Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1185/2020 27.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə və etibarnamə üzrə nümayəndəsi vəkil, X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, iddiaçı: İddiaçı X3 etibarnamə üzrə nümayəndəsiNümayəndə cavabdeh: Cavabdeh qarşı “Mənzilin açıq hərracda satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i : X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin M.Hüseyn küçəsində yerləşən 10 saylı evin 26 saylımənzilinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə hər birinin payı 1/2 hissədə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Mingəçevir şəhər M.Hüseyn küçəsində yerləşən 10 saylı evin 26 saylı mənzilinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə iddiaçının 2/3 hissədə cavabdehin payının isə 1/3 hissədə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Cavabdeh Nərgizin keçmiş əridir. Tərəflər birgə nikah dövründə Mingəçevir şəhəri Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 saylı evin 26 saylı mənzilini satın almışlar. Qətnaməyə əsasən mənzildən Nərgizin payı 2/3 hissədə Raqifin payı isə 1/3 hissədə müəyyən edilmişdir. Əvvəll cavabdeh evin satılmasına razı olsa da sonradan fikirindən daşınmış, ailə quraraq ailəsinidə həmin evə gətirmişdir. İddiaçı isə cavabdehlə birgə yaşaması mümkün olmadığı üçün 2 uşaqla evsiz qalmışdır. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə payların naturada bölünməsi mümkün olmadığından iddi tələbi təmin edilməmişdir. Cavabdehlə iddiaçı arasında olan nikah pozulmuşdur. Həmin müddət ərzində o, övladları ilə birgə yaşamış, cavabdeh isə mübahisəli mənzildə yaşamışdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün və ona düşən payın ödənilməsini istəsədə cavabdeh imtina etmişdir.Buna görə də Mingəçevir şəhərinin M.Hüseyn küçəsində yerləşən 10 saylı evin 26 saylı mənzilinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə iddiaçının 2/3 hissədə cavabdehin payı isə 1/3 hissədə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil X5 da iddia ərizəsinə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, mənzilin hərraca çıxarılmasına razı deyillər. İddia ərizəsinə əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin M.Hüseyn küçəsindəki 10 saylı evin 26 saylımənzili paylı mülkiyyət hüququ ilə İddiaçı adına xx xxxxxx 2018-ci ildə qeydə alınmışdır. Çıxarışda İddiaçı payı 2/3, Cavabdeh payı isə 1/3 hissə qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(051)-1034 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 № li evin 26 № li mənzilin üçdə iki hissəsi üzərində X3 payı müəyyən edilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-49 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-902 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görəpaylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasıüsulu vəşərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Buna görə də məhkəmə işüzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhərinin M.Hüseyn küçəsində yerləşən 10 saylı evin 26 saylımənzili açıq hərracda satılsın və mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə iddiaçının 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-1185/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1185/2020
27.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver