Məhkəmə qərarları › İş №2(051)-1164/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1164/2020

20.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1164/2020 20.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçılar İddiaçı1 və etibarnamə üzrə nümayəndəsi İddiaçı3, İddiaçı2, onların etibarnamə üzrə nümayəndəsi, vəkil X3, Cavabdehlər X1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, iddiaçılar: İddiaçı3, İddiaçı1 Fərhat qızının və İddiaçı2 cavabdehlər: Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və Cavabdeh5 qarşı “Mənzilin açıq hərracda satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i : İddiaçı3, İddiaçı1 Fərhat qızının və İddiaçı2 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin Babək küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Babək küçəsi 5 saylı evin 84,8 kvm sahədən ibarət yaşayış evi onun özünün, 0,0602 ha torpaq sahəsi isə onunla cavabdehlərin paylı mülkiyyətindədir. Mülkiyyət hüquqları xx xxxxxx 2020-ci ildə qeydə alınmışdır. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il 2(051)-20/2017 saylı qətnaməsi ilə torpaq sahəsinin naturada bölünməsi, məhkəmənin xx xxxx 2018-ci il tarixli 2(051)-1676/2018 saylı qətnaməsi ilə payın dəyərinin ödənilməsi tələbi təmin edilməmişdir. Onlar mülkiyyətçi olsada öz əmlaklarından istifadə edə bilmirlər.Buna görə də Mingəçevir şəhərinin Babək küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı3, İddiaçı1 Fərhat qızının və İddiaçı2 etibarnaməüzrə nümayəndəsi, vəkil X9 və iddiaçı X10 da iddia ərizəsinə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, mənzilin hərraca çıxarılmasına razı deyillər. Öz aralarında razılaşaraq könüllü şəkildə mənzilin satılmasına etiraz etmir. Cavabdeh5 da məhkəmə iclasında Cavabdeh1 izahatına oxşar izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Babək küçəsindəki 5 saylı evi paylı mülkiyyət hüququ iləİddiaçı3 adına xx xxxxxx 2020-ci ildə qeydə alınmışdır. Çıxarışda İddiaçı3 payı tam, Cavabdeh2 payı 9/7 hissə, Cavabdeh3 payı 9/77 hissə, Cavabdeh4 payı 9/77, Cavabdeh5 payı 9/77 hissə, İddiaçı1 payı 7/77, X5 payı 7/77 və Cavabdeh1 payı isə 8/77 hissə qeyd edilmişdir. İşə əlavə edilmiş MKT İstehsalat Birliyi tərəfindən verilmiş 191 saylı xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Yusifova X8 şəhəri ünvan 1 ünvanda yaşayır. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(051)-20 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı3 cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-933 saylı qətnaməsinin surətindən görünür ki, X11 və X2 miras qalmış, Mingəçevir şəhəri, Babək küçəsi 5 ünvanda yerləşən 0,0602 ha torpaq sahəsinin hər birinə 1/11 hissə payına Cavabdeh1 1/77 hissə, Cavabdeh5, Cavabdeh2, X7, Cavabdeh4 hər birinə 2/77 hissədə və İddiaçı3 isə 5/77 hissədə pay müəyyən edilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(051)-1676 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçılar İddiaçı3, İddiaçı1 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “50000 manat pul” tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmişdir. Məhkəmə iddiaçının, nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görəpaylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasıüsulu vəşərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Buna görə də məhkəmə işüzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhərinin Babək küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi açıq hərracda satılsın və mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar