Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1261/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «Mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun 09 fevral 2006-cı il təvəllüdlü Aişə, 03 sentyabr 2007-ci il təvəllüdlü İlhamə adlı yetkinlik yaşına çatmayan qızları ilə birgə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmələri, evə giriş açarlarının Cavabdeh alınaraq ona verilməsi, yaşayış yerinə cavabdehin hərəktələri nəticəsində köçə bilmədiyindən vurulmuş ziyan kimi 2000 manat pulun Cavabdeh alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi onun keçmiş əri Cavabdeh adınadır. Belə ki, onlar 21 dekabr 2004-cü ildə ailə qurmuşlar. Birgə evlilikdən onların üç uşağı olmuşdur. 2006-cı ildə cavabdehin razılığı ilə ünvan 2 ünvana qeydiyyata düşmüşdür. Birgə nikah dövründə həyətdə yeni ev inşa etdirmişlər. Ona məxsus cehizləri həmin evə yığılmış, onlar orada yaşamağa başlamışlar. Ancaq Cavabdeh sonradan sosial ala bilmək üçün həyəti böldürmüş, qeydiyyatda olduğu evi ğz adına saxlamış, digər yeni evi isə valideyinlərinin adına qeydiyyata aldırmışdır. Aralarındakı nikah pozulmuşdur. Cavabdeh onu evdən qovub çıxarmışdır. Ona məxsus qızıl-zinət əşyaları isə satılıb yeni evin inşasına xərclənmişdir. Aralarındakı nikah pozularkən qızları onunla oğlu isə atası ilə qalmışdır. Hazırda onun yaşamağa başqa yeri yoxdur.Cavabdeh isə könüllü evə köməyə imkan vermir. Ona görə mülkiyyətində olan mənzilə köçərək orada yaşamaq istəyir. Buna görə də onun 09 fevral 2006-cı il təvəllüdlü Aişə, 03 sentyabr 2007-ci il təvəllüdlü İlhamə adlı yetkinlik yaşına çatmayan qızları ilə birgə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmələri, evə giriş açarlarının Cavabdeh alınaraq ona verilməsi, yaşayış yerinə cavabdehin hərəktələri nəticəsində köçə bilmədiyindən vurulmuş ziyan kimi 2000 manat pulun Cavabdeh alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, balaca qızı yanvar ayından onun yanında yaşayır. Yalnız böyük qız anası ilə birlikdə yaşayır. Onların evə köçürülməsinə razı deyil. Kirayədə yaşasın. İddiaçıya kompensasiya verməyə maddi imkanı yoxdur. Ona iddianın rədd edilməsini xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Mənsur Fərruxov küçəsində yerləşən 7 saylı evi Cavabdeh adına 24 dekabr 2016-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə, yaşayış evindən istifadə hüququna xitam verilməsi və iddia ərizəsinin verilməsi üçün çəkilmiş xərclər ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun mahiyyətini daha geniş açıqlayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ – əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunveriliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak üzərində öz mülahizələri ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. A.Qədimov qeyd olunan mənzilin onun payına düşən hissəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə həmin mənzilə onun və övladlarının, arvadı X1 tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddiaçı, onun vəkilinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə olunmuş sənədləri və qanunvericiliyin müvafiq normalarını əhatəli şəkildə təhlil edib belə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 21 dekabr 2004-ci ildə nikahları bağlanmış və onlar həmin tarixdən mübahisəli mənzildə yaşamağa başlamışlar. Buradadan görünür ki, mübahisə üzrə münasibət həmin tarixdən yaranmışdır. Ona görə də hazırki mübahisə Mülki Məcəllənin 228.5-ci maddəsi ilə həll olunmalıdır. Həmin maddənin mənasından da görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (arvadı, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı və 09 fevral 2006-cı il təvəllüdlü Aişə, 03 sentyabr 2007-ci il təvəllüdlü İlhamə adlı yetkinlik yaşına çatmayan qızları ilə birgə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməlidir. Lakin iddia yaşayış yerinə cavabdehin hərəktələri nəticəsində köçə bilmədiyindən vurulmuş ziyan kimi 2000 manat pulun Cavabdeh alınıb ona ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət etdi: İddia tələbi təmin edilsin. İddiaçı, 09 fevral 2006-cı il təvəllüdlü Aişə, 03 sentyabr 2007-ci il təvəllüdlü İlhamə adlı yetkinlik yaşına çatmayan qızları ilə birgə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1261/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1261/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver