Məhkəmə qərarları › İş №2(051)-1270/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1270/2021

25.10.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1270/2021 25.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 08 noyabr 1944–cü il tarixdə Nuxa (Şəki) şəhərində doğulmuş, əri, X5 ölmüş elan edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X8 ilə 26 may 1988ci il tarixdə Mingəçevir şəhər VADQ şöbəsində nikah bağlamaqla evlənmişdir. Birgə nikahdan 12.09.1987-ci il tarixdə Məhəmməd, 14.01.1989-cu il tarixdə Rasim adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk vaxtlar qayınanası X9 onlarla birlikdə Mingəçevir şəhərində yaşamış, lakin yay aylarında X7 adına olan Şəki şəhəri, Əli Bayramov küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evində qalmışlar. 1993-cü ildən isə ailəsi ilə birlikdə daimi olaraq mərhum qaynanası X7 adına olan həmin evə köçüb yaşamışdır. 10 dekabr 1994-cü il tarixdə qaynanası vəfat etmiş, həmin tarixdən də onun adına olan əmlaka miras açılmışdır. Qaynanasının vəfatından sonra əri Əliheydərlə birlikdə miras mülkdə yaşamağa davam etmişlər. 1998-2000-ci illərdə əri işləmək üçün Rusiya Federasiyasına getmişdir. Əliheydər Məhərrəmov gedəndən sonra yalnız bir dəfə onunla telefon əlaqəsi saxlamışdır. Bundan sonra əri ilə əlaqəsi kəsilmiş, Əliheydər Məhərrəmov bir daha ona və digər qohumlarına zəng etməmişdir. Onunla əlaqə tamamilə kəsilmişdir. Həmin vaxtdan o, uşaqları ilə birlikdə Mingəçevir şəhərinə köçmüşdür. Əliheydər Məhərrəmovun RF-na getməsindən artıq 20 ildən çox vaxt keçmişdir. Ancaq onun harada olması barədə heç bir məlumatı yoxdur. Uşaqları yetkinlik yaşına çatdıqdan sonra ataları haqqında məlumat almaq üçün bir neçə dəfə dövlət orqanlarına və televiziya verilişlərinə müraciət etmişlər, lakin heç bir nəticə əldə edə bilməmişlər. Hazırda isə o, Mingəçevir şəhərində yaşayır, lakin Şəki şəhərində mərhum qaynanası Sariyənin adına olan ev baxımsızlıqdan uçub tökülmək üzrədir. Həmin evi ərinin vərəsəsi kimi təmir etdirib, öz adına rəsmiləşdirərək orada yaşamaq istəyir. Miras əmlaka əri Rusiyaya getdikdən sonra onun özü nəzarət etmişdir. X12 Məhərrəmovdan başqa vərəsəsi yoxdur. Ərinin yerini müəyyən etmək məqsədilə dəfələrlə Şəki şəhər Polis Şöbəsinə müraciət etmiş, axtarış işi açılmışdır. Lakin əri, Əliheydər Məhərrəmovun harada olması barədə məlumat əldə etmək mümkün olmamışdır. Şəki ŞRPŞ tərəfindən ərinin yaşaması ehtimal edilən Rusiya Federasiyasının Tümen vilayəti Daxili İşlər Nazirliyi Dövlətlərarası hüquqi yardımla bağlı Minsk Konvensiyasının qaydalarına uyğun sorğu göndərilsə də, nəticəsi olmamışdır. 2012-ci il tarixdə ərinin harada olması haqqında məlumatın əldə edilməsinin mümkün olmaması barədə qonşuların iştirakı ilə akt tərtib edilmişdir. Hesab edir ki, hazırda onun ərinin sağ olması ehtimalı yoxdur, çünki onun əri ailəsinə və uşaqlarına bağlı olmuşdur. Əgər sağ olsaydı, mütləq onunla və yaxud uşaqları ilə əlaqə saxlayardır. Ona görə də o, ərinin sağ olmadığına əmindir. Hazırda o, qaynanasından miras qalmış əmlaka görə vərəsəlik şəhadətnaməsi almaq istəsə də, ərinin ölümü haqqında müvafiq rəsmi qeydiyyat olmadığı üçün buna nail ola bilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən 08 noyabr 1944–cü il təvəllüdlü X5 ölmüş elan edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxsi nümayəndəsi Məmməd Mustafayev məhkəməyə ünvanlandığı məktubunda işlərinin çoxluğu və yolun uzaq olmasına görə işə onun iştirakı olmadan baxılıb qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8, atası X14, anası X9 olmaqla 08 noyabr 1944–cü il tarixdə Nuxa şəhərində doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 26 may 1988-ci il tarixdə X2 Yaqut Nürəddin qızı arasında bağlanmış nikah, Mingəçevir şəhər VADQ şöbəsində 92 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Məhərrəmova soyadı verilmişdir İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 dekabr 1994cü il tarixdə Mingəçevir şəhərində ölmüşdür. İşdə olan Şəki rayon Polis Şöbəsinin 03 may 2012-ci il tarixli, 3/2422/4-16 saylı məktubundan görünür ki, 08 noyabr 1944-cü il təvəllüdlü, Şəki şəhərində anadan olmuş X5 2000-ci ildə işləmək məqsədilə RF-nın Tümen vilayətinə getməsi, bir müddət evlə əlaqə saxladıqdan sonra barəsində heç bir məlumat olmadığından, onun yerinin müəyyən edilməsi məqsədilə RF-nın Tümen şəhər Dİİ-nə rəsmi məktub göndərilmişdir. İşdə olan 02 may 2012-ci il tarixli, Şəki şəhər «Gəncəli» məhəllə nümayəndəliyi tərəfindən tərtib olunmuş Aktın surətindən görünür ki, Şəki şəhərində qeydiyyatda olan 02.11.1944-cü il təvəllüdlü X8 2000-ci il tarixdən işləmək məqsədilə RF-na getmiş və geri qayıtmamışdır. İşdə olan 2129/4571 nöməli torpaq qeydindən görünür ki, 10-cu rayon Əli Bayramov küçəsi ev 17, Xalq Məhkəməsinin 02 mart 1973-cü il tarixli qərarına əsasən X7 daimi istifadəsinə verilmişdir. İşdə olan Şəki Regional «Asan Xidmət»Mərkəzində Notariat ofisinin Ərizəçi ünvanlanmış,17.01.2020-ci il tarixli, 93 nömrəli məktubundan görünür ki, X5 ölüm haqqında şəhadətnaməsi olmadığı üçün X6 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkün hesab edilmişdir. İşdə olan Şəki şəhər Polis Şöbəsinin 20 may 2021-ci il tarixli, 189-13261-121 saylı məktubundan görünür ki, vətəndaş Ərizəçi müraciəti əsasında X8 qohumları ilə əlaqəni itirmiş şəxs kimi axtarılır. Axtarış işi ilə əlaqədar RF-nın hüquq mühafizə orqanına 09.08.2021-ci il tarixdə sorğu məktubu göndərilmiş və digər axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilən tədbirlər nəticəsində Ə.Məhərrəmovun yerini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Mingəçevir şəhər 9 saylı Mənzil İstisimar Sahəsi tərəfindən 19.10.2021-ci il tarixdə verilmiş 950 nömrəli arayışdan görünür ki, Ərizəçi Nurəddin qızı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 08 noyabr 1944–cü il tarixdə Nuxa (Şəki) şəhərində doğulmuşdur. 26 may 1988-ci il tarixdə Ərizəçi ilə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahlarında 12.09.1987-ci il tarixdə Məhəmməd, 14.01.1989cu il tarixdə Rasim adlı uşaqları doğulmuşdur. Ərizəçi 1993-cü ildə ailəsi ilə birlikdə mərhum X7 adına olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçüb yaşamışdır. Ərizəçinin əri X3 dəfə 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, gedəndən sonra yalnız bir dəfə ailəsi ilə telefon əlaqəsi saxlamış, daha sonra onunla əlaqə kəsilmişdir. X5 RF-na getməsindən artıq 20 ildən çox vaxt keçməsinə baxmayaraq, onun harada olması barədə heç bir məlumatı yoxdur. Ərizəçi ərinin yerini müəyyən etmək məqsədilə dəfələrlə Şəki şəhər Polis Şöbəsinə müraciət etmiş, onun müraciəti əsasında axtarış işi açılmış, lakin ərizəçi ərinin harada olması barədə məlumat əldə edə bilməmişdir. Hazırda ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsi olmadığına görə mərhum X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ona görə də ərinin ölmüş elan olunması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin əmlak hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, ərizəçi yaşayış yeri üzrə Şəki şəhəri, Əli Bayramov küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, 2000-ci ildən, yəni əri X4 Federasiyasına getdiyi vaxtdan ünvan 2 ünvanında yaşayır. Həmin vaxtdan da ərizəçinin ərinin sağ olması barədə məlumat olmamışdır. Azərbaycan Respublikası MPM–in 312–ci madəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçi ərinin ölmüş elan edilməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 313-cü maddəsində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. İş materialları ilə müəyyən olunur ki, ərinin ölmüş elan edilməsi faktının müəyyən edilməsi ərizəçiyə ölün haqqında şəhadətnamə almaq, ölüm haqqında şəhadətnamə isə vərəsəlik hüququnun həyata keçirmək üçün lazımdır. Belə ki, ərizəçi mərhum qayınanası X6 miras qalmış əmlaka dair irsi transmissiya üzrə mirasın qəbul edilməsinə dair vərəsəlik hüququ haqqında şəhadətnaməni, ərinin ölüm haqqında şəhadətnaməsi olmadığına görə ala bilməmişdir. Qeyd olunan fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsi ilə bağlı olduğundan, hüquqi əhəmiyyətə malikdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası MPM–in 313-cü madəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə iş üzrə toplanmış materiallar əsasında müəyyən edilmiş hallara əsasən hesab edir ki, ərizəçinin əri, X1 yaşayış yeri olan Şəki şəhərində onun harada olması barədə 20 il ərzində heç bir məlumat olmadığından, ərizəçinin ərinin sağ olması ehtimalı yoxdur. Ona görə də ərizəçinin əri X8 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası MM–in 41.1–ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3–cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM–in 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. 08 noyabr 1944–cü il tarixdə Nuxa (ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və həmin ünvanda yaşamış X8 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X5 ölüm günü sayılsın. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X5 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar