Məhkəmə qərarları › İş №2(051)-1171/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1171/2020

27.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1171/2020 27.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh Vahim oğlunun və X1 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh Vahim oğluna qarşı «Mənzilə mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, uşaqları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə Cavabdeh Vahim oğlunun istifadəsində olan Mingəçevir şəhərinin Sağ Sahil küçəsindəki evə köçürülməsi və mənzildən istifadə hüququnun müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək bildirdiki xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdəcavabdehlər Cavabdeh Vahim oğlunun və X1 istifadəsində olan Mingəçevir şəhərinin Sağ Sahil küçəsindəki evə köçürülməsi və mənzildən istifadə hüququnun müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh Vahim oğlu ilə 2014-cü ilin avqust ayında faktiki ailə münasibətlərinə daxil olmaqla nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki nəfər uşaqları olmuşdur. Ailə qurduları müddətdə münasibətləri yaxşı olmuşdur. Daha sonra münasibətləri pozulmağa başlamış və cavabdeh onu ailə kimi saymamışdır. Münasibətləri pozulduqdan və ayrıldıqdan sonra uşaqları da götürüb Sabirabad rayonuna getmişdir. Özü Ağdam rayonundan olan məcburi köçkündür. Cavabdeh ona qarşı Mingəçevir şəhər məhkəməsində iddia qaldırmışdır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-2356/2019 saylı qətnaməsinə əsasən Cavabdeh Vahim oğlu ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 onun yanında qalması və hər uşağa 100 manat olmaqla cəmi 200 manat miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Boşanmamışdan əvvəl Mingəçevir şəhəri X9 mehmanxanasında 2014-cü ilin avqust ayından 2019-cu ilin yanvar ayına kimi fasiləsiz yaşamışlar. Sonra həmin evdə yaşamaq istəsə də cavabdeh ona və uşaqlarına evdə yaşamğa imkan verməmişdir. Lakin, hazırda yaşamağa başqa yeri yoxdur. Buna görə də xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdehlər Cavabdeh Vahim oğlunun və X1 istifadəsində olan Mingəçevir şəhərinin Sağ Sahil küçəsindəki evə köçürülməsi və mənzildən istifadə hüququnun müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh Vahim oğlunun və X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. İddia ərizəsinə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Vahim oğlu ilə İddiaçı arasında olan nikahın pozulması xx xxxxxx 2020-ci ildə 04 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, «Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailəüzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailəüzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailəüzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailəüzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailəüzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailəüzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri həmin yaşayış sahəsindən təyinatıüzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailəüzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı az yaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri X9 Mehmanxanada 2019-cu il tarixədək yaşamışdır. Məhkəmə işin hallarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı az yaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhərinin X9 mehmanxanada yerləşən evə köçürülməlidirlər. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t etdi : İddia tələbi təmin edilsin. İddiaçıövladları – xx xxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxx 2017-ci il təvəllüdlü X5 ilə birlikdə Mingəçevir şəhəri, X9 Mehmanxanada yerləşən evəköçürülsünlər həmin evdən ümumi əsaslarla istifadə hüquqları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar