Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1317/2023 26.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İddiaçı2 (3-cü şəxslər Mingəçevir şəhər İcra Hakmiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi) qarşı fərdi yaşayış evinə köçüçrlmə və maneələrin aradan qaldırılması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İddiaçı2 (3-cü şəxslər Mingəçevir şəhər İcra Hakmiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi) qarşı fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı1 və İddiaçı2 azyaşlı xx.xx.2010ci il təvəllüdlü Sabrina, xx.xx.2011-ci il təvəllüdlü Əsmər və xx.xx.2017-ci il təvəllüdlü Ömər adlı uşaqları ilə birlikdə cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0619 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri və və evə köçürlməyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onun və İddiaçı2 azyaşlı xx.xx.2010-ci il təvəllüdlü Sabrina, xx.xx.2011-ci il təvəllüdlü Əsmər və xx.xx.2017-ci il təvəllüdlü Ömər adlı uşaqları ilə birlikdə cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0619 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri və evə köçürülməsinə dair maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş. edir Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin adı İddiaçı2 kimi qeyd olunmuşdur. Halbuki, iş üzrə iddiaçı qismində çıxış edir. İddiaçıya vaxt verilsə də, cavabdehin adı ,soyadı, ata adı və sair məlumatları məhkəməyə təqdim etməmiş və nəticədə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları nöqsanlar aradan qaldırılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İddiaçı2 qarşı fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qəbz əsasında dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1317/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1317/2023
26.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver