Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1172/2021 25.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, vəkili X27, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 12 noyabr 1985-ci il tarixdə “Azərbaycan DRES”-də İstilik cihazları və avtomatika sexində elektrik stansiyasının avtomatika və ödəmə cihazlarına xidmət edən 2-ci qrup elektrik çilingər vəzifəsinə qəbul edilmişdir Həmin sexdə müxtəlif vəzifələrdə işləmişdir. 01 aprel 1994-cü ildə isə həmin sexdə mühəndis vəzifəsinə keçirilmişdir. 25 aprel 2003-cü ildə “xxxx” ASC-nin yeni idarəetmə strukturunun təkminləşdirilməsi ilə əlaqədar “xxxx” MMC adlandırılmışdır, o da həmin MMC-də işini davam etdirmişdir. 05 yanvar 2006-cı il tarixdə “xxxx” MMC “xxxx” MMC adlandırılmış, o da həmin MMC-də fasiləsiz olaraq öz işində çalışmışdır. İşlədiyi müddətdə hər hansı inzibati məsuliyyətə cəlb edilməmiş, töhmət almamışdır. Son zamanlar cavabdeh “xxxx” MMC-nin rəhbərliyi əsassız və qərəzli olaraq MMC-nin X21 və Avtomatikası sexində işləyən təcrübəli 18 nəfər işçini işdən çıxarmağı öz qarşısına məqsəd qoymuşdur. Belə ki, cavabdeh ona və digər işçilərə bir aylıq müddətə əmək müqaviləsi bağlamağı təklif etmişdi və bu yolla onları müəssisədən kənarlaşdırmq istəmişdir. Onlar bir aylıq əmək müqaviləsi bağlanmadan imtina etdiklərinə görə, cavabdeh onu, eləcə də digər işçiləri 03 may 2021-ci il tarixli əmrlə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad etmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Ona görə ki, hesab edir ki, ştatların ixtisarına zərurət yoxdur. Ştatların ixtisası ilə əlaqədar qanunsuzluğa yol verilmişdir. Ştatların ixtisarı zamanı peşəkarlığa qiymət verilməmişdir. Bununla əlaqədar attestasiya keçirilməmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə(peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə işçilərin attestasiyası keçirilə bilər. İş yerinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin kütləvi şəkildə ixtisar edilməsi yol verilməzdir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərlə əmək müqavilələri ləğv edilə bilməz. Bundan əlavə ştatın ixtisarı zamanı işdə saxlanmalı olan işçinin üstünlüyünə də düzgün qiymət verilməmişdir. Ona görə ki, sexdə iki mühəndis ştatı vardır. Ştatın birində o, digərində X11 işləyirdi. O, K.Hacıyevadan əvvəl həmin sexdə işləyir, daha peşəkardır, həmçinin şəkər xəstəsidir. Lakin cavabdeh onun bu üstün cəhətini deyil, Kifayət Hacıyevanın sex rəisi İnqilab Güləliyevin arvadı olmasını nəzərə alaraq, onu işdən azad etmişdir. İddianın təmin olunmasını, onun işdən azad olunması barədə cavabdeh “xxxx” MMC-nin 217/Ş №-li 03 may 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X27 da məhkəmə iclasında iddiaçının qanunsuz və əsassız olara işdən çıxarılmasını nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsini qanunsuz olmasını əsaslandırarkən onun əmək müqaviləsinin xitam olunmasına aid olmayan Əmək Məcəlləsində əmək müqaviləsinin xitam edilməsinin digər əsaslarına istinad edərək özünü haqlı hesab etmişdir. Belə ki, İddiaçı ilə əmək müqaviləsinə Əmək Müqaviləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə işçilərin attestasiyadan keçirilməsinin heç bir əlaqəsi yoxdur. İddiaçı ştatın ixtisarı ilə əlaqədar işdən azad olunmuşdur. “xxxx” MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisəsinin istehsalat-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha yüksəlməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və “xxxx” ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş “xxxx” MMC-nin X9 tətbiqi barədə DƏ/38 №-li 19.03.2020-ci il tarixli əmr verilmişdir. Ona görə də “xxxx” MMC-də X9 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliyini və idarəetmənin optimllaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsdilə struktur rəhbərlərinin təkliflərini Əmək qanunvericiliyinin tələblərinə uyğun müzakirə edib obyektiv qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Həmin komissiyanın 24.02.2021-ci il tarixdə X21 və Avtomatika sexində istehsalın səmərəliyini və idarəetmənin optımilaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmiş, həmin iclasda komissiyanın üzvləri struktur rəhbərinin təklifini nəzərə alaraq istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən həmin sexdə 01 ştat vahidi və ştadta işləyən İddiaçı işlədiyi ştatın ixtisar olunması qənaətinə gəlmişdir. “xxxx” MMC-nin direktoru tərəfindən X21 və Avtomatika sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmaları haqqında təqdimat 04.03.2021-ci il tarixdə sənədlərlə birlikdə “xxxx” MMC-nin Həmkarlar İttifaqı komitəsinə göndərilmişdir. Həmkarlar İttifaqı Komitəsinin 11 №-li 15 mart 2021-ci il tarixli iclas protokoluna əsasən X21 və Avtomatik sexində mühəndis 01 ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisar olunması ilə əlaqədar işdən azad olunmasına razılıq verillmişdir. Ona görə də İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 217/Ş №-li 03.05.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71-ci maddənin 1-ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ştatın ixtisarı ilə əlaqədar ona xəbərdarlıq məktubu göndərilmiş, xəbərdarlıq müddətində iş axtarmaq imkanı yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad olunmuş,boş iş yeri olmaması səbəbindən başqa işə keçirilməsinin mümkün olmaması bildirilmş, həmçinin, ona işdən çıxma müavinəti verilmişdir. Həmçinin, onu da bildirir ki, İddiaçı ilə bir sexdə işləyən Kifayət Hacıyeva ali təhsilli,İddiaçı isə orta ixtisas təhsillidir. Kifayət Hacıyeva əmək fəaliyyəti dövründə hər hansı bir intizam məsuliyyətinə cəlb olunmamışdır. İddiaçı isə “xxxx” MMC-nin 26 fevral 2020-ci il tarixli əmri ilə töhmət verilmişdir. İddiaçı şəkər xəstəsi olması barədə hər hansı bir sənədi bu vaxta qədər iş yerinə təqdim edilməmişdir. Eləcə də şəkər xəstəsi olması ixtisar zamanı üstünlüyü olan şəxslər siyahısına daxil deyildir. Bundan əlavə eyni ştatda işləyən Kifayət Hacıyevanın sex rəisi İnqilab Güləliyevin arvadı olması və bu səbəbdən də ştatların ixtisarı zamanı K.Hacıyeva üstünlük verilməsi barədə iddiaçının izahatı da əsassızdır. İddianın təmin olunmamasını xahiş edir. “xxxx” MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri X16 məhkəmə iclasında bildirdi ki, “xxxx” MMC-də Yenidənqurma işləri ilə əlaqədar sex və sahələrdə yeni texnologiyanın tətbiqi həyata keçirildiyi üçün “xxxx” ASC-nin presidenti tərəfindən təsdiq edilmiş “xxxx” MMC-nin Yeni Təşkilat strukturu yaranmış, həmin struktura əsasən ştat vahidlərinin və işçilərin sayının ixtisar edilməsi məqsədilə “xxxx” MMC üzrə 19 mart 2020-ci il tarixli əmr verilmişdir. Həmin əmrin icrası ilə əlaqədar ixtisaslı mütəxəssislərdən ibarət komisiya yaradılmışdır. Komisiyanın iclasında X21 və Avtomatika sexində istehsalat zərurəti olmayan ştatların və həmin ştatlarda işləyən işçilərin sayının azaldılması, sayın azaldılmasının əməyin tərkibinə xələl gətirmədiyi, eləcə də idarəetmənin optimallaşdırımaq, yeni texnologiyanın tətbiqinin az işçi qüvvəsinə zərurəti aradan qaldırması müzakirə edilmiş, qeyd edilən sexdə ixtisar olunacaq ştatların sayı və işçilər barədə müdiriyyət tərəfindən həmkarlar komitəsi ittifaqına təqdimat göndərilmiş və məsələyə həmkarlar komitəsinin öz fikrini bildirməsi təklif olunmuşdur. İşəgötürən tərəfindən HİK-ə verilmiş təqdimat həmkarlar İttifaqı Komitəsinin 15 mart 2021-ci il tarixli iclasında müzakirə edilmiş, X21 və Avtomatika sexi üzrə 12 ştatın, eləcə də iddiaçı Gültəkin Yolçuyevanın tutduğu ştatın ixtisar olunmasına, onunla əmək müqavilsinə xitam verilməsinə qanuna uyğun olduğuna görə razılıq verilmişdir. X7 məhkəmə iclasında verdiyi izahtında bildirdi ki, “xxxx” MMC-nin X21 və Avtomatika sexinin rəisi vəzifəsində işləyir.“xxxx” MMC-ə X9, eləcə də yeni texnologiyanı tətbiqi ilə bağlı bəzi ştatların ixtisarına zərurət yaranmışdır.X23 və Avtomatika sexində bəzi ştatların saxlanılmasına zərurət olmamasını, işçilərin əmək funksiyaların keyfiyyətli yerinə yetirilməsi və peşəkarlıq səviyyəsini nəzərə almaqla bəzi ştatların və həmin ştatda işləyən işçilərin ixtisar edilməsi məqsədə müvafiq hesab edilmişdir. O cümlədən sexdə sənədləşmə işlərini aparan, mühəndis İddiaçı da tutduğu ştata zərurət olmadığına görə həmin ştat ixtisar olunması barədə təqdimat verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan NT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 12.11.1985-ci ildə “Azərbaycan DRES”-in X21 və Avtomatika sexinə elektrik stansiyasına avtomatika və ölçmə cihazlarına xidmət edən 2-ci qrup elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, 01 aprel 1994-cü il tarixli əmrlə həmin sexdə mühəndis vəzifəsinə keçirilmiş, 03 may 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə olunmuş “xxxx” MMC-nin direktorunun DƏ/38 №-li 19 mart 2020-ci il tarixli “xxxx” MMC-nin X9 tətbiqi barədə əmrində göstərilir ki, “xxxx” MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar istehsal- təsərrüfat fəaliyyətinin səmərəliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə mövcud Təşkilat Strukturu əsasında və 01.02.2020-ci il tarixdə “xxxx” ASC-nin Prezidenti tərəfindən tətbiq olunmuş 994 ştat vahidindən ibarət X19 formalaşdırılması barədə əmr verilmişdir. İşdə olan “xxxx” MMC-nin direktorunun 211/8 №-li 25 sentyabr 2020-ci il tarixli əmrindın görünür ki, istehsalın səmərəliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçilər barədə obyektiv və əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. İşdə olan xxxx” MMC-də X10 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 05 №-li 24 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, X21 və Avtomatika sexində mövcud ştatları X17 uyğunlaşdırmaq üçün 12 ştat vahidinin ixtisar edilməsi qərara alınmışdır. İşdə olan “xxxx” MMC-nin direktorunun “xxxx” MMC-nin HİK- sədrinə ünvanlandığı 04 mart 2021-ci il tarixli məktubda göstərilir ki, X21 və Avtomatika sexində ştat vahidlərinin, həmin ştatlarda çalışan işçilərin sayının ixtisar edilməsi zərurəti yaranmışdır. Odur ki, həmin sexdə siyahıda qeyd olunan ştat vahidlərinin və həmin ştatda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin”b” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsini müzakirə edərək, müvafiq qərar qəbul etməyiniz xahiş olunur. İşdə olan “xxxx” MMC Həmkalar İttifaı Komitəsi iclasının 11 №-li 15 mart 2021-ci il tarixli protokolundan görünür ki, X21 və Avtomatika sexi üzrə siyahıda adları qeyd olunan 12 ştatın və həmin ştatlarda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilməsinə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş “xxxx” MMC-nin direktoru tərəfindən İddiaçı göndərilmiş 26 fevral 2021-ci il tarixli xəbərdarlıqda göstərilir ki, tutduğu ştat ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İşə əlavə olunmuş “xxxx” MMC-nin direktorunun 217/Ş №-li 03 may 2021-ci il tarixli əmrinin surətindən görünür ki, X21 və Avtomatika sexinin mühəndisi İddiaçı Məsim qızı ilə bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşə əlavə edilmiş “xxxx” MMC-nin 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 217/Ş №-li 03 may 2021-ci il tarixli əmrə əsasən əmək haqqı, son haqq-hesab və işdənçıxma muavinəti həmin tarixdə 1329, 26 manat hesablanmış və ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı 1985-ci ildən “xxxx” MMC-də (keçmiş “Azərbaycan DRES”-də) müxtəlif vəzifələrdə işləmiş, 01 aprel 1994-cü ildə həmin sexdə mühəndis vəzifəsinə keçirilmiş, işəgötürənin 03 may 2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri ləğv olunmasını, onun işə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini tələb edir. İddiasını isə əmrin qanunsuz və əsassız olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İşə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarındandır. 1.Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 2.Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2 –ci bəndlərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda-azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda-azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda-azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda-azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3.Əmək Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 4.Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləninn 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı ilə əmək müqaviləsinin işə- götürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatı ixtisarm edilməsi əsası ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən qanunvericilik ilə müəyyən edilmiş qaydada həmkarlar istifaqı təşkilatının razılığını almışdır. İddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl işəgötürən iddiaçını rəsmi xəbərdar etmiş,ididaçıya əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı yaradılması məqsədi ilə işəgötürən tərəfindən bir iş günü əmək funksiyasının icrasından azad etmişdir. Həmçinin, iş materiallarında görünür ki, iddiaçıya işdənçıxarma müavinəti verilmişdir. İş materiallar ilə müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərək işəgötürən tərəfindən qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür. İddiaçı öz tələbini sexdə ştatların və ya işçilərin ixtisası üçün əsas olmaması, ştat ləğv olunarkən onun uzun müddət həmin sexdə işləməsi, şəkər xəstəsi olması nəzərə alınmaması, ştatın ixtisarı zamanı onun işdə saxlanması üçün üstünlüyü olduğu halda nəzərə alınmayaraq, digər mühəndis ştatında işləyən X3 rəisi X4 həyat yoldaşı olduğuna görə məhz onun tutduğu ştat ixtisar olunması ilə əsaslandırmışdır. İşçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslərin siyahısı Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilmişdir. Lakin həmin siyahıda şəkər xəstəsi olanlar göstərilməmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndində göstərilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyəsi eyni olduqda üstünlüyə malik olan şəxslər işdə saxlanılır. İş materiallarına əlavə olunmuş JT 039174 №li diplomun surətindən görünür ki, X1 Politexnik texnikumunun “Elektrik stansiyaları, şəbəkələri və sistemləri” ixtisası üzrə tam kursu, PB044931 №li diplomun surətindən isə görünür ki, X15 M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutun “Ekektrik stansiyaları” ixtisası üzrə tam kursu bitirmişlər. İddiaçı orta ixtisas təhsilli , Kifayət Hacıyeva isə ali təhsillidir. Bundan əlavə Mingəçevir şəhər Qeydiyyat şöbəsinin 25.06.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, X4 “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlar üzrə yoxlama aparılmış, ancaq nikah haqqında akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, digər mühəndis ştatında işləyən X2 rəisi İnqilab Güləliyevin arvadı olması səbəbindən K.Hacıyevanı deyil, onun tutduğu ştatın ixtisar edilməsi barədə iddiaçının izahatı da əsassızdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəm iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ididaçı ilə əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələblərinin pozulmasına yol verilməmişdir. Ona görə də İddiaçı əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə iddiası təmin olunmamalıdır. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1172/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1172/2021
25.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver