Məhkəmə qərarları › İş №2(051)-1222/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1222/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1222/2022 14.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Ərizəçi miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış Mingəçevir şəhəri, Az Dres qəsəbəsi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin yalnız onun tərəfindən bütövlükdə miras əmlak kimi faktiki qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçinin nümayəndəsi (vəkil) Vəkil əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs X5 ilə xx.xx.1973-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahdan üç nəfər uşaqları doğulmuşdur. Təmsil etdiyi şəxsin əri, X5 xx.xx.2010-cü il tarixdə vəfat etmişdir. Ondan Mingəçevir şəhəri, Az Dres qəsəbəsi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Ərinin ölümündən sonra sözügedən həyətyanı torpaq sahəsindən yalnız təmsil etdiyi şəxs istifadə edir. Torpaq sahəsi və orada yerləşən mənzil uzun illərdir ona məxsusdur. Lakin ərinin vəfatından sonra hüquqi savadsızlığı səbəbindən torpaq sahəsini vaxtında öz adına sənədləşdirməmişdir. Notariat Kontoruna müraciət etdikdə, ona Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu 25 aprel 2022cu il tarixli 738 saylı imtina məktubu vermiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Təmsil etdiyi şəxsin əri X3 birinci növbə vərəsələri o və üç oğlu- Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4dur. Övladlarının miras əmlakla bağlı mübahisələri yoxdur və onlar sözügedən torpaq sahəsindən istifadə etməmişlər. Hazırda torpağın normal saxlanmasını təmsil etdiyi şəxs təmin edir. Bir sözlə, həmin torpaq faktiki olaraq təmsil etdiyi şəxsə məxsusdur. Belə ki, hazırda təmsil etdiyi şəxs miras torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edir və ona şəxsi əmlakı kimi sahiblik edir. Odur ki ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs2 iştirak etdiyi məhkəmə iclası zamanı ərizəçinin tələbini qəbul etdi və göstərdi ki, xx.xx.2010-cü il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış, Mingəçevir şəhəri, Az Dres qəsəbəsi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi anası tərindən faktiki qəbul edilmişdir. O, başqa yerdə yaşadığı üçün mirası qəbul etməmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs3 iştirak etdiyi məhkəmə iclası zamanı ərizəçinin tələbini qəbul etdi və Maraqlı şəxs2 ilə eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bununla belə Maraqlı şəxs4 07 iyun 2022-ci il tarixdə məhkəməyə ünvanlandığı ərizədə ərizəçinin mirası qəbul etməsinə etirazının olmadığını və işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2009-ci il tarixli ******* saylı çıxarışdan görünür ki, Mingəçevir şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə **********25 nömrəli reyestrdə ********** nömrə ilə qeydiyyata alnımışdır. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 408544 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2009-cü il tarixdə vəfat etmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Ərizəçi 08 yanvar 1973-cü il tarixdə nikah bağlamışdır. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-212/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1946-ci ildə Beyləqan rayonu Beyləqan qəsəbəsində doğulmuş X5 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci il tarixədək aparılmış və xx.xx.1950-ci il tarixdə doğulmuş oğlu, Ərizəçi, xx.xx.1974-cü il tarixdə doğulmuş oğlu, Maraqlı şəxs4, xx.xx.1975-ci il tarixdə doğulmuş oğlu, Maraqlı şəxs3, xx.xx.1977-ci il tarixdə doğulmuş oğlu, Maraqlı şəxs2 barədə məlumatlar aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 25 aprel 2022-cu il tarixli 738 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Maraqlı şəxs4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, X2 qalmış miras əmlakın anası Ərizəçi tərəfindən rsəmiləşdirilməsinə etiraz etmir. İşdə olan Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən notariat ofisinə ünvanlanmış ərizələrdən görünür ki, hər iki maraqlı şəxs xx.xx.2009-cu ildə vəfat etmiş ataları-mərhum X4 məxsus olan Mingəçevir şəhəri, Az Dres ərazisində Məcburi köçkünlərin yaşadığı ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə olan mülkiyyət hüquqlarından anaları- Ərizəçi xeyrinə imtina etmişlər. Gələcəkdə mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklərinə dair öhdəlik götürmüşlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, ərizəçi X5 ilə xx.xx.1973-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından üç nəfər uşaqları doğulmuşdur. X5 xx.xx.2010-cü il tarixdə vəfat etmişdir. Ondan Mingəçevir şəhəri, Az Dres qəsəbəsi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri, Az Dres ərazisində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X3 birinci növbəli qanun üzrə vərəsələri olan Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 mərhum İltizam Əliyevdən qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-ci il tarixdə **********25 nömrəli reyestrdə ********** nömrə ilə qeydiyyata alınmış, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətində olan, Mingəçevir şəhərində yerləşən, 0.05 ha həyətyanı torpaq sahəsinin yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar