Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1233/2021 11.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «Mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun və övladlarını, arvadı X3 paylı mülkiyyətində olan ünvan 1 ünvana köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər V.Abdullayev küçəsi ev 7, mənzil 31 paylı mülkiyyət olmaqla 2/1 hissə onun mülkiyyətindədir. Həmin mənzilin 2/1 hissəsinə dair ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 17.05.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd edilən mənzil valideyinləri vəfat etdikdən sonra bacısı ondan xəbərsiz olaraq evin açarınını ələ keçirərək orada olan əmlakları daşıyıb aparmış və hazırda həmin mənzilə onu buraxmır. Halbuki mənzilin 2/1 hissəsinin mülkiyyətçisi kimi onun həmin mənzildə yaşamaq hüququ var. Buna baxmayaraq Cavabdeh onun mülkiyyət hüquqularını pozaraq mənzildə yaşamağa icazə vermir. Özü ailəlidir və iki övladı var. Hazırda yaşadığı mənzil çox dözülməz vəziyyətdədir. Ev binanın birinci mərtəbəsində yerləşdiyindən və evin zirzəmisi kanalizasiya suyu ilə dolduğundan evin divarları nəmişlikdir. Belə bir vəziyyətdə qeyd edilən mənzildə yaşamaq dözülməzdir. Ona görə mülkiyyətində olan mənzilə köçərək orada yaşamaq istəyir. Buna görə də onun və övladlarını, arvadı X3 paylı mülkiyyətində olan ünvan 1 ünvana köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iddia tələbi ilə qismən razı olduğunu bildirərək verdiyi izahatında göstərmişdir ki, hazırda Y.Muradov küçəsi 37 ünvanda yerləşən ev İddiaçı adınadır. İddiaçı Yaşar Muradov küçəsi ev 37 ünvanda qeydiyyatda olduğundan hazırkı mənzilə istifadə hüquqlarına xitam verilib. Ona görə də iddiaçının hazırkı mənzilə köçürülmə ilə bağlı tələbi əsassızıdır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Vaqif Abdullayev küçəsində yerləşən 7 saylı evin 31 saylı mənzili İddiaçı adına 17 may 2021-ci il tarixdə qeydə alınmışdır. Çıxarışa əsasən İddiaçı payı evin 2/1 hissəsi və Cavabdeh payı isə evin 2/1 hissəsini təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə, yaşayış evindən istifadə hüququna xitam verilməsi və iddia ərizəsinin verilməsi üçün çəkilmiş xərclər ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun mahiyyətini daha geniş açıqlayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ – əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunveriliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak üzərində öz mülahizələri ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçı qeyd olunan mənzilin onun payına düşən hissəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə həmin mənzilə onun və övladlarının, arvadı X1 tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı Mingəçevir şəhəri V.Abdullayev küçəsi 7 saylı evin 31 saylı mənzilinə mülkiyyət hüququ qeydə alınmışdır. İş materialları və tərəflərin izahatında da göründüyü kimi iddiaçının, arvadının və onun övladlarının mübahisəli mənzilə istifadə hüquqları vardır. Qanunun tələbinə görə də iddiaçı və onun ailə üzvləri mülkiyyət hüququ əsasında adına qeydə alınmış Mingəçevir şəhəri V.Abdullayev küçəsi 7 saylı evin 31 saylı mənzilinə köçürülməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət etdi: İddia tələbi təmin edilsin. İddiaçı, övladları və arvadı X2 şəhəri V.Abdullayev küçəsi 7 saylı evin 31 saylı mənzilinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1233/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1233/2021
11.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver