Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1259/2020 04.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Hüquqi əhəmiyyəti olan qulluq göstərmə faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçiərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun 2011-ci ilin may ayından İ qrup əlil olan xx.xx.1952-ci il təvəllüdlü X1 və İ qrup əlil olan xx.xx.1986-cı il təvəllüdlü baldızı X2 qulluq göstərməyi barədə hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan RespublikasıƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Maraqlı şəxs2 nümayəndəsinin və Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ərizəçi məhkəmə hazırlıq iclasında verdiyi izahatında ərizənin geri qaytarılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması zamanı ərizəçinin ərizəsinin qaytarılması haqqında vəsatəti o halda təmin oluna bilər ki, maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etməsin. Lakin məhkəmə hazırlıq iclasında ərizəçinin ərizəsinin qaytarılması barədə vəsatətinin həlli üçün maraqlı şəxsin mövqeyi əhəmiyyətli deyildir. Ona görə də baxılan iş üzrə ərizəçinin ərizəsinin qaytarılması barədə vəsatəti təmin olunmalı vəərizənin qaytarılması haqqında qərardad çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : Ərizəçi «Hüquqi əhəmiyyəti olan qulluq göstərmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-1259/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1259/2020
04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver