/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1157/2023

20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1157/2023 20.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Maraqlı şəxs4 etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə Maraqlı şəxs4 etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclası zamanı verdiyi izahatında hüquqi faktla bağlı mübahisə olduğunu bildirmişdir. X2 “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 22 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Republikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən: “Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.” Buradan da görünür ki, mülki iş üzrə mübahisə vardır. Bundan başqa iş materiallarında olan iş üzrə maraqla şəxs X1 Mingəçevir regional «ASAN» xidmət mərkəzində notariat ofisinə təqdim etdiyi ərizədən də görünür ki, onun tərəfindən anasından qalan miras əmlakı qəbul etmişdir. Belələiklə məhkəmədə Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə baxarkən maraqlı şəxslə arasında hüquq haqqında mübahisə olduğu müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi qaydadasında baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Maraqlı şəxs4 etibarnamə üzrə nümayəndəsi X3 izahatını və iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Ərizəçiyə ərizənin baxılmamış saxlanması məhkəməyə iddia icraatı qaydasında təkrar müraciət edilməsinə mane olmadığı izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin baxılmamış saxlanması məhkəməyə iddia icraatı qaydasında təkrar müraciət edilməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar