Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1268/2025 05.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanda qeydiyyatdadır və orada yaşayır. ünvan 2 ünvanda yerləşən mənzilin 1/2 hissəsinin xüsusi mülkiyyətçisidir. Həmin mənzil AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (daşınmaz əmlakın reyestr nömrəsi- **********2-05101- 093006) Çıxarışı əsasında 1/2 hissədə xüsusi mülkiyyətlə ona-İddiaçı məxsusdur və dövlət qeydiyyatına alınmışdır. ünvan 3 ünvanda yerləşən mənzilin 1/2 hissəsi isə bacısı X2 məxsusdur. Son vaxtlar cavabdeh- Cavabdeh özünün qanuni nikahda olan arvadı və uşaqları olmasına və Şəki rayonu Böyük Dəhnə kəndində xüsusi mülkiyyətində özünün evi olmasına baxmayaraq, bacısı X3 ilə gün keçirmək niyyəti ilə yaxın münasibətlər qurmuş və onun icazəsi olmadan ünvan 4 ünvanda yerləşən ona məxsus mənzilə qanunsuz daxil olmuş, hazırda da həmin mənzildə qalır və mənzildən çıxmır. Hazırda İddiaçı xüsusi mülkiyyətində olan mənzilindən sərbəst istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan mənzildə Cavabdeh qanunsuz olaraq yaşayır. O, dəfələrlə Cavabdeh öz mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən mənzilindən çıxmasını tələb etsə də, mənzildən çıxmır və onunla tez-tez münaqişə yaradır. Hətta bununla bağlı bir neçə dəfə aidiyyatı üzrə Mingəçevir Şəhər Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İşi araşdıran Mingəçevir şəhər Polis şəbəsinin əməkdaşları cavabdeh-Cavabdeh ilə onun arasında yaranmış mübahisənin mülki xarakterli olduğunu bildirərək, məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Bundan sonra İddiaçı dəfələrlə cavabdeh - Cavabdeh ona məxsus mənzildən çıxmasını tələb etmiş, lakin, aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh onun mülkiyyətində olan mənzildən çıxmamış və ona məxsus mənzilini faktiki olaraq zəbt etmişdir. O, hazırda öz mənzilində normal şəraitdə yaşamaq istəyir. Lakin, cavabdeh buna mane olaraq onun mülkiyyət hüququnu pozur. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, özünün rəsmi nikahda olduğu arvadı və uşaqları Şəki rayonun Böyük Dəhnə kəndində yaşayır. Özü də Şəki Rayonunun Böyük Dəhnə kəndində qeydiyyatdadır. Orada təsərrüfatı var. Buna görə tez-tez Şəkiyə gedib-gəlir. Bununla belə 6 ilə yaxındır iddiaçının bacısı X3 ilə rəsmi nikah qeyd etdirmədən ailə münasibətlərinə girərək birgə yaşayır. İddiaçının bacısı da onun ailəsidir. Mənzilin digər ½ hissəsi iddiaçının bacısının mülkiyyətindədir. Mənzil iki otaqlıdır. Mənzilin 1 ədəd sanitar qovşağı vardır. Mənzilin digər hissəsinə iddiaçının bacısının mülkiyyətində olduğundan, o da iddiaçının bacısı ilə faktiki nikah münasibətində olduğundan həmin mənzildən çıxarıla bilməz. Odur ki, iddia tələbinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X3 izahat verərək bildirdi ki, İddiaçı onun qardaşıdır. ünvan 1 ünvanda yerləşən mənzili ikisinin paylı mülkiyyətindədir. Cavabdehin rəsmi nikahda olduğu arvadı və uşaqları Şəki rayonun Böyük Dəhnə kəndində yaşayır. Cavabdeh Şəki rayonunun Böyük Dəhnə kəndində qeydiyyatdadır. Orada təsərrüfatı var. Buna görə tez-tez Şəkiyə gedib-gəlir. Bununla belə 6 ilə yaxındır cavabdehlə rəsmi nikah qeyd etdirmədən ailə münasibətlərinə girərək birgə yaşayırlar. Hazırda yaşadıqları mənzil iki otaqlıdır. Mənzilin 1 ədəd sanitar qovşağı vardır. Mənzilin digər hissəsinə onun mülkiyyət hüququ olduğundan, cavabdeh də onunla faktiki nikah münasibətində olduğundan həmin mənzildən çıxarıla bilməz. Lakin qardaşı İddiaçı evdə mütəmadi münaqişələr yaradır, evi təmiz saxlamır və birgə yaşayış qaydalarına riayət etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 6 saylı ümumi sahəsi 40.21 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı, ½ hissədə X1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. Onunla bərabər həmin mənzildə X4 və X3 qeydiyyatdadır. İşin faktiki halı: ünvan 6 ünvanında yerləşən mənzil ½ hissə payla iddiaçının mülkiyyətindədir. Mənzilin digər ½ hissəsi iddiaçının bacısının mülkiyyətindədir. Mənzil iki otaqlıdır. Mənzilin 1 ədəd sanitar qovşağı vardır. Cavabdeh iddiaçının bacısı ilə 6 ilə yaxındır faktiki nikah münasibətlərində olmaqla həmin mənzildə yaşayır. Cavabdehin ailəsi Şəki rayonun Böyük Dəhnə kəndində yaşayır. Cavabdeh başqa şəxslə rəsmi nikahdadır. İddiaçı tələbin təmin edilməsini, cavabdehin onun evindən çıxarılmasını xahiş edir. Cavabdeh iddianın təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Ailə Məcəlləsi: 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda istinad olunan mülki qanunvericilik normalarının tələblərinə əsasən paylı mülkiyyətçilər evdən istifadə qaydası ilə bağlı həm şifahi, həm yazılı razılığa gələ bilərlər, yaxud bu qayda məhkəmə tərəfindən müəyyən edilə bilər. Əgər paylı mülkiyyətçilər arasında ümumi əmlakdan faktiki istifadə ilə bağlı şifahi razılıq varsa paylı mülkiyyətçi onun faktiki istifadəsində olan hissəyə Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyənləşdirilmiş hədlərdə sərbəst surətdə sahib olmaq, ondan istifadə edə etmək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, öz əmlakını özgəsinin qanunsuz sahibliyindən tələb etmək hüquqları vardır. Baxılan iş üzrə iddia tələb hüquqi əsası olmadan həmin mənzildə yaşayan cavabdehin paylı mülkiyyətində olan mənzildən çıxarılması olmuşdur. Digər paylı mülkiyyətçi ilə iddiaçı arasında payların və ya əşyadan istifadə qaydasının müəyyən edilməməsi qeyd olunan tələbin rədd olunması üçün əsas ola bilməz. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mülkiyyətçinin qanunda nəzərdə tutulmuş hüququdur və heç kəs öz hüququndan istifadəyə məcbur edilə bilməz. Nəzərə alınmalıdır ki, payın naturada ayrılması həmin hissənin öz təyinatına uyğun, müstəqil (ayrıca) əşya vəziyyətinə gəlməsinin mümkün olduğu halda mümkündür. Ayrılma baş tutduğu andan payçı ümumi mülkiyyət birliyindən çıxmış olur və müstəqil daşınmaz əşya üzərində onun fərdi mülkiyyət hüququ yaranır. Digər tərəfdən bu cür yanaşma mülkiyyətçinin əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə edə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4-cü maddələrində təsbit olunmuş təminatın pozulması ilə nəticələnməsinə səbəb olar. Eyni yanaşmadan çıxış edərək xüsusilə qeyd etmək lazımdır ki, payların müəyyən edilməməsi və ya istifadə qaydası ilə bağlı razılığın olmaması paylı mülkiyyətçinin heç bir hüquqi əsas olmadan həmin mənzildə digər payçının razılığa ilə yaşayan cavabdehin həmin mənzildən çıxarılması tələbinin təmin edilməsindən imtina etmək üçün əsas deyil. Cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus mənzildən çıxmaması iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia təmin edilməli, cavabdeh qeyd olunan mənzildən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddia təmin edilsə də ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilərlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh **********02-05101-093006 reyestr nömrəli çıxarışa əsasən ½ hissə payla İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-1268/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1268/2025
05.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver