Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1216/2020 25.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı X12 etibarnamə üzrə nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçı: X12 cavabdehlər: “Asan Xidmət” X9, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər X16, X13, X3 qarşı «Mirasın qəbul edilməsinin müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X22 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciə tedərək, nənəsi X10 miras qalmış, Mingəçevir şəhərinin Y.Muradov küçəsində yerləşən 37 saylı evin 7 saylı mənzilinin yalnız onun tərəfindən qəbul edilməsinin və miras əmlaka tam şəkldə payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər X16, X13, X4 məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs “Asan Xidmət” X9 isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X12 etibarnamə üzrə nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Miras qoyan X1 nənəsidir. Mərhum xx xxxxxx 2017-ci ildə vəfat etmişdir. Ondan Mngəçevir şəhəri Y.Muradov küçəsində yerləşən Y.Muradov küçəsi 37 saylı evin 7 saylı mənzili miras qalmışdır. Mila Məmmədova vəfat etməmişdən əvvəl yəni xx xxxxxxxx 2010-cu ildəözünə məxsus olan Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən Y.Muradov küçəsi 37 saylı evin 7 saylı mənzilini nəvəsi Milaya vəsiyyət ertmişdir. Həmin mənzil X20 şəriksiz mülkiyyətində olmuşdur. X25 xx xxxxxx 1961-ci ildə Məmməd Məmmədovla nikaha girmiş onların birgə nikahından beşövladı olmuşdur. 1962-ci il təvəllüdlü Adil Məmmədov, 1963-cü il təvəllüdlü Cavabdeh2, 1965-ci il təvəllüdlü Adilə Məmmədova, 1967-ci il təvəllüdlü İddiaçı və 1973cü il təvəllüdlü Natavan. X20 1-ci növbə vərəsələri Mingəçevir şəhəri Y.Muradov küçəsi 37 saylı evin 7 saylı mənzilin nəvəsi Milaya vəsiyyət edilməsindən xəbərdardılar və X25 vəfat etdikdən sonra 3 ay müddətinə mirasdan məcburi pay tələb etməmişlər. Bu barədə ərizələrinidə təqdim etmişlər. Bundan əlavə iddiaçı Milanın əmisi Fəxrəddində mirası qəbul etməmişdir.Lakin karantinlə əlaqədar razılıq ərizəsini təqdim edə bilməmişdir. Buna görə də iddiaçının nənəsi X10 miras qalmış, Mingəçevir şəhərinin Y.Muradov küçəsində yerləşən 37 saylı evin 7 saylı mənzilinin yalnız onun tərəfindən qəbul edilməsinin və miras əmlaka tam şəkldə payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxxxx 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, həmin tarixdə X19 ölən günə kimi ona məxsus olan Mingəçevir şəhərinin Y.Muradov küçəsində yerləşən 37 saylı evin 7 saylı mənzilini X14 vəsiyyət etmişdir. İddia ərizəsinə əlavə olunmuş İddiaçı notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X19 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. Həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. İddia ərizəsinə əlavə olunmuş X6 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X19 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. Həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. İddia ərizəsinə əlavə olunmuş X2 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X19 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. Həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. İddia ərizəsinə əlavə olunmuş X7 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X19 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. Həmin mirası qəbul etməmiş və etməyəcəkdir. Miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin 05/9-65/15 saylı xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X11 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixli 92 saylıölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir, Y.Muradov küçəsi ev 37, mənzil 7” qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir Regional “Asan Xidmət” X15 tərəfindən verilmiş 215 № li xx xxxxxx 2020-ci il tarixli məktubda bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248.1-ci maddələrinə əsasən: “ Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Ərizə müddət ötdükdən sonra daxil olduğu üçün Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikmənin səbəbini üzrlü saydığı halda uzada bilər. Məhkəməyə təqdim olunmuşölüm haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X19 xx xxxxxx 2017-ci ildə, X17 isə xx xxxxxx 2015-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməklə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görəölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüşşəxsin əmlakının qanunda göstərilmişşəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmədə müəyyən olunmuşdur ki, miras qoyan Q.Həsənov vəsiyyətnamə qoymuşdur. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinin tələbinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuşşəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görəölənin uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1166-cı maddəsinin tələbinə görəfiziki şəxs ölməsi halıüçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin mirasın bölüşdürülməsinin anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşmasıüzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1246-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyəçağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məcəllənin 1243.2-ci maddəsində «mirası qəbul etmə»nin nədən ibarət olduğu izah edilərək göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1291-ci maddəsində göstərilmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxarıda qeyd olunanlara əsasən X12 X10 miras qalmış, Mingəçevir şəhərinin Y.Muradov küçəsində yerləşən 37 saylı evin 7 saylı mənzilinə tam şəkildə payının müəyyən edilməsi və qanun üzrə yalnız onun tərəfindən qəbul edilməsi müəyyən edilməklə iddia tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət etdi: İddia tələbi təmin edilsin. X10 miras qalmış, Mingəçevir şəhərinin Y.Muradov küçəsində yerləşən 37 saylı evin 7 saylı mənzilinə tam şəkildə payının müəyyən edilməsi və qanun üzrə yalnız X22 tərəfindən qəbul edilməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-1216/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1216/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver