Məhkəmə qərarları › İş №2(051)-1254/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1254/2020

08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1254/2020 08.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi, maraqlı şəxslər X4 və Alidə Mahmudqızının iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxx 1968ci ildə anadan olub. Mərhum əri X5 ilə xx xxxxxx 1991-ci ildə ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 1994-cü il təvəllüdlü Alidə və xx xxxx 1996-cı il təvəllüdlü Tərxan adlı iki nəfər uşaqları olmuşdur. Birgə nikah müddətində əri Mahmud Yevlax rayonu Havarlı kənd ərazisində torpaq sahəsi almışdır. Mərhum əri X5 xx xxx 2018-ci ildə vəfat etmişdir. Həmin vaxtdan isə torpağa sahiblik edir, hal-hazırda da istifadəsindədir və sahiblik edir. Torpağı öz adına sənədləşdirmək üçün Mingəçevir şəhər Regional Asan Xidmət mərkəzində Notariat ofisinə və Reyestr xidmətinə müraciət etmiş, ona mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərizənin təmin olunmasını, mərhum əri X1 miras qalmış Yevlax rayon Havarlı kənd ərazisində (********** qeydiyyat nömrəli, 08.082019-cu il qeydiyyat tarixi) torpaq sahəsnin miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mərhum atası X1 miras qalmış Yevlax rayon Havarlı kənd ərazisində yerləşən torpaq sahəsi anası Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmiş, miras əmlaka bütöv şəkildə anasına vərəsəlik hüququnun tanınmasına etiraz etmir, miras əmlakla bağlı heç bir mübahisələri yoxdur. Maraqlı şəxs Alidə Mahmudqızı da məhkəmə iclasında atası X1 miras qalmış torpaq sahəsinə bütöv şəkildə anası Ərizəçi vərəsəlik haqqında şəhadətnamə verilməsinə etiraz etmədiyini, mirası anası tərəfindən faktiki qəbul edildiyini bildirdi. Məhkəmə ərizəçini və maraqlı şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Yevlax rayonu Havarlı kənd ərazisində yerləşən 0,10 torpaq sahəsi mülkiyyət hüququ ilə X2 adına qeydə alınmışdır. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi arasında xx xxxxxx 1991-ci ildə nikah bağlanmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 2019cu ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 1961-ci ildə Yevlax rayonun Aşağı Salamabad kəndində anadan olmuş X2 vərəsələri- arvadı xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi, xx xxxxxx 1994-cü il təvəllüdlü Mahmudqızı Alidə, xx xxxx 1996-cı il təvəllüdlü X3r. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 ilə Ərizəçi birgə nikahlarından xx xxxxxx 1994-cü il təvəllüdlü Alidə və xx xxxx 1996-cı il təvəllüdlü Tərxan adlı iki nəfər uşaqları olmuşdur. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi xx xxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, yalnız onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi X2 birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi əri X1 miras qalmış Yevlax rayonu Havarlı kənd ərazisində yerləşən torpaq sahəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Çıxarışa əsasən X2 mülkiyyətində olan və miras kütləsinə daxil edilən Yevlax rayonu Havarlı kənd ərazisində yerləşən torpaq sahəsinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, M.Mahmudovun mülkiyyətində olmuş, mirasın kütləsinə daxil edilmiş Yevlax rayonu Havarlı kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə Ərizəçi tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X2 mülkiyyətində olan və mirasın kütləsinə daxil edilən Yevlax rayonu Havarlı kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar