Məhkəmə qərarları › İş №2(051)-1272/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1272/2020

30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1272/2020 30.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi-vəkili X1 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı « mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.1998-ci ildə anadan olmuş, atası Cavabdeh1, anası isə X2r. Ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamış, xx xxxxxx 2008-ci ild\ anası vəfat etmişdir. Anasının vəfatından sonra atası Cavabdeh2 ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzilini almışlar. Daha sonra universitetə daxil olduğu üçün Bakı şəhərinə getmişdir. Bu müddət ərzində onlara nənəsi köməklik etmişdir. Yəni o bacı qardaşının yanında yaşamaq istəsə də Cavabdeh2 ona imkan verməmişdir. O hər dəfə sözügedən mənzilə gedib orda yaşamaq istəsə də mübahisə düşmüş və cavabdehlər tərəfindən onun mənzildə yaşamasına şərait yaradılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də onun Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi-vəkili X4 məhkəmə iclasında iddia tələbi ilə qəbul etməyərək izahatında gösrətmişdir ki, İddiaçı Cavabdeh1 qızıdır. İddiaçı uşaqlıqdan cavabdehlərlə mübahisəli Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzildə yaşasa da xeyli müddətdir evi tərk etmiş və həmin mənzildə yaşamır. Nəzrinin bacı-qardaşı onun sözügedən mənzildə onlarla birlikdə yaşamasına razı deyillər. İddiaçı həmin mənzildə yaşayarsa daim söz-söhbət olması qaçınılmaz olar. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən və Daxili İşlər Nazirliyinin ******* №li arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İbrahimova X3 şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzildə qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzili Cavabdeh1 adına mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinəəsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailəüzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MülkiMəcəllənin 228.2-ci maddəsinəəsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. MülkiMəcəllənin 228.5-ci maddəsinəəsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailəüzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailəüzvlərinin (ərin,arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailəüzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, «Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.». Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərkən müəyyən etmişdir i, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, İddiaçı Cavabdeh1 doğma qızı olmaqla ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzildə yaşamışdır. Onun sözügedən mənzilə istifadə hüququ mənzil əldə olunandan yaranmışdır. İddiaçının yaşamaq üçün başqa yaşayış yeri olması iş materialları ilə öz əksini tapmamışdır. Belə olan halda İddiaçı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 8/2 saylı evin 34 saylı mənzilə istifadə hüququnun tanınması və həmin məmzilə köçürülməsi labüddür. İddiaçı bununla bağlı öz sübutlarını təqdim etmiş, cavabdehlər tərəfindən isə bu halı istisna edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət e t d i : İddia tələbi təmin edilsin. İbrahimova X3 şəhəri, A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzilinə ümumi əsaslarla istifadə hüququ tanınsın və həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar