Məhkəmə qərarları › İş №2(051)-1238/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1238/2020

07.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1238/2020 07.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma » tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evinə istifadə hüququna xitam verilsin və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi ev 4 onun mülkiyyətindədir. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Həmin ev uzun illərdir onun anasının mülkiyyətində olmuş və ona vərəsəlik qaydasında keçmişdir. Həmin ev tək idarə edir və bütün komunal xərcləri də onun tərəfindən ödənilir. Lakin yuxarıda qeyd etdiyi qohumları olan şəxslər və ən əsası bacısının gəlini Cavabdeh1 onun evində qeydiyyatdadır. Belə ki, cavabdehin uşağı dünyaya gələrkən Mingəçevir şəhərində icbari sığorta ilə pulsuz səhiyyə xidmətlərindən istifadə etmək üçün mənzilə müvəqqəti qeydiyyata salınmışdır. Halbuki, Cavabdeh1 onun mənzilində heç bir hüququ yoxdur. Bir neçə il bundan əvvəl cavabdeh Qonçə Mustafayeva ona məxsus evə daxil olmuşdur. X10 da onların mənzildən çıxarılması barədə iddia qaldırmış, lakin vəfat etdiyi üçün iş yarımçıq qalmışdır. Cavabdehlərin hərəkətləri onun mülkiyyət və mənzil hüquqlarını pozur. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda olması isə onun mülkiyyətində olan mənzildən istifadə etməsi onun hüquqlarını pozur. Cavabdehlərin çoxu onun birinci növbə qohumları belə deyil. Cavabdehin ona məxsus mənzildən istifadə hüquqları yoxdur. Cavabdehlərin onun mənzilində qeydiyyatda olması və mənzilində yaşamaları onun mülkiyyət hüquqlarımı məhdudlaşdırır. Ona görə də Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evinə istifadə hüququna xitam verilsin və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun yoldaşının xalasıdır. O və ailəsi Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evində yaşayırlar. Hazırda sözügedən mənzil İddiaçı məxsus olsa da əvvəllər mənzil Starə Abbasovaya məxsus olub, Cavabdeh2 vəfat etdiyi üçün mənzil İddiaçı vərəsəlik qaydasında keçmişdir. Sözügedən mənildə o, həyat yoldaşı Rəşvin Mustafayev və iki xəstə övladı ilə yaşayır. Onlar Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evin yerləşdiyi həyətdə daxma tikmiş və yaşamağa başlamışlar. Buna evin əvəlki sahibi Starə Abbasova razılıq vermişdir. Onların başqa bir yaşayış yeri yoxdur. Sözügedən evdən onların çıxması mümkünsüzdür. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3 Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Əhməd Allahverdiyev küçəsi 4 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 Sədir oğlunun 2011-ci ildən, Cavabdeh3 2019-cu ildən və Cavabdeh4 2011-ci ildən Rusiya Federasiyasının vətəndaşlığını təstiq edən sənədlər əsasında ölkə əraisinə giriş-çıxışı qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 sözügedən mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, orada yaşamırlar. Mənzildə yaşayan Cavabdeh1 isə sözügedən mənzilə hər hansı bir hüququ yoxdur. Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməinə evin əvvəlki sahibi Starə Abbasova özü də iddia qaldırmış və məhkəmə gedişində vəfat etdiyi üçün işə baxılıb yekunlaşması mükün olmamışdır. Buna baxmayaraq Starə Abbasovanın varisi və evin mülkiyyətçisi olan İddiaçı məhkəməyə hazırki iddianı qaldıraraq öz konstitusion hüquqlarını həyata keçirmək istəmişdir. Cavabdeh1 sözügedən mənzilə heç bir vaxt istifadə hüququ olmamış və özbaşına yəni mülkiyyətçinin razılığı olmadan istifadə etməklə onun hüquqlarını məhdudlaşdırır. Cavabdeh1 sözügedən mənzilə iddiaçının anası Cavabdeh2 iddia razılıq versə də sağlığında iddia qaldıraraq Cavabdeh1 ona məxsus mənzildən çıxarılmasını istəməklə öz iradə ifadəsini bildirmişdir. Cavabdeh1 iddiaçı ilə demək olar qohumluq əlaqəsi yoxdur. Buna baxmayaraq onun həmin mənzildə yaşaması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Bundan əlavə iş materiallarında olan Miqrasiya Xİdmətinin məktubundan da göründüyü kimi cavabdehlər Cavabdeh2 Sədir oğlu, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus evdə qeydiyyatda olsalarda hazırda Rusiya Federasiyasının vətəndaşlarıdır və qeudiyyatları müvəqqəti və formal xarakter daşıyır. Ümumilikdə cavabdehlərin mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçisinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli Qərarına görə «2001-ci il sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzildən istifadə hüququnun yaranması əsasları Mülki Məcəllənin 228-ci maddəsində göstərilmiş və həmin maddənin tətbiqi ilə bağlı yaranan mübahisələrin həllinə dair Konstitusiya Məhkəməsi müvafiq qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi cavabdehlərin iddiaçıya məxsus mənzildə heç bir hüququ yoxdur. Cavabdehlərin çoxu iddiaçının yaxın qohumum deyil. Mənzilin yeganə mülkiyyətçisi İddiaçıdır. Cavabdehlərin iddiaçı cavabdehlərə mənzilindən istifadə etməsi üçün mən heç bir razılıq verməmişdir. Beləliklə belə nəticəyə gəlmək olar ki, Konstitusiya Məhkəməsinin şərhində göstərilən bütün hallar mövcuddur. Ona gərə də cavabehlərin iddiaçıya məxsus mənzildən istifadəsinə xitam verilməlidir. Bundan əlavə Cavabdeh1 ailə üzvləri (əri X3, iki övladı X4 və X2) ilə birlikdə Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İddiaçı məxsus Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evinə istifadə hüququna xitam verilsin və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar