Məhkəmə qərarları › İş №2(051)-1219/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1219/2020

20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1219/2020 20.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, Ərizəçi və maraqlı şəxs DSMF Mingəçevir şəhər şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, ərizəçi: Ərizəçi «iş stajının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək Mingəçevir şəhəri «Səməni» firmasında sürücü işləməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, xx xxxxxx 1955-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. Uzun illər müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmiş, lakin ona məxsus əmək kitabçasında iş stajının yoxlanılması zamanı xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək «Səməni» firmasında işlədiyi dövr əmək haqqı cədvəllərində atasının adı yazılmadığı üçün ona pensiya təyin olunması mümkün olmamışdır. Həmin dövrdə işlədiyinə dair arayış verilmiş, lakin firmada olan sənədlərdə ata adının qeyd olunmadığı üçün sənədlərində uyğunsuzluq yaranmışdır. Onun «Səməni» firmasında işləməsini təsdiq edən şahidləri də vardır. Ona görə də xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000ci il tarixədək Mingəçevir şəhəri «Səməni» firmasında sürücü işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs DSMF Mingəçevir şəhər şöbəsinin nümayəndəsi X2 ərizəçinin tələbinin qanuna müvafiq qaydada baxılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, «Səməni» firmasının direktorudur. Həqiqətən də Ərizəçi xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək Mingəçevir şəhəri «Səməni» firmasında sürücü işləmişdir. Yanız firmada olan sənədlərdə ata adının qeyd olunmadığı üçün sənədlərində uyğunsuzluq yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, «Səməni» firmasının baş mühasibidir. Təsdiq edir ki, Ərizəçi xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək Mingəçevir şəhəri «Səməni» firmasında sürücü işləmişdir. Yalnız sənədlərində atasının adı yazılmadığından uyğunsuzluq yaranmışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, ərizəçinin təqdim etdiyi şəxsiyyət vəsiqəsi və digər sənədlərlə onun xx xxxxxx 1955-ci ildə Mingəçevir şəhərində anadan olduğu müəyyən olunur. İşə əlavə olunmuşMingəçevir şəhəri «Səməni» firmasının xx xxxx 2020-ci il tarixli, 06 saylı arayışından görünür ki, Ərizəçi xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək Mingəçevir şəhəri «Səməni» firmasında sürücü işləmişdir. İşə əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək Mingəçevir şəhəri «Səməni» firmasında sürücü işləmişdir. Ərizəçinin vəsatəti əsasında məhkəmə baxışında şahid qismində dindirilmiş X5 və X3 ifadələrində ərizəçinin xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək Mingəçevir şəhəri «Səməni» firmasında sürücü işlədiyini təsdiq etmişdirlər. Məhkəmə, sadalanan sübutları müqayisəli şəkildə tədqiq edib, məcmu halda qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasına dəlalət edir. Ona görə də Ərizəçi xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək Mingəçevir şəhəri «Səməni» firmasında sürücü işləməsi faktı müəyyən edilmiş hesab olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunmasıüçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 4.3-cü bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş stajı illəri məhkəmə tərəfindən müəyyən edilə bilər. İşin halları ilə müəyyən olunur ki, ərizəçi iş stajına dair sənədləri başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək Mingəçevir şəhəri «Səməni» firmasında sürücü işləməsi faktı müəyyən olunmuş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM HüseynMirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar