Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1187/2021 26.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Məhkəmə iclas katibi Şəfiyeva Könül Səməd qızının katibliyi İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh və onun nümayəndəsi Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv eilməsi, çıxarışın etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv eilməsi, çıxarışın etibarsız edilməsi, mənzildən çıxarılma və mənzilin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə onun arasında bağlanmış Mingəçevir şəhəri H. Əliyev prospekti 50 saylı evin, 10 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, cavabdehin Mingəçevir şəhəri İddiaçı prospekti 50 sayl evin, 10 saylı mənzilindən çıxarılması və həmin mənzilin geri qaytarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddianın həcminin artırılması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28500 manat məbləğində pulun və evin alqı-satqısı zamanı qalan 5000 ABŞ dollarının alınıb ona verilməsi barədə qətnamə çıxarımasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin və əlavə ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 23 sentyabr 2012-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh Mingəçevir şəhəri H. Əliyev prospekti 50, mənzil 10-da olan 3 otaqlı mənzili 25000 ABŞ dolları, (19 500 AZN) qiymətinə satılıb. 20.09.2012-ci il tarixdə 20000 ABŞ dolları nəğd şəkildə ona verilmişdir. Yerdə qalan 5000 ABŞ dolları isə 18 ay müddətinə ona ödənilməli idi. 20.09.2014-cü il tarixə qədər əgər həmin borc ödənilməzsə, onda hər keçən ay üçün 250 manat, kirayə haqqı olaraq, 4.500 manat, cəmi 5.800 manat hesablanaraq verilmiş haqdan çıxılaraq, qalan 14200 ABŞ dolları ona qaytarılmalı və ev həmin borc müqaviləsinə əsasən ev satanın yəni, onun mülkiyyətimə geri qatarılmalıdır. Müqavilə tərəflər arasında bağlanmış və imzalanmışdır. 23.09.2014-cü il tarixli borc müqaviləsi hələ bu günədək yerinə yetirilməmiş və mənzilin dəyəri tamamilə ödənilməmişdir. Cavabdehlə aralarında olan müqavilənin 4-cü bəndinə əsasən dəyəri tam ödənilmədiyinə görə ünvan 1 ünvanında olan 3 otaqlı mənzil cavabdeh tərəfindən boşaldılmalı və onun mülkiyyətimə qaytarılmalıdır. Borcun qatarılması üçün cavabdehə müvafiq xəbərdarlıq məktubu göndərilmişdir. Lakin nəticəsi olmamışdır. Ona görə də o, 25.11.2014-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən də dəfələrlə çağırılmasına baxmayaraq, cavabdeh heç bir məhkəmə iclasına gəlməmişdir. Nəticədə o, işə qiyabi icraat qaydasında baxılması ilə bağlı məhkəməyə ərizə vermişdir. Onun ərizəsində sonra işə qiyabi icraat qaydasında baxılımış və Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2(051)-176/2015 saylı qiyabi qətnaməsi ilə onun iddiası təmin edilərək, surətindən görünür ki, idiaçı İddiaçı 14.200 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə cavabdeh Cavabdeh xeyrinə tutulmaqla, cavabdeh X7 ilə İddiaçı arasında bağlanmış, Mingəçevir şəhəri, İddiaçı prospekti 50 saylı evin 10 aylı mənzilinə dair alqı-satqı müqaviləsi ləğv edilməsi qət edilmişdir. Sonradan o, 14.200 ABŞ dolları məbləğində pulu ödəmədiyinə görə icra sənədi icra edilmədən geri qaytarılmışdır. Hazırda isə cavabdeh uzun müddət keçməsinə baxmayaraq, qiyabi qətnaməni ləğv etdirib işə yenidən baxılmasına nail olmuşdur. Hesab edir ki, cavabdeh hazırkı vaxta qədər ona məsus əmlakdan qanunsuz istifadə edərək gəlir götürmüşdür. Belə ki, cavabdeh özü həmin mənzildə yaşamasa da, hər ay 250 manat haqqı almaqla kirayə vermişdir. Bu müddət ərzində cavabdeh 28500 manat məbləğində əsasız gəlir əldə etmişdir. Cavabdeh vicdanlı olmadığına görə həmin gəliri ona qaytarmalıdır. Çünki onların arasında bağlanmış sadə yazılı müqavilədə həmin razılaşma öz əksini tapmışdır. Odur ki, məhkəmədən Cavabdeh ilə bağlanmış Mingəçevir şəhəri H. Əliyev prospekti 50 saylı evin 10 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, cavabdehin Mingəçevir şəhəri H. Əliyev prospekti 50 saylı evin 10 saylı mənzilindən çıxarılması və həmin mənzilin ona geri qaytarılması, həmçinin Cavabdeh 28500 manat məbləğində pulun və evin alqı-satqısı zamanı qalan 5000 ABŞ dollarının da alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında iddianı qəbul etmədi, həmçinin göstərdi ki, iddia tələbin ilkin əsası alqı-satqı müqaviləsinin ləğv edilməsi olsa da, hansı alqı-satqı müqaviləsinin mübahisələndirildiyi iddia ərizəsində göstərilməmiş, eyni zamanda məhkəmə araşdırılması zamanı mübahisə edilən alqı-satqı müqaviləsinin hansı tarixdə, hansı notariat kontorunda bağlanması, alqı-satqı müqaviləsinin şərtləri tədqiq edilməmiş və hüquqi qiymət verilməmişdir. Ümumiyyətlə, iddiaçı notariusda bağlanmış alqı-satqı müqaviləsinin mövcudluğu barədə bilərəkdən məlumat verməmişdir. İşə qiyabi icraat qaydasında baxan məhkəmə mübahisələndirilən, o cümlədən mübahisənin mənbəyini təşkil edən alqı-satqı müqaviləsinin əldə edilməsi barədə heç bir tədbir görməmiş, bununla bağlı sorğu verməmişdir. Məhkəmə alqı-satqı müqaviləsini təsdiq edən notariusun işə cəlb edilməsinə ehtiyac duymamış, o cümlədən alqı-satqı müqaviləsi notariusdan tələb edilməmişdir. Qiyabi qətnamədə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, o cümlədən Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 25 sentyabr 2012-ci il tarixli AN-İ №0314392 olan mənzilin alqı-satqı müqaviləsinə dair heç bir qeyd yoxdur. Məhkəmə alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qiyabi qətnamə çıxarır və sübut növü olaraq istinad mənbəyi borc müqaviləsidir. Belə ki, qiyabi qətnamənin ikinci səhifəsinin 6-cı abzasında məhkəmə qeyd edir ki, 23 sentyabr 2012-ci il tarixli borc müqaviləsindən görünür ki, Əliyev X2 şəhəri, İddiaçı prospekti 50 saylı evin, 10 saylı mənzilini 25.000 ABŞ dollarına (19.500 manata) Cavabdeh satmışdır. (lakin yuxarıda qeyd edilən alqı-satqı müqaviləsi mövcuddur). Mülki məhkəmə icraatının vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli olduğu halda ( MPM -nin 2- ci maddəsinə əsasən), hazırkı iş üzrə mübahisənin əsası alqı-satqı müqaviləsinin ləğv edilməsidir, lakin rəsmi alqı-satqı müqaviləsi mövcud olduğu halda, məhkəmə borc müqaviləsini əsas götürərək alqı-satqı müqaviləsini ləğv edir. Qiyabi qətnamənin nəticə hissəsində hansı tarixdə, hansı notariat kontorunda bağlanmış alqısatqı müqaviləsinin ləğv edildiyini konkret göstərməmişdir. Rəsmi alqı- satqı müqaviləsi mövcuddur. Rəsmi alqı-satqı müqaviləsinin şərtlərində müqavilənin gələcəkdə pozulması ilə bağlı heç bir şərt yoxdur. Eyni zamanda alqı-satqı müqaviləsi nisyə bağlanmamışdır. Məbləğin bir hissəsinin ödənilməsi, bir hissəsinin isə nisyə qalması barədə heç bir qeyd şərt olmamışdır. Halbuki, nisyə alqı-satqı müqaviləsinin bağlanmasına qanunvericilikdə yol verilir. Bundan başqa həmin borc müqaviləsi bağlandıqdan 2 gün sonra notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmışdır. Ona görə ki, onun mərhum əri X6 həmin borc müqaviləsinin şərtlərini qəbul etməmiş və mənzili almaqdan imtina etmişdir. Ondan sonra iddiaçı notariusda təsdiq edilmiş müqavilədə göstərilən qiymətlə razılaşmış və mənzili həmin qiymətə ona satmışdır. O barədə də rəsmi alqı-satqı müqaviləsi bağlanmışdrı. Elə bir hal olsaydı, iddiaçı notariusda alqı-satqı müqaviləsində borcla bağlı qeydi-şərt göstərərdi. Lakin iddiaçı həmin vaxt qeyd olunan məbləğlə razılaşmış və mənzili ona satmışdır. Belə olan halda sadə yazılı müqavilə qüvvədən düşmüş və əhəmiyyətsiz əqd olmuşdur. Ona baxmayaraq, iddiaçı həmin müqaviləni saxlamış və bir neçə ildən sonra ondan istifadə etmişdir. Halbuki, iddiaçı borc tələbi ilə bağlı məhkəməyə müraciət etmək imkanına malik olmuşdur. Bununla belə iddiaçı notariusda bağlanmış müqavilənin ləğv edərək mənzili təkrar ələ keçirmək istəmişdir. Hansı ki, həmin mənzilin dəyəri ona tam şəkildə ödənilmişdir. Belə ki, iddiaçı həm ondan 5000 ABŞ dolları borc, həm 28500 manat məbləğində əldən çıxmış gəlir, həm də mübahisəli mənzilin qaytarılmasını tələb edir. Halbuki, mübahisəli mənzilə dair o, iddiaçıya 16.000 manat məbləğində pul ödəmiş, aralarında rəsmi qaydada alqı-satqı müqviləsi bağlanmış və mübahisəli mənzil 2012-ci ildən onun mülkiyyətinə verilmişdir. Belə olan halda iddiaçının ondan həm pul, həm də mənzil tələb etməsi əsassız və qanunsuzdur. İddiaçının tələbləri bir-birini inkar etdiyindən ədalətsizdir. Bundan başqa iddiaçı 9 ildən sonra ona qarşı pul tələbinə dair iddia irəli sürmüşdür. Hansı ki, iddiaçı birinci dəfə, yəni 25.11.2014-cü il tarixdə həmin iddianı irəli sürməyərək mənzilin qaytarılmasını tələb etmişdir. Hazırda isə iddiaçı tələbinin uğursuz olduğunu gördüyü üçün pul tələb etmək fikrinə düşmüşdür. Göründüyü kimi iddiaçının niyyəti əsassız varlanmaqdan ibarətdir. Mülki qanunvericilikdə isə pul tələbinə dair iddialar üzrə 3 illik iddia müddəti müəyyən edilmişdir. İddiaçının tələbi əsassız olmaqla bərabər, həm də iddia müddəti keçmişdir. Ona görə də həmin iddiaya iddia müddəti tətbiq edilməklə də iddia tələbi rədd edilə bilər. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmsini xahiş edir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclası zamanı iddianı qəbul etmədi və təmsil etdiyi şəxsin izahatına uyğun izahat verdi, həmçinin məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, hər iki tərəfi şəhər sakini kimi tanıyır. O, əvvəllər Mingəçevir şəhərində ev alqı-satqısı ilə məşğul olmuşdur. İddiaçı da ona mübahisəli mənzili 25.000 ABŞ dollarına satmaq üçün müştəri tapmasını xahiş etmişdir. Həmin ərəfədə cavabdehin mərhum əri Polad ona mənzil almaq istədiyini bildirmişdir. Ona görə də o, iddiaçıya məxsus mənzili cavabdehin ərinə təklif etmişdir. Ondan sonra tərəflər özləri qiymət məsələsində danışıb barışmışlar. Bir neçə gündən sonra tərəflər razılığa gələ bilmədikləri üçün ona müraciət etmişlər. Belə ki, iddiaçı mənzili 25.000 ABŞ dollarına satırdı, iddiaçının isə cəmi 20.000 ABŞ dolları məbləğində pulu vardı. Ona görə də razılaşa bilmirdilər. Sonra iddiaçı 20.000 ABŞ dollarının nağd, 5.000 ABŞ dollarının isə nisyə verilməsini təklif etdi. Cavabdeh tərəf əvvəlcə mənzilin 25.000 ABŞ dollarına satılması və həmin məbləğin 20.000 ABŞ dollarının nağd qalan 5.000 ABŞ dollarının isə 1 il 6 ay ərzində hissə-hissə ödənilməsi ilə bağlı tərəflər arasında sadə yazılı formada müqavilə bağlanmış, cavabdeh tərəf həmin vaxt 500 ABŞ dolları beh vermişdir. O da həmin müqaviləni şahid kimi imzalamışdır. Lakin həmin günün axşamı, qarşı tərəf zəng edib 25.000 ABŞ dollarının çardaq ev üçün baha olduğunu, həmçinin mənzilin onun adına 1 il 6 aydan sonra keçməyinə də razı olmadığını bildirmişdir. Ona görə də iddiaçı tərəf mənzilin 20.000 ABŞ dollarına, yəni həmin vaxt olan məzənnə ilə 16.000 manata satılmasına razılıq vermişdir. Ondan sonra tərəflər notariusda alqı-satqı müqaviləsi bağlamışlar. Cavabdeh 16.000 manat məbləğində pulu ödəmiş, iddiaçı isə həmin məbləği qəbul edərək mənzili cavabdehin mülkiyyətinə vermişdir. Onadan sonra borca görə mübahisənin olması ilə bağlı ona heç bir tərəf müraciət etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə şahid ifadəsinə və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2(051)-176/2015 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, idiaçı İddiaçı 14.200 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə cavabdeh Cavabdeh xeyrinə tutulmaqla, cavabdeh X7 ilə İddiaçı arasında bağlanmış, Mingəçevir şəhəri, İddiaçı prospekti 50 saylı evin 10 aylı mənzilinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi, X5 Mingəçevir şəhəri, İddiaçı prospekti 50 saylı evin 10 aylı mənzildən çıxarılması və mənzilin İddiaçı qaytarılması qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər İcra Şöbəsi tərəfindən verilmiş 10.06.2016-cı il tarixli icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarıması haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsiin 2(051)-176 saylı 21 yanvar 2015-ci il tarixli icra vərəqəsi icra haqqında qanunun 23.1.5-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır. İşdə olan 10.06.2016-cı il tarixli, Mingəçevir Şəhər İcra Şöbəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, tələbkar İddiaçı icra sənədi üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 27 may 2021-ci il tarixli 2(051)-176/2015-ci il tarixli qərardadın surətindən görürünür ki, Mingəçevir şəhər Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(051)-2015 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. işdə olan 23 sentyabr 2012-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş borc müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, ev satan İddiaçı ƏMDR xidmətinin MA ******* seriyal, **********529-05101-09300 dövlət reystrində 34 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış, xüsusi mülkiyyətdə olan, Mingəçevir şəhəri, İddiaçı prospekti 50, mənzil 10 ünvanında 3 otaqlı mənzilini 25000 ABŞ dolları 19500 manat qiymətində ev alana Cavabdeh satır. 20 sentyabr 2012-ci il tarixdə 20.000 ABŞ dolları (15.600 manat) ev satana verildi. 5.000 ABŞ dolları olan borc məbləğini mənzil alan 18 ay müddətində mənzil satana ödəməlidir. 20 sentyabr 2014-cü il tarixə qədər borc ödənilməsə hər keçən ay üçün 250 manat kirayə haqqı, cəmi 4.500 manat (5.800 ABŞ dolları) hesablanaraq verilmiş haqdan çıxılaraq, qalan 14.200 ABŞ dolları mənzil alana qaytarılacaq və mənzil borc müqaviləsi əsasında mənzil satanın mülkiyyətinə geri qaytarılacaqdır. İşdə olan notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, Mingəçevir şəhəri, İddiaçı prospekti ev 50, mənzil 10 ünvanında yerləşən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ **********29-05101-093007 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş, İddiaçı təsdiq ounmuş ərizəsindən görünür ki, İddiaçı, Cavabdeh ilə ona məxsus olan daşınmaz əmlakın 16000 (on altı min) manata satılması barədə razılığa gəlmişlər. İşdə olan işdə olan notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş, Mingəçevir şəhəri 2 saylı xüsusi notariusda 25.09.2012-ci il tarixdə bağlanmış, 4Ə/02- 1076 nömrəli reyestrdə qeydə alınmış AN-İ ******* saylı, daşınmaz əmlakın alqı–satqı müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ ilə özünəməxsus olan, Mingəçevir şəhəri, İddiaçı prospekti ev 50 ünvanda yerləşən 10 saylı mənzili Cavabdeh 16 000 (on altı min) manata satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2012-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, İddiaçı prospekti, ev 50 ünvanda yerləşən 10 saylı mənzil xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında 23 sentyabr 2012-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, iddiaçı xüsusi mülkiyyətdə olan, Mingəçevir şəhəri, İddiaçı prospekti 50, mənzil 10 ünvanında yerləşən 3 otaqlı mənzilini 25000 ABŞ dolları 19500 manat məbləğində pula cavabdehə satmağı, cavabdeh isə həmin gün 20.000 ABŞ dollarını (15.600 manatı) nağd şəkildə, qalan 5.000 ABŞ dolları olan borc məbləğini isə 18 ay müddətə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, tərəflər 20 sentyabr 2014-cü il tarixədək 5.000 ABŞ dolları olan borc ödənilmədiyi halda, hər keçən ay üçün 250 manat kirayə haqqı, cəmi 4.500 manat (5.800 ABŞ dolları) hesablanaraq verilmiş puldan çıxılması və qalan 14.200 ABŞ dollarının cavabdehə, mənzilin isə iddiaçıya eyni vaxta qaytarılması barədə razılığa gəlmişlər. Həmin borc müqaviləsindən 2 gün sonra, yəni 25.09.2012-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında Mingəçevir şəhəri 2 saylı xüsusi notariusda mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tam mülkiyyət hüququ ilə özünəməxsus olan, Mingəçevir şəhəri, İddiaçı prospekti ev 50 ünvanda yerləşən 10 saylı mənzili cavabdehə nağd şəkildə ödənilməklə 16 000 (on altı min) manata satmışdır. Müqavilənin mətnində heç bir qeyd şərt göstərilməmişdir. Tərəflər müqavilənin mühüm şərtləri ilə bağlı razılığa gəlmişlər. Ondan sonra cavabdehin mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada cavabdehə satmaqla sərbəst iradəsini ifadə etmişdir. Müqaviləni bağlamış hər bir tərəf müqavilənin mühüm şərtlərini qəbul etməklə bərabər, onu etibarlı şəkildə öz imzası ilə təsdiq etmişdir. Cavabdeh daşınmaz əmlakın müqavilədə nəzərdə tutulmuş dəyərini notariusun depozit hesabına köçürmüş, iddiaçı isə həmin məbləği şəxsən almışdır. Tərəflər müqaviləni icra etmiş, yəni iddiaçı daşınmaz əmlakı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilədə göstərilən dəyəri tam şəkildə ödəmişdir. Hazırda iddiaçı sadə yazılı formada bağlanmış borc müqaviləsinə istinad edərək, notariusda təsdiq edilmiş alqısatqı müqaviləsinin ləğvini tələb edir. Mübahisəl daşınmaz əmlak isə cavabdehin qanuni sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Ona görə də məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə həm əşya hüquq münasibətləri, həm də onunla bağlı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini, həm də öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddiaçıiddia ərizəsində 23.09.2012-ci il tarixli borc müqaviləsində göstərilən borcun cavabdeh tərəfindən razılaşdırılmış müddət ərzində qaytarılmamasına və mənzilin dəyərinin tam şəkildə ödənilməməsinə istinad edərək notariusda bağlanmış alqı–satqı müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2–ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi qeyd olunan mülki hüquq normalarının tələbinə görə müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tələb etmək hüququna tərəflər yalnız digər tərəfin imtinasını aldıqdan sonra malikdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi dəlillərin heç biri müqavilənin ləğv edilməsi üçün əsas olan halların dairəsinə daxil deyildir. Belə ki, mübahisəli daşınmaz əmlaka dair bağlanmış alqı–satqı müqavilənin mühüm şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmamış, həmçinin iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmamışdır. Ona görə də iddiaçının istinad etdiyi dəlillər, yəni sadə yazılı formada bağlanmış borc müqaviləsində göstərilən 5.000 ABŞ dolları pulun ödənilməməsi həmin müqavilənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında 23.09.2012-ci il tarixdə bağlanmış müqavilə “borc” müqaviləsi adlansa da, əslində mübahisəli mənzilin alqı-satqısı ilə bağlı olmuşdur. Mülki qanunvericilikdə isə daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə müqavilələrin notarat qaydada təsdiq edilməsi imperativ qaydada göstərilmişdir. Həmin qaydadaya əməl edildikdən sonra müqavilə qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında 23.09.2012-ci il tarixdə “borc”müqaviləsi adı ilə bağlanmış müqavilə notariat qaydada təsdiq edilmədiyindən, qüvvəyə minməmiş və bağlandığı andan əhəmiyyətsiz olmuşdur. Belə ki, tərəflərin həmin ilkin müqaviləni bağlamaqda məqsədi mübahisəli mənzilin alqı-satqısı ilə bağlı olmuş, lakin sonradan, 25.09.2012-ci il tarixdə tərəflər notariusda qanunda nəzərdə tutulmuş qaydada heç bir qeyd şərt irəli sürmədən alqı-satqı müqaviləsi bağlamaqla öz məqsədlərinə nail olmuşlar. Bununla da həmin sadə yazılı formada bağlanmış ilkin müqavilədə göstərilən şərtlər öz əhəmiyyətini itirmişdir. Məhkəmə, hesab edir ki, iddiaçının 25.09.2012–ci il tarixdə Mingəçevir şəhəri 2 saylı xüsusi notariat kontorunda 4Ə/02-1076 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, cavabdehin sahibliyi qanunidir. Ona görə də cavabdehin mübahisəli mənzildən çıxarılması ilə bağlı iddia tələbi də əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcələnin 407.2–ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının istinad etdiyi 23.09.2012-ci il tarixdə bağlanmış “borc” müqaviləsi hüquqi qüvvəsi olmadığından, notariusda təsdiq edilmiş mübahisəli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və tərəflər arasında müqavilədən irəli gələn hər hansı bir öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas ola bilməz. Belə ki, həmin “borc” müqaviləsi tərəflər arasında mənzilin alqı-satqısı məsədi ilə ilkin müqavilə kimi bağlansa da, notariusda təsdiq edilməmişdir. Halbuki, ilkin müqavilə əsas müqavilənin bağlandığı formada, daşınmaz əmlaka dair müqavilələr isə notarial qaydada bağlanmalı olduğundan tərəflər arasında mənzilin alqı-satqısına dair “borc” müqaviləsi adlırazılaşma əhəmiyyətsiz olmuşdur. Ona görə də tərəflər sonradan notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamaqla öz iradələrini sərbəst ifadə edib arzu olunan hüquqi nəticələrə nail olmuşlar. Bununla da iddiaçının istinad etdiyi “borc” müqaviləsi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini yaratmamışdır. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq hesab edir ki, iddiaçının 5000 ABŞ dolları borcun və 28.500 manat əldən çıxmış faydanın alınıb ona verilməsi tələbi də əsaslı deyildir. Məhkəmə bir daha yuxarıda qeyd etdiyi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddiaçının istinad etdiyi sadə yazılı formada tərtib edilmiş mqavilə “borc” müqaviləsi adlandırılsa da, əslində tərəflərin arzu etdikləri hüquqi nəticə mübahisəli mənzilin alqısatqısından ibarət olmuşdur. Həmin “borc” müqaviləsində qeyd edilən 5000 ABŞ dolları mənzilin dəyərinin ödənilməmiş hissəsi kimi göstərilmişdir. Halbuki, həmin “borc” müqaviləsi tərtib edildikdən 2 gün sonra tərəflər mübahisəli mənzilin özgəninkiləşdirilməsinə dair notarusda təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamışlar. Həmin alqı-satqı müqaviləsində iddiaçı heç bir qeyd şərt irəli sürmədən mübahisəli mənzili 16.000 manata nağd şəkildə cavabdehə satmışdır. Ondan sonra tərəflər qeyd olunan alqısatqı müqaviləsində üzərlərinə götürdükləri öhdəlikləri icra etmişlər. Bu da onu deməyə əsas verir ki, mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsində tərəflər arzu etdikləri hüquqi nəticəyə nail olmuşlar. Belə olan halda cavabdehin iddiaçıya mənzilin alqı-satqısı zamanı borclu qalması işin həqiqi hallarına uyğun deyildir. İddiaçının istinad etdiyi “borc” müqaviləsi isə mübahisəli mənzilin alqı-satqısı müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğundan, bağlandığı andan əhəmiyyətsiz olmuşdur. Tərəflərin əslində mübahisəli mənzilin alqı-satqısını nəzərdə tutmuşlar. Ona görə də “borc” müqaviləsi adı ilə bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi üçün arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi iddiaçı yalan əqdə istinad edərək cavabdehə qarşı borc tələbinə dair iddia qaldırmışdır. Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “borc” müqaviləsi adlanan əhəmiyyətsiz əqd olduğuna görə heç bir hüquqi nəticənin yaranmasına səbəb olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 5000 ABŞ dolları pulu tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi həmin hissədə də əsaslı deyildir Məhkəmə, həmçinin iddianın 28.500 manat əldən çıxmış fayda tələbi ilə bağlı qeyd edir ki, iddiaçının mülkiyyətində olmuş mübahisəli mənzil qanunda nəzərdə tutulmuş qaydada bağlanmış alqı-satqı müqaviləsi əsası nda cavabdehin mülkiyyətinə keçmiş və onun həmin mənzil üzərində mülkiyyət hüququ 29.09.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda cavabdeh qanuni sahibliyində olan daşınmaz əmlakdan istifadə etməkdə vicdanlı olmuşdur. Ona görə də mübahisəli mənzildən təyinatına uyğun istifadə edib bəhər götürdüyünə görə cavabdehdən əldə çıxmış fayda tələb etməkdə iddiaçı subyektiv hüquqa malik olamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Göründüyü kimi iddiaçı iddianın 28.500 manat əldən çıxmış faydanın cavabdehdən alınması tələbi ilə bağlı iddia irəli sürərkən də subyektiv hüquqa malik olmamışdır. Ona görə də idda tələbi həmin hissədə rədd edilməlidir. Bununla yanaşı, məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi, iddia müddətinin keçməsinə görə deyil, iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığına görə rədd edildiyindən, iddia tələbinə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası X1nun L.İ. Binnətovanın şikayəti üzrə Azərbayjan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. X1 həmin Qərarında daha sonra qeyd etmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqjadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, iddiaçının alqı-satqı müqaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız edilməsi, mənzildən çıxarılma və mənzilin geri qaytarılması, həmçinin pul tələbinə dair iddiaları subyektiv hüquqa malik olmadığına görə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə onun arasında bağlanmış Mingəçevir şəhəri H. Əliyev prospekti 50 saylı evin, 10 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, cavabdehin Mingəçevir şəhəri İddiaçı prospekti 50 saylı evin, 10 saylı mənzilindən çıxarılması və həmin mənzilin geri qaytarılması, həmçinin Cavabdeh 28500 manat məbləğində pulun və evin alqı-satqısı zamanı qalan 5000 ABŞ dollarının alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1187/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1187/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver