Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-13/2025 19.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Minngəçevir şəhər Toçubaşov küçəsi 6 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində ½ hissədə onun. ½ hissədə isə Cavabdeh əmməd oğlunun payl mülkiyyət hüququ daşaınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Qardaşı ilə əldə etdiyi razılığa əsasən 25 il bundan əvvəl qeyd olunan torpaq sahəsində inşa olunmuş evin 2 otağının bir otağındn qardaşı olan cavabdeh bir otağında isə o. İstifadə edəcəkdir. Cavabdeh ailəsi 4 nəfərdən onun ailəsi isə 5 nəfərdən ibarətdir və münasibətləri yaxşı deyildir. Bir daha bildirir ki qardaşı Cavabdehla o uzun müddətdir öz aralarında olan faktiki razılıq əsasınd yaşadıqları evin bir hissəsindən Cavabdeh digər hissəsindən isə o bərabər şərtlər daxilində istifadə etmək üçün özlərinə zəruri şərait yaratmışdır. Onların istifadəsində olan yaşayış sahəsi bir birlərindən təcrid olunmuşdur. Bu isə evə iki giriş yolunun açılması ilə nəticələnmişdir. Mübahisəli evin daxilində və xaricində aparılmış dəyişikliklər nə Cavabdeh nədə ki onun mənzilindən istifadə hüquqları məhdudlaşdırılmamış əksinə dahada yaxşılaşdırılmışdır. Ona görə də bu hal uzun müddət davam etmiş onlar bu bölgüyə və dəyişikliyə həmin vaxt etiraz etməmişlər. Bundan başqa cavabdehin yaşadığı evdən və həyətyanı torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etmələri onun tərəfindən məhdudlaşdırılmır. Buna baxmayaraq Cavabdeh Məhkəmədə ona qarşı əsassız iddialar qaldırır. Hazırkı vaxtda torpaq üstündə əsassız mübahisələr edir. İlkin əvvəldə payların xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(051)-198/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olunmuşdur. X8 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)41/2020 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Həmin qətnamədə xx.xx.2016-cı il tarixli RX seriyalı ******* çıxarışda o və İddiaçı başqa X5 Məmmədovun da paylı mülkiyyətçi olduqları Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv olunmuşdur. Hazırda Mingəçevir şəhəri, Topçubaşov küçəsi, 6 ünvanda yerləşən 0.08 ha torpaq sahəsi üzərində ½ hissədə onun ½ hissədə isə cavabdeh əmmədov Zahir Məmməd oğlunun paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İdiaçının vəkili Vəkil2 da məhkəmə iclası zamanı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehov oğlunun nümayəndəsi Vəkil1 izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki espertizanın rəyi ilə razı deyil Ekspert tərəfindən verilən rəy tam və müsbət deyildir. Sxemdəndə görünür ki torpaq sahəsi boş deyil. Orada fərdi evlə yanaşı müxtəlif ölçülü tikililərdə mövcuddur. Bundan əlavə onlar o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanda olan 35 kv.metr yaşayış evi üzərində dövlət mülkiyyət hüququnun, 8.0, 14.5, 12.5, 15.0, 6.0, 7.5, 18.85, 3.64,12.0 kv.metr olmaqla 5 otaq, 2 mətbəx, 1 eyvan, 1 sanzel-hamamdan ibarət tikililər üzərində atası Məmməd Məmmədovun mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə iddia qaldırıb. Həmin tikililər yerləşdiyi torpaq sahəsi tikili sahibinin mülkiyyəti hesab ediləcəyindən torpağın naturada bölünməsi ilə birbaşa bağlıdır. Həmin tikililər üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyi tələbinə baxılıb qurtarana qədər hazırki işə baxılması mümkünsüz olduğundan mülki işin icraatının dayandırılmasını xahiş etdi. Ona görə də izahatınd qeyd olunanların nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdehov oğlunun vəkili Vəkil1 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin və onların nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki işdə olan Məhkəməyə təqdim olunmuş DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır İşdə olan Məhkəməyə təqdim olunmuş DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı Məmmədov Məmməd Əziz oğlunun X2 və Cavabdeh xx.xx.2015-ci il tarixdə ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(051)- 198/2019 saylı qətnaməsindən görünür ki İddiaçı və Cavabdeh məxsus həyətyanı torpaq sahələri arasında sərhəd naturada müəyyən edilməsi Sərhədlər İddiaçı və Cavabdeh arasında faktiki istifadəsində olan variantda müəyyən edilməsi Cavabdeh aparılan söküntü işləri və digər qanunsuz əməllərin aparılması qadağan edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2 107 -41/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(051)-198/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət payının naturada ayrılması və özbaşına söküntü işlərinin aparılmasının dayandırılması tələbinə dair iddiası rədd edilməsi haqqında qətnamə qəbul edilmişdir. İşdə olan Azərbaycan espublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3437/2020 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-41/2020 nömrəli iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh, X1, X7, X4 cavabdeh İddiaçı qarşı ünvan 3 ünvanda yerləşən, 2 otaqlı, 35 kvadrat metr sahədən ibarət mənzilin otaqları arasında olan qapıların açılıb əvvəlki vəziyyətə qaytarılması, İddiaçı istifadəsində olan otağın pəncərəsinin əvvəlki yerinə qaytarılması, mövcud olan pəncərənin bağlanması, orderdə qeyd olunan 35 kvadrat metrlik sahədən ibarət 2 otaqdan yaşayış hüquqlarının bərpa edilməsi, cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılması, mənzilə girişin əvvəlki vəziyyətdə bərpa olunması, cavabdehin yaşayış otağına bitişik inşa etdirdiyi tualethamamın öz vəsaiti hesabına sökülməsi, Məmmədov Məmməd Əziz oğlunun sağlığında inşa olunmuş otağa və köməkçi sahəyə girişə qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. X6 2-1 116-163/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh cavabdh Azərbaycan espublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı ünvan 4 ünvanda olan 35 kv.m olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınıb çıxarııın verilməsi öhdəliyin cavabdhin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 10/3807 saylı rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin naturadda tərəflər arasında faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Mcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2 və 220.3. maddələri). Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İddiaçı ümumi birgə paylı mülkiyyətdə olan əmlak payının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, keçirilmiş ekspertiza tədqiqatı ilə yaşayış sahəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edildiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, tərəflərin izahatı, iş materiallarında olan sənədlər və ekspert rəyi müqayisəli şəkildə təhlil edərək müəyyən olunmuşdur ki, Minngəçevir şəhəri Toçubaşov küçəsi 6 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 10/3807 saylı rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri Topçubaşov küçəsi ev 6 ünvanda yerləşən torpaq sahəsinin naturada tərəflər arasında faktiki istifadəsində olan variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkün hesab edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Minngəçevir şəhər Toçubaşov küçəsi 6 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı payı ½ hissə və Cavabdeh payı ½ hissə olmaqla naturada ayrılmalıdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ünvan 5 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı payı ½ hissə və Cavabdeh payı ½ hissə olmaqla naturada ayrılsın. Cavabdeh 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-13/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-13/2025
19.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver