Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1183/2020 14.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdehlər: Əhmədova (Güvən) Sahilə Həmdulla qızı və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Əhmədova (Güvən) Sahilə Həmdulla qızı və Cavabdeh2 Mingəçevir şəhərinin C.Əliyev küçəsindəki 20 saylı evin, 13 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin məhkəmə iclasında cavabdehlər ilə telefon əlaqəsi saxlanıldığı zaman Cavabdeh1 və bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 428 saylı qərarı ilə 001628 saylı, xx.xx.1990-cı il tarixli orderə əsasən Mingəçevir şəhəri, C.Əliyev (keçmiş Energetik) küçəsi 20 saylı evin 4 otaqdan ibarət 13 saylı mənzili onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Hazırda mənzili özəlləşdirmək istəyir, lakin cavabdehlərin mənzildə qeydiyyatda olmaları səbəbindən ona mənzilin özəlləşdirilməsində problemlər yaranır. Oğlu Cavabdeh2 Rusiya Federasiyası vətəndaşıdır və 2004-cü ildən orada yaşayır. Qızı Cavabdeh1 isə 2002-ci ildən Türkiyyə Respublikasına ailə qurmaq məqsədi ilə getmiş və hazırda həmin ölkənin vətəndaşıdır. Həmin mənzildə isə o digər ailə üzvləri ilə birlikdə yaşayır. Ona görə də cavabdeh Əhmədova (Güvən) Sahilə Həmdulla qızı və Cavabdeh2 Mingəçevir şəhərinin C.Əliyev küçəsindəki 20 saylı evin, 13 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəməyə təqdim olunmuş Mingəçevir şəhər X2 İcrayə Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixdə 001628 nömrəli orderdən görünür ki, Mingəçevir şəhərinin C.Əliyev (keçmiş Energetik) küçəsi 20 saylı evin 4 otaqdan ibarət 13 saylı mənzili İddiaçı istifadəsinə və sərəncamına verilmişdir. Mülki işə əlavə olunmuş 2 saylı MİS-nin xx xxxx 2020-ci il tarixli, 218 nömrəli, 2 saylı forma arayışından görünür ki, Əhmədov X1 şəhərinin C.Əliyev küçəsi 20 saylı evin 13 saylı mənzilinə Əhmədova (Güvən) Sahilə Həmdulla qızı və Cavabdeh2 yaşamaq hüququ olmamaq şərti ilə müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, cavabdeh sözügedən mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamır. Cavabdehin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən istifadə hüququnun davam etməsi İddiaçı qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə 01.10.200-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 2000-ci il sentyabrın 1-i tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətçi ilə mənzildə daimi qeydiyyata düşməsi barədə razılaşma yoxdur və belə bir razılaşmanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən olunmamışdır. Cavabdehlər iddiaçıya məxsus mənzildən uzun müddətdir istifadə etmirlər və onlar xarici ölkə vətəndaşları olmaqla başqa daimi yaşayış yerləri mövcuddur. Göstərilənlər iddianın təmin olunması üçün əsasdır və iddia tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Əhmədova (Güvən) Sahilə Həmdulla qızı və Cavabdeh2 ünvan 1 saylı evin 13 saylı ünvanında istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1183/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1183/2020
14.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver