Məhkəmə qərarları › İş №2(051)-1325/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1325/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1325/2020 29.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçılar İddiaçı, X16, Vəkil, Cavabdeh, vəkili X9 iştirakı ilə evə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı və X16 Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 2013-cü ildə o, ailə üzvləri ilə birlikdə nənəsi X2 razılığı ilə onun mülkiyyətində olan, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən evə köçmüşdülər. 2013-cü ildən 2018-ci ilə kimi həmin evdə yaşamışlar. X21 1920-ci il təvəllüdlü idi. Birlikdə yaşadıqları vaxt nənəsi fiziki işlə məşğul olurdu, əqli öz yerində idi. Onlar da nənəyə yüksək səviyyədə baxır, qayğısını çəkirdilər. Nənəsi mülkiyyətində olan və yaşadıqları evi ona verəcəyini bildirmiş, hətta bu barədə ona vəsiyyətnamə də vermişdir. O da inanmış, nənəsi evi ona vəsiyyət etdiyinə görə evin şüşəbəndini normal vəzityyətə gətirmiş, evi təmir etdirmişdir. Son vaxtlar yaşına görə nənəsinin səhəttində və əqlində ciddi dəyişiliklər yaranmağa başladı. Bir gün evə qayıdanda nənəsini evdə görmədi. Məlum oldu ki, xalası, hazırkı iş üzrə Cavabdeh gəlib nənəsini öz evlərinə aparmışdır. Cavabdeh anasını bir daha kəndə buraxmayacağını, öz yanında saxlayacağını bildirdi. Sonra Cavabdeh onun nənəsinin, yəni öz anasının əqli fəaliyyətsizliyindən sui-stifadə edərək öz niyyətini həyata keçirmək üçün şahidləri ələ almış, icra nümayəndəsi vasitəsi ilə nənəsi tərəfindən ona verilmiş vəsiyyətnaməni ləğv etdirmişdir. O, evdə olmadığı vaxt isə, 2018-ci ilin dekabr ayında polis vasitəsi ilə onun ailə üzvlərini, əşyalarını çölə atmışdır. Sonra cavabdeh qısa müddətdə evi bağışlama yolu ilə özgəninkiləşdirmiş , xx xxxxxxx 2018-ci il tarixdə isə evi öz adına sənədləşdirmiş, evə mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən Çıxarış almışdır. Cavabdeh xəstə və köməksiz vəziyyətindən istifadə edərək nənəsinin adından onlarla heç bir bağlılığı olmayan X14 etibarnamə almış, həmin etibarnamə əsasında da Kənan adlı şəxslə bağışlama müqaviləsi tərtib etməklə evi öz adına sənədləşdirmişdir. Bağışlanma müqaviləsi tərtib edilərkən vərəsələrin dairəsini göstərməməklə sənədləşmə apararaq həm qanun üzrə vərəsəlik hüququ olan şəxslərin, həm də mənzilə istifadə hüququ olan iddiaçıların hüquqlarını pozmuşdur. Onun adına verilmiş vəsiyyətnamə nənəsinin istək və iradəsi idi. Nənəsi mülkiyyətində olan evə onları öz istəyi ilə köçürmüş, birlikdə yaşamaqlarına razılıq vermişdir. 2013-cü ildən 2018-ci ilə kimi də nənəsi ilə birlikdə yaşamaqla birgə təsərrüfatı idarə etmişlər. Ancaq cavabdeh nənəsinin əqli geriliyindən istifadə edərək evi öz mülkiyyətinə keçirmiş və onları həmin evdən çıxarmışdır. Ailəlidir, iki uşağı var. Başqa yaşayış yeri yoxdur ki, ailə üzvləri ilə birlikdə həmin evə köçüb orada yaşasınlar. Hesab edir ki, nənəsinin mülkiyyətində olmuş Yevlax rayonu Tanrıqulular kəndində yerləşən evdə onun da istifadə hüququ vardır. Ona görə də iddianın təmin olunmasını, onun Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il qeydiyyat tarixli ********** №-li qeydiyyat nömrəsi olan Çıxarışla cavabdehin mülkiyyətinə keçmiş fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili Vəkil da iddiaçı tələbində haqlı olduğuna görə iddianın təmin olunmasını xahiş etdi. X3 da məhkəmə iclasında iddianı müdafiə edərək İddiaçı izahatına uyğun izahat verdi və əri İddiaçı X21nın mülkiyyətində olmuş evə istifadə hüququnun tanınması, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı bacısı oğlu, digər iddiaçı Aynur Bağırova isə bacısı oğlunun arvadıdır. Güləbatın Məmmədova anasıdır. Onlar atasından qalmış evi satmış, əldə edilmiş pul isə bacıqardaşlar və eləcə də anası arasında bölünmüşdür. Sonra o, anası ilə birlikdə Gəncə şəhərinə köçüb orada yaşamışlar. Lakin anası Gəncədə yaşaya bilmədiyinə görə ona Yevlax rayonu Tanrıqulular kəndində ev almşlar. Daha sonra belə razılığa gəldilər ki, anası tək yaşamaması üçün nəvəsi, hazırkı iş üzrə cavabdeh olan İddiaçı köçüb anası ilə birlikdə yaşasınlar. Əgər anası istəyərsə elə həmin evi də Coşquna verər. Əvvəl bir müddət iddiaçılar nənəsi ilə, yəni onun anası ilə mehriban bir şəraitdə yaşayırdılar. Lakin sonra Coşqun və arvadı anasına baxmadılar, ona qayğı göstərmədilər. Hətta anasına məxsus pullar evdən yoxa çıxmağa başladı. Əvvəl buna əhəmiyyət vermədilər ki, səhvlərini başa düşərlər. Sonra Coşqun nənəsini və ailəsini qoyub Rusiyaya getdi. Yaxşı baxılmadığı üçün anası xəstələndi. Ona görə də anasını özünün yaşadığı evə aparmağa məcbur oldu. Bir neçə gün qulluq və qayğı göstərdikdən sonra anasının sağalmağı bərpa olundu. Evinə gedəndən sonra yenə evdən pulun yoxa çıxdığını gördü. Ona görə də anasının xahişi ilə polisə məlumat verdilər. Artıq bir evdə yaşamaqları mümkün olmadığı üçün, eləcə də iddiaçıların hərəkətlərinə görə anası onları evdən çıxardı. Tək yaşamaması üçün o, anasını yenə öz evinə apardı. Bundan sonra anası Coşquna verdiyi vəsiyyətnaməni ləğv etdirdi və evi ona bağışladı. Anası onun yanına getdikdən sonra, onunla qaldığı müddətdə iddiaçılar bir dəfə də olsun hazırda evini tələb etdikləri nənə ilə əlaqə saxlamamış, maraqlanmamışlar, ya da yas mərasimində iştirak etməmişlər. Halbuki, yas mərasimini də o, anasının evində vermişdir. Bundan əlavə iddiaçılar nənəsinin yanına köçdükdən sonra öz vəsaitləri hesabına əlavə bir otaq tikdiklərini, evi təmir etdiklərini bildirdilər. Bu da həqiqətə uyğun deyil. Anası yaşlı olsa da fiziki cəhətdən sağlam idi, həyətyanı təsərrüfatında işlər görüb pul qazanırdı, həm də pensiya alırdı. Evi aldıqdan sonra anası öz vəsaiti hesabına hissə-hissə təmir etdirmişdir. Hesab edir ki, iddiaçıların tələbi əsassızdır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Cavabdehin vəkili X17 da iddia əsassız olduğuna görə təmin olunmamasını xahiş etdi. X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Coşqunla qonşu olmuşdur. Coşqunun X21 onların evlərinə gəlib-gedirdi. Nənəsi deyirdi ki, evini Coşquna veribdir, bununla bağlı ona vəsiyyətnamə də verəcəkdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X18 ifadəsində bilirdi ki, Coşqunla bir kənddə yaşayırlar. Həmin kənddə yaşamış Güləbatın Məmmədovanın evini Coşqunun sifarişi ilə o və Anar təmir ediblər, yəni döşəmə, tavan vurmuşlar, malyar işləri görmüşlər. Güləbatın Məmmədova deyirdi ki, evini Coşquna verəcəkdir. Evin təmiri qurtardıdan sonra da gördükləri işə görə əmək haqqını onlara Coşqun vermişdir. X11 da məhkəmə iclasında şahid Sahib Nağıyevin ifadəsinə uyğun fadə verdi. İddiaçının vəsatəti ilə məhkəmə iclasında ifadə verən şahid X15 ifadəsində bildirdi ki, İddiaçı bacısı oğlu, cavabdeh Sahilə isə bacısıdır. Onların ata mülkiyyəti var idi. O, Rusiyada olan zaman ata evi satılaraq anası da daxil olmaqla digər vərəsələr olan bacıqardaş arasında bölünmüşdür. Lakin həmin vaxt o, Rusiyada olduğuna görə ona pay ayrılmamışdır və sonradan da o, tələb etməmişdir. Ata evi satıldığından sonra anası Güləbatın Məmmədova bacısı Sahilə ilə birlikdə bir müddət Gəncə şəhərində yaşamışlar. Sonra anası öz vəsaiti hesabına Yevlax rayonun Tanrıqulular kəndində yerləşən hazırkı mübahisələndirilən evi almışdır. Anası tək yaşadığına görə məsləhətləşdilər ki, nəvələrindən biri onun yanında qalsın. Əvvəl ona təklif edildi ki, onun uşaqlarından biri anası ilə yaşasın, lakin o, razılaşmadı. Sonra razılığa gəldilər ki, digər bacısının oğlu Coşqun köçüb nənəsi ilə birlikdə yaşasın. Sonra Coşqun ailəsi ilə birlikdə nənəsinin yanına köçüb birlikdə yaşamağa başladılar. Ev tam təmirli deyildi. Coşqun köçdükdən sonra evi təmir etdirdi. Bir müddət sonra eşitdi ki, anası ilə Coşqungilin arasında münasibətlər pozulmağa başlayıbdır. Aralarında pulla bağlı mübahisə olmasını, evdən pulun yoxa çıxması xəbərini eşitmişdir. Lakin o, həmin məsələyə heç vaxt qoşulmamış, bununla bağlı onlardan heç nə soruşmamışdır ki, öz məsələlərini özləri həll etsinlər. Sonra eşitdi ki, anası xəstələndiyinə, Coşqungillə münasibətləri pozulduğuna görə bacısı Sahilə anasını öz yanına aparıbdı. Anası Sahiləgildə qaldığı müddətdə yoxlamaq üçün tez-tez onun yanına gedib-gəlirdi, eləcə də anası onun evinə gəlib-gedirdi, hətta onun evində qalırdı da. Anası yaşlı olsa da həmişə fiziki cəhətdən sağlam olmuşdur, ölən günə qədər də əqli cəhətdən normal olmuşdur. Cavabdehin vəsatəti ilə məhkəmə iclasında ifadə verən şahid X19 ifadəsində bildirdi ki, Güləbatın Məmmədova ilə qonşu olmuşlar. Güləbatın Məmmədova əvvəl bir otaqlı evdə yaşayırdı, sonra onun sifarişi ilə o, Xəyalla birlikdə bir otağın və bir zalın divarını hörmüş və üstünü örtmüşlər. Gördükləri işə görə də əmək haqqını onlara Güləbatın Məmmədova vermişdir. Güləbatın Məmmədova sağlam, həyətində təsərrüfatla məşğul olan bir qadın idi. X4 da məhkəmə iclasında şahid Rəfail Məmmədovun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş şahidlər X20 və X6 iştirakı ilə X5 tərəfindən xx xxxxxx 2008-ci ildə verilmiş, Yevlax rayon İHB-nin Tanrıqulular kənd ərazi nümayəndəliyində təsdiq edilmiş vəsiyyətnamədə göstərilir ki, Güləbatın Məmmədova ölən günədək ona məxsus Tanrıqulular kəndində yerləşən sahəsi 42 kvm olan bir otaqdan ibarət yaşayış sahəsini, 0,12 ha həyətyanı torpaq sahəsini, 0.72 ha pay torpaq sahəsini və bütün mülkünü nəvəsi İddiaçı vəsiyyət edir. İşdə olan Yevlax rayon Tanrıqulular kənd İƏD-si üzrə nümayəndəsinin vəkil sorğusuna 13 №-li xx xxxx 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, X5 xx xxxxxx 2008-ci ildə qonşuları X20 və X6 iştirakı ilə bütün mülkünü və əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. Sonra sağlığında, xx xxxxxxxx 2018-ci il tarixdə həmin şahidlərin iştirakı ilə nümayəndəliyə gələrək verdiyi vəsiyyətnaməni ləğv etmişdir. İddiaçı verilmiş vəsiyyətnamə hazırda qüvvədə deyil. İddiaçı ailə üzvləri ilə birlikdə 2013-cü ildən 2018-ci ilədək Güləbatın Məmmədovaya məxsus evdə yaşamışdır. Evdən çıxmasının səbəbi ailə münaqişəsi olmuşdur. İşdə olan hədiyyə verən X2 etibarnamə üzrə nümayəndəsi X23 ilə hədiyyə alan X24 arasında bağlanmış, Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 rayon Tanrıqulular kəndində yerləşən mülkiyyətində olan ümumi sahəsi 78,1 kvm fərdi yaşayış evini və ümumi sahəsi 0,1201 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır. İşdə olan Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətindən verilmiş seriya RX,1351986 №-li Çxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində 0,1201 h torpaq sahəsində yerləşən 78 kvm sahəsi olan fərdi ev xx xxxxxxx 2018-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2019cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçılar tələbində X21nın mülkiyyətində olmuş, Yevlax rayonun Tanrıqulular kəndində yerləşən evə istifadə hüquqlarının tanınması və evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edirlər, tələblərini isə 2013-2018-ci illərdə həmin evdə yaşamaları, əvvəlki mülkiyyətçi olmuş Güləbatın Məmmədovanın İddiaçı evə dair vəsiyyətnamə verməsi, evin iddiaçı tərəfindən təmir olunması, cavabdehin sonradan nənədə yaranmış əqli geriliyindən istifadə edərək onları əsassız olaraq evdən çıxarması, evi qeyri-qanuni yolla öz mülkiyyətinə keçirməsi və nəticədə onların, eləcə də digər vərəsələrin hüquqularının pozulması ilə əsaslandırmışlar. İş materialları ilə, eləcə də məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, mübahisəli ev X2 mülkiyyətində olmuşdur. İddiaçılar 2013-cü ildə həmin evə köçüb mülkiyyətçi G.Məmmədova ilə birlikdə yaşamışlar. G.Məmmədova mülkiyyətində olmuş həmin evə dair İddiaçı vəsiyyətnamə vermişdir. Sonradan iddiaçılarla mülkiyyətçi Güləbatın Məmmədova arasındakı münasibətlər pozulmuş, 2018-ci ilin sentyabr ayında G.Məmmədova vəsiyyətnaməsini ləğv etmişdir. Aralarındakı münasibətlər pozulması səbəbindən iddiaçılar mübahisəli evdən çıxarılmışlar. Güləbatın Məmmədova mülkiyyətində olmuş həmin evi xx xxxxxxx 2018-ci il tarixli, notariat qaydada təsdiq olunmuş bağışlanma müqaviləsi ilə qızına, hazırkı iş üzrə Cavabdeh bağışlamış, xx xxxxxxx 2018-ci ildə ev tam mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətinə keçmişdir. Əvvəlki mülkiyyətçi X5 isə xx xxxxxx 2019-cu ildə vəfat etmişdir. Göründüyü kimi Güləbatın Məmmədova mülkiyyətində olmuş evə dair İddiaçı verdiyi vəsiyyətnaməni sağlığında ləğv etdirmişdir. Mirasın açıldığı günə isə mübahisəli ev Güləbatın Məmmədovanın mülkiyyətində olmadığına görə, həmin ev mirasın kütləsinə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən evin cavabdehin mülkiyyətinə keçməsi iddiaçının, eləcə də digər vərəsələrin vərəsəlik hüquqlarını pozması barədə izahat əsassızdır. Bundan əlavə məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, aralarındakı münasibətlər pozulması səbəbindən iddiaçılar mübahisələndirilən evin əvvəlki mülkiyyətçisi tərəfindən evdən çıxarılmışlar. İş materialları ilə müəyyən edilir ki, mübahisəli ev ********** №-li qeydiyyat nomrəsi ilə xx xxxxxxx 2018-ci il tarixdən seriya RX ******* №-li Çıxarışla tam mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətindədir. İddiaçılar izahatında mübahisəli evi cavabdeh qeyri-qanuni yolla mülkiyyətinə keçirdiyini bildirsələr də, cavabdehə mülkiyyət hüququ verən Çıxarış məhkəmə qaydasında mübahisələndirilməmişdir və hazırda da qanuni qüvvədədir. İddiaçı tələbində evdə yaşadıqları müddətdə evi öz vəsaiti hesabına təmir etdirdiyini bildirmişdir ki, lazımi sübutları təqdim etməklə təmir xərclərilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçılar cavabdehin ailə üzvləri deyil və cavabdeh iddiaçıların onun mülkiyyətində olan evə istifadə hüquqlarının tanınmasına və evə köçürülməsinə etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır, ona görə də təmin olunmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçılar İddiaçı və X10 Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx xxxxxxx 2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışla cavabdehin mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar