Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1326/2023 19.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi (maraqlı şəxslər Mingəçevir regional “ASAN Xidmət” mərkəzinin notariat kontoru, X7 və X11) «Miras əmlakı qəbul edilmə faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X2 miras qalan ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinin onun tərəfindən miras kimi qəbul edilməsi faktını müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, onun xx.xx.2017-ci il tarixdə vəfat etmiş əri X5 653 saylı sərəncam ilə Mingəçevir şəhərində fərdi ev tikintisi üçün “Xaldan” şosesinin sol tərəfində 600 kv.metr torpaq sahəsi verilmişdir. Mərhum əri bu torpağı sağlığında gələcəkdə satmaq niyyəti ilə X6 istifadəyə vermişdir. Əri vəfat edəndən sonra torpağın istifadəçiləri həmin torpağı rəsmiləşdirmək və o həmin torpağı onlara satmışdır. Lakin sənədə dair mülkiyyət hüququ əldə etmədiyindən onlar əri vəfat edəndən sonra həmin torpağı miras kimi qəbul edə bilməmişlər. Torpağı istifadə edən şəxslərin vərəsələri onun torpağı vərəsə kimi qəbul etməyini, yəni onlara satdığını təsdiq edə bilərlər. Onlar yenidən Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edərək ərinin adına çıxarış almışlar. Notariat kontoru məktubla ona müddəti buraxdığı üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. O bütün bu dövr ərzində imkansızlığından, ahıl yaşlı olduğundan, sonralar övladı İkram öldüyü üçün və xəstə olduğu üçün məhkəməyə müraciət edə bilməmişdir. Faktın təsdiqi ona vəfat etmiş ərindən sonra torpağı öz adına rəsmiləşdirməsi üçün lazımdır. Odur ki, məhkəmədən X2 miras qalan ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinin onun tərəfindən miras kimi qəbul edilməsi faktını müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tələbini müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir regional “ASAN Xidmət” mərkəzinin notariat kontoru, X7 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. X1 və X11 məhkəməyə ərizə göndərək atalarından qalaq miras əmlakı anaları, hal-hazırkı iş üzrə Ərizəçi tərəfindən tam şakildə olaraq qəbul etməsini bildirmiş və buna razı olduqlarının bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərinq iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X4 və X3 nikahı haqqında 07 aprel 1967-ci il tarixdə 92 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ailə vəziyyəti haqqında arayışdan görünür ki, X4 arvadı Ərizəçi, oğlu X9, qızı Maraqlı şəxs2 və qızı Maraqlı şəxs3 vardır. İşə əlavə olunmuş X7 və X11 tərəfindən yazılmış ərizədən görünür ki, onlar iddianı qəbul edirlər və təsdiq edirlər ki, atası X2 miras qalan ünvan 2 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi miras kimi anaları Ərizəçi tərəfindən qəbul edilib. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Mingəçevir şəhəri, 4-cü Günəşli döngəsi, 33 ünvanda yerləşən 0.06 hektar torpaq sahəsi X4 tam və xüsusi mülkiyyətindədir. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Fuad Mirabovun 28 aprel 2023-cü il tarixli 871 saylı məktubundan görünür ki, “sizin xx.xx.2017-ci il tarixdə vəfat etmiş əriniz X2 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməməsinə baxmayaraq, adınıza vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyiniz barədə ərizənizə baxılmışdır”. “Sizin tərəfinizdən mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X4 arvadıdır. X10 ölmüş və onun vərəsələri arvadı və övladlarıdır. Sonradan övladlarından X9 da ölmüşdür. Ərizəçi başqa qalan vərəsələr Mingəçevir şəhəri, 4-cü Günəşli döngəsi, 33 ünvanda yerləşən 0.06 hektar torpaq sahəsinə münasibətdə miras paylarından imtina etmişlər. Ona görə də Ərizəçi ərizəsi təmin olunmalı, X2 miras qalmış Mingəçevir şəhəri, 4-cü Günəşli döngəsi, 33 ünvanda yerləşən 0.06 hektar torpaq sahəsini miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, mirasın faktiki qəbul edilməsini müəyyən edən məhkəmə qətnaməsi həmin şəxsə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X2 miras qalmış ünvan 4 ünvanda yerləşən 0.06 hektar torpaq sahəsini miras əmlakı tam olaraq qəbul etməsi faktı müəyyən edilsin. Miras əmlakın qəbul edilməsi faktı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1326/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1326/2023
19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver