Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1198/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilində yaşayan cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, uşaqları X13, X1 şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilində çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi barəsində. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli. 2(051)- xx/xx/2014 saylı mülkü iş qətnaməsi ilə İddiaçı qımın cavabdeh X8 qarşı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı məzilinin ½ hissəsinin bölünərək onun mülkiyyətinə verilməsi, cavabdehlər Əşrəfov Əşrəf Ulduz oğlu və onun həyat yoldaşı X6 qarşı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə iddiası təmin edilmişdir. Həmin qətnaməyə əsasən sözü gedən mənzilin tərəflər arasında bölünməsi, həmin mənzilə ½ pay nisbətində İddiaçı qızma, 2/1 pay- nisbətində X7 xüsusi mülkiyyət hüququnun tanınması, cavabdehlər Əşrəfov Əşrəf Ulduz oğlunun və X3 digər ailə üzvüləri ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2017-ci il 2(107)-140/2017 saylı qətnaməsi ilə cavabdeh Əşrəfov Əşrəf Ulduz oğlunun apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qəbul edilərək, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin ümumi mülkiyyətdə olan 14 saylı mənzilinin tərəflər arasında bölünməsi, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilinə ½ pay nisbətində İddiaçı, 1/2 pay nisbətində isə X7 xüsusi mülkiyyət hüququnun tanınması, cavabdehlər Əşrəfov Əşrəf Ulduz oğlu və X3 Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilindən çıxarılması qət edilmişdir. Apellyasiya Məhkəməsi qətnaməni çıxararkən cavbdehlərin ‘"digər ailə üzvüləri ilə birlikdə” mənzildən çıxarılma hissəsini mahiyyətcə baxılmamış saxlamış, hesab etmişdir ki, Apellyasiya Məhkəməsi qətnamə çıxararkən cavbdehlərin və digər ailə üzvülərinin mübahisəli mənzilə hər hansı hüquqları yaranmadığından məhz cavabdehləri qeyd etməklə iməklə digər ilə üzvülərinin də mənzildən çıxarılmasını nəzərdə tutmuşdur. Ərizəni onunla əsaslandırır ki, göstərilən mənzilə İddiaçı ½ pay mülkiyyət hüququ Daşınmaz Əmlak Dövlət Reyestrindən Çıxarış alınmaqla tanınmışdır. Cavabdehlərdən bir qismi mənzildən çıxmaqdan imtina edirlər, imtinaya əsas kimi həmin mənzildə əlavə olaraq Əşrəfov Əşrəf Ulduz oğlu və onun həyat yoldaşı X10 ilə birgə digər ailə üzvüləri, yəni oğlu Cavabdeh1, gəlini Cavabdeh2, nəvəsi X13, nəvəsi X14 yaşayırlar. Qətnamədə adları göstərilmədiyindən cavabdehlər Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2, uşaqları X13, X5 gedən mənzildən çıxmaqdan imtina edirlər. İş materiallarından göründüyü kimi cavbdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, uşaqları X13, X5 gedən mübahisəli mənzilə hər hansı hüquqları yaranmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclası zamanı iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X15 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, onlar hazırda mübahisəli ev olan Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilində yaşayırlar. Onlar həmin evdə həyat yoldaşı və az yaşlı uşaqları ilə birlikdə yaşayır. Onun yaşamağa başqa yeri yoxdur. Onlar həmin mübahisəli evi 30000 ABŞ dollarına Vidadin satın almışlar. Onlar 10 ildən çoxdur ki, həmin evdə yaşayırlar. O bir halda həmin evdən çıxar ki, onun pulunu geri qaytarsınlar. Əks halda o evdən çıxmayacaqdır. Çünki o həmin evi pul verərək almışdır. Onların yaşamağa başqa yeri yoxdur. Odur ki, izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********95-093009 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X21 küçəsi ev 12, mənzil 14 ünvanında yerləşən mənzil üzərində İddiaçı payı ½ və X7 payı isə ½ hissə olmaqla Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2019–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-396/2009 saylı 16 iyun 2009-cu il tarixli qətnaməsindən görünür ki, X12 oğlu ilə İddiaçı arasında olan 28 noyabr 1987-ci ildə Mirbəşir rayonu VVAQ şöbəsində 133 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-635/2013-cü il tarixli 24 oktyabr 2013-cü il tarixli qətnaməsindən görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin ümumi mülkiyyətdə olan 14 saylı mənzili tərəflər arasında bölünmüş, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin ümumi mülkiyyətdə olan 14 saylı mənzilinə ½ pay nisbətində İddiaçı, ½ pay nisbətində isə X7 xüsusi mülkiyyət hüququnun tanınması, qeyd olunan mənzilə dair X7 adına verilmiş qeydiyyat vəsiqəsi və bununla əlaqədar dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(051)- 3348/2015 saylı qətnaməsinə əsasən Mingəçevir şəhər məhkəməsinin 2(051)-635/2013cü il tarixli 24 oktyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, həmin qətnamə əsasında Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzili üzərində İddiaçı ikidə bir hissədə X7 ikidə bir hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli Çıxarış ləğv edilməsi qət edilmişdir. İşdə olan İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2017-ci il tarixli 2(107)-649/2017 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(051)-3348/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəki Apellyasiya məhkəməsinin 22 aprel 2015-ci il tarixli 2(107)-417/2015ci il tarixli qətnaməsinə əsasən Mingəçevir şəhər məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X8 qarşı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilinin ½ hissəsinin bölünərək onun mülkiyyətinə verilməsi cavabdehlər Əşrəfov Əşrəf Ulduz oğluna və X6 qarşı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 avqust 2015-ci il tarixli 2(102)-3842/15 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin MK-nın 22 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilməsi qərara alınmış və iş məhkəmə baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2017-ci il 2(107)- 140/2017 saylı qətnaməsi ilə cavabdeh Əşrəfov Əşrəf Ulduz oğlunun apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qəbul edilərək, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 .saylı evin ümumi mülkiyyətdə olan 14 saylı mənzilinin tərəflər arasında bölünməsi, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilinə ½ pay nisbətində İddiaçı, 1/2 pay nisbətində isə X7 xüsusi mülkiyyət hüququnun tanınması, cavabdehlər Əşrəfov Əşrəf Ulduz oğlu və X3 Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı evin 14 saylı mənzilindən çıxarılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2018-cı il tarixli 2(102)-2833/2018 saylı qərarına əsasən cavabdeh Əşrəfov Əşrəf Ulduz oğlunun kasassiaya şikayətinin təmin ediməməsi qərara alınmışdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 28 yanvar 2016-cı il tarixli 2(051)-35/2016 saylı qətnaməsindən görünür ki, X12 ilə Əşrəfov Əşrəf Ulduz oğlu arasında bağlanmış Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ ******* saylı 23 sentyabr 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 19 may 2016-cı il tarixli 2(107)-608/16 saylı qətnaməsinə əsasən cavabdeh Əşrəfov Əşrəf Ulduz oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər məhkəməsinin 28 yanvar 2016-cı il tarixli 2(051)-35/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2016-cı il tarixli 2(102)-6304/2016 saylı qərarına əsasən cavabdeh Əşrəfov Əşrəf Ulduz oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 19 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2017-ci il tarixli 2(107)-649/2017 saylı qətnaməsinə əsasən cavabdeh Əşrəfov Əşrəf Ulduz oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin 28 yanvar 2016-cı il tarixli 2(051)-35/2016 saylı qətnaməsi dəyişdirilmiş, Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ ******* saylı 23 sentyabr 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 12000 manat X4 alınıb Əşrəfov Əşrəf Ulduz oğluna verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 8(051)-111/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən Şəki Apelyasiya Məhkəməsinin 13 mart 2017-ci il tarixli 2(107)- 649/2017 saylı və 14 dekabr 2017-ci il tarixli 2(107)-140/2017 saylı qətnamələrinin icra üsulu və qaydası dəyişdirilmişdir. İşdə olan İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2019-cu il tarixli 8(107)-97/2019 saylı qərardadına əsasən İddiaçı nümayəndəsi X11 tərəfindən verilmiş şikayətin təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin 26 iyul 2019cu il tarixli 8(051)-111/2019 saylı qərardadı ləğv edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, X21 küçəsi ev 12 ünvanında yerləşən 14 saylı mənzil üzərində iddiaçının ½ hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlərin isə həmin mübahisəli mənzil üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdehlər hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, sahiblik edirlər. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdehlər arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüquqları qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli mənzil üzərində ½ hissədə paylı mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 övladları X13 və X14 ilə birgə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12 saylı evin 14 saylı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1198/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1198/2023
04.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver