Məhkəmə qərarları › İş №2(051)-1300/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1300/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1300/2020 16.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı: İddiaçı cavabdehlər X3 və X5 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər X1 və X4 Mingəçevir şəhəri, 2-ci Bağ küçəsi, 24 ünvanında yerləşən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, ünvan 2 ünvanda, 0.0549 ha torpaq sahəsi üzərində yerləşən bağ evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyattı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Cavabdeh X2 yaxından tanıyır. O, bir müddət əvvəl ona müraciət edərək qızı, digər cavabdeh X6 şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyinə görə və ona yeni şəxsiyyət vəsiqəsi alarkən onların hər ikisinin onun mənzilinə pasport qeydiyyatına alınması üçün yazılı razılıqverməsini xahiş etmişdir. O da cavabdehlərin xahişini yerinə yetirərək hər iki cavabdehin onun mənzilinə pasport qeydiyyatına alınmalarına yazılı razılıq vermişdir. Cavabdeh X3 öz dəst-xətti ilə izahat yazaraq bildirmişdir ki, “ona məxsus bu mənzildən heç bir pay istəmir və heç bir təmənna ummur”. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməi iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AR Daxiliİşlər Nazirliyi Yaşayış Yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəməyə təqdim olunmuş DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, 2-ci Bağ küçəsi, 24 ünvanındakı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan X1 izahatından görünür ki, onun qızının şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən İddiaçı Günnəşli bağ küçəsi ev 24 ünvanına qeydiyyata düşmüşdür. Bu evdən heç bir təmənna ummurlar. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan digər yazılı sübutları araşdırıb onlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaətinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, cavabdehlər sözügedən mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, orada yaşamırlar və iddiaçı mənzildən istifadə ilə bağlı bütün hüquqlarına xitam verilməsini xahiş edir. Cavabdehin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçisinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna o şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeyd alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mənzildən istifadə hüququnun yaranması əsasları Mülki Məcəllənin 228-ci maddəsində göstərilmiş və həmin maddənin tətbiqi ilə bağlı yaranan mübahisələrin həllinə dair Konstitusiya Məhkəməsi müvafiq qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlə mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, onların mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsindəki «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydalara müvafiq olaraq, mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi mülkiyyətçi ilə cavabdehlər arasında mənzildən istifadə hüququna dair notariat qaydasında təsdiqlənən razılaşma olmamışdır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər X3 və X4 Mingəçevir şəhəri, 2-ci Bağ küçəsi, 24 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar