Məhkəmə qərarları › İş №2(051)-1210/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1210/2020

05.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1210/2020 05.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi: Ərizəçi «doğum haqqında akt qeydində düzəliş edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus xx.xx.1957-ci il tarixli, 372 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, onun adının, soyadının və ata adının Ərizəçi kimi və doğum yerinin Ağdaş rayonunun Nemətabad kəndi kimi qeyd edilməsi faktının müəyyən edilməsi və bu barədə ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o, xx xxxx 1957-ci ildə Ağdaş rayonunun Nemətabad kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnamədə adı, soyadı və atasının adı Ərizəçi Maksud oğlu, doğum yeri isə Mingəçevir şəhəri göstərilmişdir. Eyni zamanda nikahın bağlanması haqqında şəhadətnamədə onun adı, soyadı və ata adı Ərizəçi Maxsud oğlu qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsində isə adı, soyadı və atasının adı Ərizəçi, doğulduğu yer isə Ağdaş rayonunun Nemətabad kəndi göstərilmişdir. O, doğum haqqında təkrar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, oradan ona Maraqlı şəxs tərəfindən tərtib olunmuş xx.xx.1957-ci il tarixli, 372 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən atasının adı təqdim etdiyi sənədlərdə göstərildiyi kimi “Mahsud” deyil “Maqsud” kimi, doğum yeri “Ağdaş rayonunun Nemətabad kəndi” deyil “Mingəçevir şəhəri” kimi qeyd olunduğu bildirilmişdir. Bu səbəbdən də ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus xx.xx.1957-ci il tarixli, 372 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, onun adının, soyadının və ata adının Ərizəçi kimi və doğum yerinin Ağdaş rayonunun Nemətabad kəndi kimi qeyd edilməsi faktının müəyyən edilməsi və bu barədə ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X1 ərizəçinin ifadəsinə uyğun ifadə verərək göstərdi ki ərizəçi onun əridir. Onun atasının adı Mahsud, doğum yeri isə Ağdaş rayonunun Nemətabad kəndidir. X2 X1 qızının ifadəsinə uyğun ifadə verərək göstərdi ki ərizəçi onun qonşusudur. Onun atasının adı Mahsud, doğum yeri isə Ağdaş rayonunun Nemətabad kəndidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı soyadı və ata adı Ərizəçi, doğum yeri Ağdaş rayonu, Nemətabad kəndi kimi göst\rilmişdir. İşdə olan Mingəçevir Şəhər Mənzil-Kommunal İstismar Sahəsinin 242 saylı 25.08.işdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin adı soyadı və atasının adı X5, doğum yeri Mingəçevir şəhəri kimi göstərilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin adı soyadı və ata daı Ərizəçi Maxsud oğlu kimi göstərilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1999cu ildə Ağdaş rayonunun Hacılı kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.1999-cu ildə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 06 saylı akt qeydi saxlanılır. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi məxsus xx xxxxx 1957-ci il tarixli, 372 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək, onun adı, soyadı və ata adı Ərizəçi kimi, ata və uşaq qrafasında ata adı Mahsud kimi, doğum yeri Ağdaş rayonunun Nemətabad kəndi kimi qeyd edilsin və bu barədə yeni doğum haqqında şəhadətnamə verilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətna mədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar