Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-109/2025 28.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X22 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Samux rayon İcra Hakimiyyəti Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 onun himayəsinə verilməsi, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, yetkinlik yaşına çatana kimi hər ay bir uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə birgə nikaha girərək ailə həyətı qurmuş, cavabdehlə nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X14 anadan olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, həmin qətnaməyə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 onun yanında və himayəsində qalmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək uşaqların Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. 2021-ci ilin yanvar ayından övladları xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X2 rayonu, Əhmədbəyli kəndində onun himayəsində yaşayır və məktəbə gedirlər. Cavabdeh 2021-ci ildən Rusiya Federasiyasında yaşayır və bir dəfə də olsun övladları ilə maraqlanmamış və heç bir maddi, mənəvi yardım göstərməmişdir. O, xx.xx.2024-cü il tarixdə uşaqların onun yanında qalma faktının müəyyən edilməsi və aliment tələbi ilə Samux 1 saylı mediasiya təşkilatına rəsmi müraciət etmiş, lakin qarşı tərəfin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən razılıq əldə edilməmişdir. O, xx.xx.2024-cü il tarixdə mediasiya sessiyasında iştirak etməsi barədə müvafiq arayış almışdır. Bu səbəbdən də, övladlarının onun himayəsində qalması, alimentin xx.xx.2024-cü il tarixdən hesablanması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Uşaqların normal yaşaması, büyüməsi üçün daimi maddi və mənəvi qayğı zəruridir. Onun heç yerdən gəliri yoxdur, uşaqları normal böyütmək üçün alimentə ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Samux Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 uşaqların atalarında qalmasına etiraz etmədi. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Samux rayon Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin nümayəndəsi (pedaqoq) X13 bildirmişdir ki, uşaqların qayğısını atası çəkir, anası uşaqlarını atıb getmişdir. Bu səbəbdən də, uşaqlar atasına verilməsi məqsədəmüvafiq olar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Samux Rayon icra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Samux rayonu, Əhmədbəyli kəndində ərazisində yaşamır. Məhkəmə xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 10 yaşdan yuxarı olmalarını, valideynlər arasında uşaqların hansının yanında qalmasına dair fikir ayrılığının olmasını, eləcə də uşaqların maraqlarına toxunacaq halları nəzərə alaraq, məhkəmə araşdırılması zamanı xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 fikrinin nəzərə alınmasını zəruri hesab etmişdir. Bu səbəbdən də, xx.xx.2012-ci il tarixdə anadan olmuş X11 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X14 məhkəmə iclasında iddiaçının, Samux Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin və Samux rayon Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin müəlliminin (pedaqoqun) iştirakı ilə dindirildilər. Dindirilmə zamanı X11 öz fikrini müstəqil şəkildə ifadə edərək bildirdi ki, hazırda o, atası və nənəsi ilə birlikdə yaşayır, ona atası və nənəsi baxır. Anası onu atıb getmişdir, beş ildir ki, anasını görmür, ona görə də, anasının yanında qalmaq istəmir, atasının yanında qalmaq istəyir. Dindirilmə zamanı X14 öz fikrini müstəqil şəkildə ifadə edərək bildirdi ki, hazırda o atası və nənəsi ilə birlikdə yaşayır, ona atası və nənəsi baxır. Məktəbə onu atası yola salır. Anası onu atıb getmişdir, beş ildir ki, anasını görmür, anası ona zəng etmir, danışmır, ona görə də, anasının yanında qalmaq istəmir, atasının yanında qalmaq istəyir. Azərbaycan Respublikası Ailə Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iddiaçının, Samux Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)- 28/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 13 noyabr 2010-cu il tarixdə Samux rayon Əhmədbəyli kənd icra nümayəndəliyində 06 sayla qeydə alınmış nikahın pozulması, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması, iddia tələbinin xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 iddiaçının himayəsinə verilməsi, onların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı qazancından və başqa gəlirlərindən hər ay hır uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq, iddiaçının xeyrinə verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-28/2022 nömrəli qətnaməsinin xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 cavabdeh İddiaçı yanında və himayəsind saxlanılması və iddia tələbinin xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 iddiaçının himayəsinə verilməsi, onların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq, iddiaçının xeyrinə verilməsi hissəsində təmin edilməməsi hissələrində ləğv edilməi və həmin hissədə yeni qətnamə qəbul ediıməsi, iddiaçı Cavabdeh iddiasının uşaq tələbinə dair hissədə tam, aliment tələbinə dair hissədə qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılması və İddiaçı alınaraq Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşaqların cavabdehdən alınıb iddiaçıya verildi tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Samux rayon İcra və probasiya şöbəsinin rəisi Asiman Quliyev, Samux rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Rüfət Kazımov, Samux rayon İcra və probasiya şöbəsinin baş mütəxəssisi Sevanə Abbaszadə, hal şahidi Fatimə İmranova, tələbkar Cavabdeh və cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli qətnaməsinə əsasən 2 uşağın Quliyev Mənsur və X8rının İddiaçı alınaraq, X3 verilməsi və hər uşağa 100 manat olmaqla, 200 manat aliment pulu ödənilməsinə dair qərarın icrası ilə bağlı bü günə təyin edildi və tərəflər bir araya gələrək şöbəyə gəlmişlər, uşaqlarla ananın birgə ünsiyyətdə olmalarına şərait yaradılmışdır. Uşaqlar ana ilə getməkdən imtina etmişlər və ciddi narazılıqlarını bildirmişlər. Ana Cavabdeh narazılığını bildirərək uşaqların atası tərəfindən öyrədildiyini və təsir altında saxladığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən Samux rayon İcra və probasiya şöbəsinin rəisi Asiman Quliyevə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən müvəqqəti dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən Samux rayon İcra və probasiya şöbəsinin rəisi Asiman Quliyevə ünvanlanmış ərizədə Cavabdeh qeyd etmişdir ki, qərarın icrası ilə bağlı dəfələrlə gəlib-getmişdir. Uşaqların ona alınıb verilməsini istəmiş, uşaqlarla görüşmüş, lakin uşaqlara ataları tərəfindən təsir və təzyiq göstərildiyindən uşaqlar ona gəlmək istəməmiş, lakin o, uşaqlarına həmişə mənəvi və maddi cəhətdən kömək olacaqdır. Qarşı tərəf onunla mübahisə edərkən uşaqlara təzyiq göstərildiyini düşündüyündən uşaqların gələcəyi üçün, uşaqların psixologiyasını düşünərək, uşaqların qırılmasını istəmədiyindən icra sənədinin icra olunmadan “İcra Haqqında” Qanunun 23-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Samux rayon İcra və probasiya şöbəsinin rəisi X15, Samux rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X18, Samux rayon İcra və probasiya şöbəsinin baş mütəxəssisi X6, icra sənədi üzrə borclu İddiaçı, icra sənədi üzrə tələbkar Cavabdeh, borclunun anası X16 və tələbkarın anası X9 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(104)-1874/2022 nömrəli icra sənədinə əsasən uşaqların atalarından alınaraq analarına verilməsi, uşaqların verildiyi tarixdən hesablanaraq hər ay cəmi 200 manat aliment pulunun İddiaçı alınaraq tələbkar Cavabdeh verilməsi qət edilmişdir. Qərarın icrası ilə bağlı bü günkü günə təyin edilmiş, uşaqlarla ananın birgə otaqda sərbəst ünsiyyətdə olmaları üçün şərait yaradılmış, uşaqlar anaya getməyəcəklərini bildirmişlər, ana Cavabdeh uşaqları narahat etməməsi və onları qırmayacağını söyləyərək, məcburi götürülməsini istəməmişdir. Bu səbəbdən də, onlar ataları ilə qalmalarını istəyirsə deyə həmin işin icrasının icra edilmədən “İcra Haqqında” Qanunun 23-cü maddəsinə əsasən məhkəməyə qaytarılmasını bildirmişdir. İş materiallarında olan Samux rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının surətindən görünür ki, icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılması və İddiaçı alınaraq anaları Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı uşaqların iddiaçıya verildiyi tarixdən hesablanaraq, hər ay cəmi 200 manat aliment pulunun alınaraq tələbkar Cavabdeh verilməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkar Cavabdeh xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, uşaqların psixologiyasını və gələcəyini düşünərək, uşaqların qırılmaması üçün icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Samux Rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1874/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılması, İddiaçı alınaraq Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, iş üzrə başlamaq haqqında qərar qəbul edilərək, tərəflərə məlumat verilmişdir. Tələbkar Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən icra sənədi xx.xx.2023-cü il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Samux Rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1874/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixdə Samux rayon icra şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə icra tədbiri təyin edilməsinə baxmayaraq, tələbkar Cavabdeh icra tədbirində iştirak etməmişdir. Tələbkara rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, icra tədbirində iştirak etmədiyi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.5-ci maddəsinə uyğun olaraq tələbkarın hərəkətsizliyi ilə icra sənədinin məhkəməyə geri qaytarılması haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, komissiya xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7, atası İddiaçı ilə birlikdə yaşamaları məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 11/146 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Samux 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya sistemində” edilmiş xx.xx.2025-ci il tarixli sorğudan görünür ki, Cavabdeh müxtəlif vaxtlarda ölkə ərazisinə giriş və ölkə ərazisindən çıxış etmişdir, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə ölkə ərazisindən çıxış etmişdir (Kazan şəhəri). Cavabdeh ölkə ərazisinə girişi portaldan çıxarışdan görünmür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşğın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Məhkəmə mübahisənin düzgün həll edilməsi baxımından, Samux Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyində göstərilən xüsusatlara da qiymət verilməsini zəruri hesab edir. Belə ki, Komissiyanın rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 atası, İddiaçı ilə birlikdə yaşamaları məqsədə müvafiqdir. Ona görə də məhkəmə komissiyanın gəldiyi nəticə ilə razılaşır və onu sübut növü kimi qəbul edir. Həmçinin, məhkəmə mübahisənin düzgün həll edilməsi baxımından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 11/146 nömrəli ekspert rəyində göstərilən xüsusatlara da qiymət verilməsini hesab edir. Belə ki, ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmamışdır. Ona görə də məhkəmə ekspertin gəldiyi nəticə ilə razılaşır və onu sübut növü kimi qəbul edir. Nəzərə alınmalıdır ki, bağlılıq insanlar arasında emosional əlaqənin yaranması ilə bağlı qarşılıqlı prosesdir. Bağlılıq hissini müddətlə məhdudlaşdırmaq olmaz, bu hiss insanlarda ayrıldıqdan sonra da saxlanılır. Belə hisslərin keçirilməsi uşaqlar üçün çox vacib və zəruridir. Bağlılıq hissi olmadan uşaqlar hərtərəfli inkişaf edə bilmir. Bağlılığın pozulması nəinki uşaqların sosial əlaqələrinə, yəni vicdanının və ləyaqətinin inkişafına, həmçinin onların emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Məhkəmənin qənaətinə görə valideynlərdən hansının yanında qalması ilə bağlı uşaqların fikri dinlənilərkən yeganə əsas kimi uşaqların fikri götürülməməli, uşaqların fikri digər hallarla yanaşı məcmu halında qiymətləndirilməli və uşaqların üstün maraqlarını nəzərə almaqla mübahisə həll edilməlidir. Uşaqların üstün marağı dedikdə isə onların hansı valideynə, hazırki işdə ataya və ya anaya isti münasibəti deyil, ümumilikdə təlim-tərbiyəsi, təhsili və s. hallar məcmu halda əsas götürülməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı uşaqlarının onun yanında saxlanmasında israrlıdır, cavabdeh isə uşaqları ilə maraqlanmamış, uşaqların onun yanında saxlanılmasına münasibət bildirməmişdir. Bu səbəbdən də, uşaqların atasının yanında qalmaq istədikləri, daha çox atalarına bağlı olmaları nəzərə alınmalıdır. Tərəflərin birgə nikahından doğulmuş uşaqlarİ hazırda atasının yanındadır, onlara ataları baxır, cavabdeh isə dəfələrlə məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 üstün mənafeləri nəzərə alınmaqla tərəflərin birgə nikahından doğulmuş uşaqların atasına, yəni iddiaçıya verilməsi məqsədəmüvafiqdir. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə, tərəflərin maddi-sosial vəziyyətini, uşaqların xeyli vaxtdır ki, anasından ayrı atasının yanında yaşamasını, uşaqların qayğısının daha çox atası tərəfindən çəkilməsini, uşaqların atasına daha çox bağlılığını, onların hazırki yaşayış yerində doğulmaqla, orada böyüyüb boya-başa çatmasını, təhsil yerini, tərbiyələrini və inkişafı üçün hazırki yaşayış yerində daha münbit şərait yaradılmasını, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətlərini, valideynlərdən hər biri ilə uşaqlar arasında yaranmış münasibətləri, uşaqların tərbiyəsi və inkişafı üçün yaradılmış şəraiti, uşaqların fiziki və psixoloji cəhətdən sağlam inkişafını, həmçinin həmin mühitdə artıq vərdiş etdiyi şəraitdə birlikdə yaşamalarını, uşaqların atalarına hissi-emosional bağlılığını nəzərə alaraq, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 hazırki vəziyyətdə atalarının yanında qalmalarını məqsədəmüvafiq hesab edir, məhz yuxarıda sadalanan hallar baxımından, həm də uşaqların Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbi baxımından hazırki vəziyyətdə müstəqil fikrini dinləməklə, eləcə də tərəflər arasındakı hazırki mübahisə predmeti ailə-hüquq münasibətləri çərçivəsində davam edən xarakterli olduğundan bu müddət ərzində onların atası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab edir. Lakin məhkəmə sonda əlavə olaraq izah edir ki, mübahsiə edilən iddia predmeti davam edən hüquq münasibətləri çərcivəsinə aid olduğundan Cavabdeh ilkin vəziyyətdə öz övladlarına qarşı hissi-emosional bağlılığı və ailə tellərinin (bağlarının) qırılmaması məqsədilə mütəmadi olaraq görüşüb ünsiyyətdə olması və bundan sonra gələcəkdə uşaqlarla anası arasında müəyyən isti münasibət və bağlılıq yarandıqdan sonra yenidən iddia qaldırmaq hüququ istisna edilmir. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 atası atası İddiaçı yanında saxlanılmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 345 manat həddində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdən müraciət olunmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 120 (yüz iyirmi) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 atası İddiaçı yanında saxlanılmaları müəyyən edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İş üzrə məhkəmə ekspertiza xərci 120 (yüz iyirmi) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. İddia alimentlə bağlı qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-109/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-109/2025
28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver