Məhkəmə qərarları › İş №2(051)-1324/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1324/2023

07.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1324/2023 07.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilinin xx.xx.2023-cü ildən xüsusi mülkiyyətçisidir. Əvvəllər mənzilin sahibi X6 olmuşdur. Onun xalası Almaz Məmmədova xx.xx.2018-ci ildə vəfat etmiş, xalası vəfat edənə qədər həmin mənzildə yaşamışdır. Cavabdeh onun xəstəliyindən istifadə edib, qeyri-qanuni yolla mənzilə daxil olmuşdur. Xalası vəfat etdikdən sonra Almaz Məmmədovanın mənzilinə daxil olmuşdur. Cavabdeh 2021-ci ilin may ayından ona məxsus mənzildə qeyri-qanuni olaraq yaşayır. Onu da qeyd edir ki, xalasının və onun cavabdehlə heç bir qohumluq münasibətləri olmamışdır. O, mənzilini aldıqdan sonra mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış və Texniki Pasport da almışdır. Cavabdeh onun mülkiyyət hüquqlarını pozur və bu vaxta kimi mənzildən çıxmamış və o, təkid etsə də mənzili boşaltmamışdır. Dəfələrlə, mənzilin boşaldılmasını xahiş etsə də, cavabdeh hər dəfə bir bahənə edərək mənzildən çıxmaqdan, mənzili boşaltmaqdan boyun qaçırır. Buna görə də o, bir mülkiyyətçi kimi mənzilinə köçüb yaşaya bilmir. Onun mülkiyyət hüquqlarını pozur. Odur ki, onun xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, sözü gedən mülkiyyət valideynlərindən ona miras qalmışdır. Mərhum valideynlərinin birgə nikah dövründə əldə etdikləri mülkiyyətdir. O, 1969-cu il tarixdə 1995-ci il tarixədək həmin ünvanda valideynləri ilə birlikdə yaşamışdır. Atası 1994-cü il tarixdə evi adına sənədləşdirdi. 2006-cı ildə isə atası rəhmətə getdi. O, hal-hazırda həmin mənzildə yaşayır və qeydiyyatdadır. İddiaçı isə bir dəfə olsun mübahisəli mənzilə gəlməmiş və orada yaşamamışdır. İddia əsasız olduğu üçün iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 28/1 saylı evin 33 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, iddiaçı Səlimova X4 şəhəri, N.Nərimanov küçəsi, ev 28/1, mənzil 33 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 14 saylı MİS tərəfindən verilmiş 150 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH ******* saylı, **********38-05101-093004 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, N.ünvan 4 ünvanında yerləşən mənzil üzərində X2 tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, X1 şəhəri N.Nərimanov küçəsi ev 28/1 mənzilş 33 saylı mənzili və bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İşdə əalvə edilmiş 06 fevral 2023-cü il tarixli vəsiyyətnamı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı vəsiyyəti qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-2069/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh əvvəllər də məhkəməyə müraciət edərək X9 adına verilmş xx.xx.2006-cı l tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X2 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə dair çıxarışın ləğv edilməsini, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə ½ hissədə ounun, ½ hissədə X3 paylarının müəyyən olunması və paylara mütənasib surətə bölünməsini xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-2675/2018 saylı 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və X9 adına verilmş xx.xx.2006-cı l tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X2 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə dair çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə X3 paylarının müəyyən olunması və paylara mütənasib surətə bölünməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs hal-hazırki iş üzrə iddiaçı X7 narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellypsiya şikayəti təmin edilərək Mingəçevir şəhər məhkəməsinin 2(051)- 2675/2018 saylı 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(2582)/2022 saylı Qərarından görünür ki, Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2582/2022 saylı, xx.xx.2022-ci ilğ tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxalınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 3 ünvanında yerləşən mənzil üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehin isə həmin mübahisəli mənzil üzərində heç bir əşya hüquqları qeydə alınmamışdır. Eləcə də, iddiaçı ilə cavabdeh arasında heç bir ailə münasibətləri olmamışdır. Ona baxmayaraq, cavabdeh hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, ona sahiblik edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehin iddiaçının ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında cavabdeh “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Ona görə iddiaçının, heç bir qohumluq əlqəsi olmayan (cavabdeh, iddiaçının mərhum xalasının ərinin başqa arvadla olan nikahdan doğulmuş qızıdır) cavabdehi, saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onun iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özünün saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Həmçinin məhkəmə baxışı zamanı məlum olumuşdur ki, Cavabdeh əvvəllər də məhkəməyə müraciət edərək X9 adına verilmş xx.xx.2006-cı l tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X2 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə dair çıxarışın ləğv edilməsini, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə ½ hissədə ounun, ½ hissədə X3 paylarının müəyyən olunması və paylara mütənasib surətə bölünməsini xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-2675/2018 saylı 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmi və X9 adına verilmş xx.xx.2006-cı l tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X2 adına verilmiş Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə dair çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1 saylı evin 33 saylı mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə X3 paylarının müəyyən olunması və paylara mütənasib surətə bölünməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs halhazırki iş üzrə iddiaçı X7 narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellypsiya şikayəti təmin edilərək Mingəçevir şəhər məhkəməsinin 2(051)- 2675/2018 saylı 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2582/2022 saylı, xx.xx.2022-ci ilğ tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxalınmışdır. Həmin qanuni qüvvəsinə almış məhkəmə qətnamələri və qararları ilə cavabdehin istifadə hüququnun olub-olmaması araşdırılmış və hüquqi qiymət vperilmişdir. Həmin məhkəmə qəraları ona əsas verir ki, cavabdehin mübahisəli mənzilə heç bir istifadə hüququ yoxdur və onun mübahisəli mənzilə istifadə hüququnun olubolmamasının yenidən araşdırılmasına zəruryyət yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar