Məhkəmə qərarları › İş №2(051)-1324/2022

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1324/2022

13.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1324/2022 13.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, onun nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri C.Əliyev küçəsi 22 №-li evin 1 №-li mənzili onun xüsusi mülkiyyətindədir və bu barədə ona DƏDRX-nin **********33-05101-093014 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil uzun müddətdir onun və ailə üzvlərinin istifadəsində olmuşdur. Cavabdeh onun qızıdır. Mənzildə o, cavabdeh və oğlu Sübhan Abbasov yaşamışdır. Cavabdeh 20 il olar ki, ailə quraraq Bərdə rayonuna köçmüş, həmin vaxtdan da orada yaşayır. Qızıgilin özlərinə məxsus ikimərtəbəli evləri var. X11 gedib-gəlir. Qızı olan cavabdeh ailə qurandan sonra 1-2 il onun yaşadığı mənzilə gəlibgetmişdir. Sonradan qızı onun yanına gəlib-getmişdir. Bir neçə il bundan əvvəl oğlu Sübhan onu Rusiyaya apardı. Bir müddət Rusiyada qaldıqdan sonra qayıtmaq qərarına gəldi. Oğlu onu yola saldı və Bənövşəyə zəng edib onu qarşılamağa xahiş etdi. Bənövşə onu birbaşa özünün yaşadığı evə, Bərdə rayonuna apardı. Bir müddət o, Bənövşəgilin evində qaldı. Həmin müddətdə istifadə edib Bənövşə ondan etibarnamə aldı. Sonra gördü ki, qızı onunla maraqlanmır, qayğısına qalmır, ona görə də mənzilinə qayıtmaq qərarına gəldi və mənzilinə qayıtdı. Qayıtdıqdan sonra mənzilində bir çox əşyalarını görmədi. Sonra ona məlum oldu ki, cavabdeh ondan aldığı etibarnamə ilə mənzili satmaq istəyir, ona görə də mənzildə olan bəzi əşyaları satmış və mənzili boşaltmaq istəmişdir. Odur ki, cavabdehə verdiyi etibarnaməni ləğv etdirdi. Bundan sonra da məhkəməyə müraciət etməyə məcbur oldu. İddianın təmin olunmasını xahiş edir. Ona görə ki, cavabdehin Bərdə rayonunda evi vardır, ailə üzvləri ilə birlikdə özlərinə məxsus evdə yaşayırlar. Ailə qurub Bərdə rayonuna köçdükdən sonra onun mülkiyyətində olan mənzildə yaşamır, mənzilin qorunub saxlanılmasına kömək etmir. Cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkili Vəkil da məhkəmə iclasında təmin olunmasını xahiş etdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 6 ildən çoxdur ki, İddiaçı ilə qonşudur. İddiaçı tək yaşayır.Onun bir qızı bir oğlu olmasını eşitmişdir. Oğlunun iddiaçının yanına hərdənbir gəldiyini, onunla bir mənzildə qaldığını görmüşdü, ancaq qızının heç vaxt iddiaçının yanına gəlibgetdiyini görməmişdir. Ancaq bir il bundan əvvəl bir nəfər qadıının iddiaçının mənzilindən bəzi əşyaları –soyuducu və digər əşyalar apardığını görmüşdü. Sonra bildi ki, həmin qadın iddiaçının qızıdır. Eşitmişdir ki, iddiaçının qızı bir neçə il bundan əvvəl ailə qurmuş, Bərdə rayonuna köçmüşdür, hazırda da həmin rayonda öz evlərində yaşayır və müəllimə işləyir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Firuzə Abbsova ilə qonşudur. Firuzə oğlu Sübhan və qızı Bənövşə ilə yaşayırdı. İddiaçının qızı Bənövşə 20 il olar ki, ailə qurub Bərdəyə köçüb. Bənövşə gəlin köçəndən sonra 2-3 il anasının yanına gəlib-getdi. Sonra Bənövşəni anasının yaşadığı mənzilə gəlib-getdiyini görməmişdir. X2 məhkəmə iclasında iddiaçı ilə qohum olduğunu bildirərək, digər şahidlərin ifadələrinə uyğun ifadə verdi. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyata haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri C.Əliyev küçəsi 22 № li evin 1 № li mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 2 №-li MİS-dən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilir ki, Abbaslı X4 şəhəri C.Əliyev küçəsi 22 №-li evin 1 №-li mənzilində yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində Mingəçevir şəhəri C.Əliyev küçəsi 22 №-li evin 1 №-li mənzilin onun mülkiyyətində olmasını, cavabdehin 20 il olar ki, ailə qurmaq səbəbi ilə həmin mənzildən köçüb getdiyini və həmin vaxtan qeyd edilən mənzildə yaşamadığını bildirərək cavabdehin mübahisələndirilən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razlığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam veridiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya odənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Mingəçevir şəhəri C.Əliyev küçəsi 22 №-li evin 1 №-li mənzilindən istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhəri C.Əliyev küçəsi 22 №li evin, 1 №li mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar