Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1288/2025 24.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğvi və mənzildən çıxarılma” tələbinə dair ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğvi və mənzildən çıxarılma” Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli nisyə mənzil alqi-satqi müqaviləsi ləğv edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına və mənzilin ona - İddiaçı qaytarılmasına qərar verilməsi, cavabdehin mənzildən 2022-2025-ci illər ərzində qanunsuz istifadə etdiyinə görə (ayliq təxmini 300 AZN olmaqla), 3 illik icarə dəyərində— 10.800 AZN məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi, ödəmiş olduğu məhkəmə rüsumunun cavabdehdən tutulmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin baxılmamış saxlanımasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi X1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdeh və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək müəyyən etdi ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar mövcuddur. Ona görə də ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı “nisyə alqı-satqı müqaviləsinin ləğvi və mənzildən çıxarılma” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, mübahisənin məhkəmədən qabaq - pretenziya qaydasında həll edilməsində iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətlərindən yarandığından və qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll qaydası nəzərdə tutulur. İddiaçı tərəfindən bu qaydaya riayət edilmədiyindən iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə tərəflərə izah edir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğvi və mənzildən çıxarılma” tələbinə dair ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100.40 manat məbləğində pul iddiaçı Cavabdeh qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1288/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1288/2025
24.06.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver