Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1193/2020 13.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi-vəkili VəkilərizəiləMingəçevirŞəhər Məhkəməsinə müraciət edərək, Qax rayonu Qum kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın müvəkkili Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında izahatında göstərmişdir ki, müvəkkili Ərizəçi atası İlyasov Tarix xx.xx.1984-cü il tarixdə vəfat etmiş və bu haqda müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. Daha sonra nənəsi İlyasova Məryəm Ömər qızı xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Qax rayon İcra Hakimiyyəti, Qax rayon dövlət arxivinin 96/1, xx xxxx 2020-ci il tarixli arxiv arayışına əsasən Qax rayon Qum kənd “Oktyabr” kolxozunun Qaytalanmış torpaq kitabından arxiv arayışına görə İlyasova Məryəm Ömər qızının adına 0.14 ha həyətyanı torpaq sahəsi qeydiyyatda olmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Müvəkkili Ərizəçi ölmüş vərəsənin yəni atasının vərəsəsi hesab edilir. Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadəkqalmış vaxt ərzində qəbul etməlidirlər. Müvəkkili Ərizəçi faktiki həmin ünvanda yaşamış və miras əmlakı faktiki qəbul etmişdir. O, üzrlü səbəbdən mirası qəbul etmə müddətini buraxmışdır. Mingəçevir ASAN xidmətin Notariat ofisinə rəsmən müraciət edərkən ona mirasın qəbul etmə müddətini buraxdığını və məhkəməyə müraciət etməli olduğunu bildiriblər. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Qax rayonu Qum kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın müvəkkili Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşdə olan Qax Rayon İcra Hakimiyyəti Qax rayon Dövlət Rxivinin xx.xx.2020-ci il tarixli 9617 saylı arxiv çıxarışından görünür ki, İlyasova Məryəm Ömər qızına 0.14 ha torpaq sahəsi verilib. İşdə olan Ölüm haqqında şəhadətnamələrin surətindən görnür ki, İlyasova Məryəm Ömər qızı xx.xx.1995-ci ildə, İlyasov Tarix isə xx.xx.1984-cü ildə ölmüşdür. İşdə olan Qax rayon İcra Hakimiyyəti QUM X3 Dairəsinin xx.xx.2020-ci il tarixli 780 nömrəli arayışından görünür ki, Ərizəçi mərhum nənəsi öldüyü günədək Qax rayonu, Qum kəndində yaşamışdır. İşdə olan Mingəçevir Regional “Asan xidmət” X2 xx.xx.2020-ci il tarixli 653 nömrəli məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum İlyasova Məryəm Ömər qızının nəvəsidir. İlyasova Məryəm Ömər qızı vəfat etmiş və onun birinci növbə vərəsəsi olan oğlu İlyasov Tarix də vəfat etmişdir. Ona görə də Ərizəçi ərizə tələbi təmin olunmalı və İlyasova Məryəm Ömər qızından miras qalmış Qazax rayonu Qum kəndinə yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : Ərizəçinin tələbi təmin edilsin. Qax rayonu, Qum kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlak Ərizəçi tərəfindən qəbul olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1193/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1193/2020
13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver