Məhkəmə qərarları › İş №2(051)-1222/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1222/2021

12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1222/2021 12.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxslər Mingəçevir regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «miras əmlakın qəbul edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum əri X1 miras qalmış “xxxx” MMC-də olan qızıl-zinət əşyalarını miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Mərhum əri X4 ilə 27.11.2007-ci il tarixdə ailə qurmuşlar. Onların birgə nikahdan 29.01.2017-ci il təvəllüdlü Mələk adlı bir nəfər övladı olmuşdur. Birgə nikah dövründə yoldaşı X4 “xxxx” MMC-dən qızıl-zinət əşyalarının girovu müqabilində 1625 manat kredit götürmüşdür. Bununla kredit müqaviləsini və ödəniş cədvəlini məhkəməyə təqdim etmişdir. Mərhum əri X4 25.02.2020-ci ildə vəfat etmişdir. Mərhum ərinin adına kredit borcunu bağladıqdan sonra girov qismində qoyulmuş qızılzinət əşyalarını təhvil almaq istədikdə ona Notariusa müraciət etmək lazım olduğunu bildirmişlər. Ailə vəziyyətilə əlaqədar olaraq 6 ay müddət keçdikdən sonra Notariat Kontoruna müraciət etdikdə ona X5 Xidmət Mərkəzinin xüsusi notariusu Nidayət Rzayev məktubla “Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir” cavabla imtina vermiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Mərhum əri X2 birinci növbə vərəsələri anası Ələkbərova Amilə, həyat yoldaşı Ərizəçi və qızı Ələkbərova Mələkdir. Qızı və mərhum həyat yoldaşının anası Ələkbərova Amilə onun xeyrinə öz payından imtina edəcəklər. Onun ərindən qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanı yoxdur. Həmin faktı başqa qaydada təsdiq etmək mümkün olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, mərhum əri X1 miras qalmış “xxxx” MMC-də olan qızıl-zinət əşyalarını miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşdə olan X6 Xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24.03.2020-ci il tarixdə ölmüşdür. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum əri X3r. Fariz Ələkbərov vəfat etmiş və onun birinci növbə vərəsəsi həyat yoldaşı Ərizəçidır. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və X1 miras qalmış “xxxx” MMC-də olan qızıl-zinət əşyalarını onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X1 miras qalmış “xxxx” MMC-də olan qızıl-zinət əşyalarını onun tərəfindən miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar