Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1178/2024 09.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, ünvan 1 ünvandan Cavabdeh məxsus 16 adda əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 5 saylı evin 25 saylı mənzili 12 noyabr 2013-cü ildən onun şəriksiz mülkiyyətindədir. Həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh ilə onun oğlu Seymur Vəlizadə 05 iyun 2021-ci il tarixdə ailə qurmuşlar. Gəlin gələrkən Cavabdeh özü ilə birlikdə həmin mənzilə cehiz əşyaları gətirmişdir. Mənzili 28 dekabr 2023-cü il tarixdə tərk edərkən özünə məxsus qızılları və paltarları aparsa da cehiz əşyalarını aparmamışdır. Tələb etməyinə baxmayaraq əşyaları mənzildən çıxarmır. Həmin əşyalar Yataq dəsti, (qoşa çarpayı, dolab, termo, tumba-2 ədəd), Sandıq, Ütü və stolu, Şkaf, Dəhliz dolabı, Mətbəx stolu və 4 ədəd stulu, Mətbəx divanı, Divan, Bufet, kamod, Stol və 6 ədəd stul, Televizor və altlığı, Çılçıraq 2 ədəd, Xalça 4 ədəd, Saat 2 ədəd və müxtəlif qazan və boşqab dəstləri. Odur ki, məhkəmədən ünvan 1 ünvandan Cavabdeh məxsus 16 adda əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsində göstərmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Həmçinin iddia ərizəsini qəbul etdiyini bildirirək iddiaçının oğlu ilə ailəli olduğunu və hazırda ayrıldıqları üçün aralarında olan nikahın pozulmasına dair mülki işin məhkəmənin icraatında olduğunu bildirmişdir. Bundan əlavə iddia ərizəsində qeyd olunan əşyaların ona məxsus olan əşyaların evdən çıxarılmasına razı olduğunu bildirmişdir. Bu barədə dəfələrlə qarşı tərəfə bildirmişlər. Hesab edir ki, məhkəmə mübahisəsinə ehtiyac yox idi. İddiaçı tərəfindən ona iki gün vaxt təyin edilməsini və həmin əşyaları çıxaracaq. Bundan əlavə iddia ərizəsində göstərilən əşyalardan başqa digər əşyalar var ki onlar da ona məxsusdur və hazırda iddiaçıya məxsus olan evdədir. O, həmin iddia ərizəsində göstərilən 16 adda əşya ilə yanaşı həmin əşyalarını da birlikdə çıxarmaq istəyir. Həmin əşyalar uşaq çarpayısı, elektrik avadanlıqları (tozsoran, fenlər, sokçəkən, yeməkbişirən soba, elektrik samovar və.s)bir neçə ədəd yorğan, döşək və yastıq dəstləri, süfrələr, pastellər, 3 ədəd pərdə, şəxsi əşyaların və geyimlər və.s. Ola bilsin ki, iddiaçı ona məxsus olan cehiz əşyalarını könüllü şəkildə verdiyi üçün həmin əşyaların hamısını sadalamağa zərurət görməyib. O, təkrar edir ki, məhkəmə qərarına ehtiyac yoxdur. Əşyalar çox olduğu üçün ona ardıcıl iki gün vaxt təyin edilməsini istəyir. İzahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ **********13-05101-093027 reyestr nömrəsi ilə xx.xx.2013–cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Ağdam rayon Məhkəməsinin 2(051)-1305/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X3 ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 14 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2022-ci ildə anadan olmuş Səmra adlı uşaq yetkinlik yaşına çatana kimi anası Cavabdeh yanında qalması, xx.xx.2024-cü ildən başlayaraq X1 xx.xx.2022-ci ildə anadan olmuş Səmra adlı uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi, xx.xx.2024cü ildən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş Səmra adlı uşaq 3 yaşına çatana kimi X1 hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı Vəliyev X2 özünə məxsus mənzilin mülkiyyətçisi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ Cavabdeh tərəfindən pozulmaqdadır. İddiaçının cavabdehə qarşı əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus 16 adda əşya - Yataq dəsti, (qoşa çarpayı, dolab, termo, tumba-2 ədəd), sandıq, Ütü və stolu, Şkaf, Dəhliz dolabı, Mətbəx stolu və 4 ədəd stulu, Mətbəxt divanı, Divan, Bufet, kamod, Stol və 6 ədəd stul, Televizor və altlığı, Çılçıraq 2 ədəd, Xalça 4 ədəd, Saat 2 ədəd və müxtəlif qazan və boşqab dəstləri İddiaçı məxsus olan Mingəçevir şəhəri, A.Məmmədov 5 saylı evin, mənzil 25 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1178/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1178/2024
09.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver