Məhkəmə qərarları › İş №2(051)-1329/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1329/2020

02.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1329/2020 02.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi və onun vəkili X5 iştirakı ilə Ərizəçi əmisi X3 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi əmisi X3 atası X8, anası X4 olmaqla xx xxxx 1930-cu ildə Ağdaş şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, əmisi X9 1930-cu ildə Ağdaş şəhərində anadan olmuşdur. Rasim Soltanova doğum haqqında şəhadətnamə verilməmişdir. O, ruhi xəstə olduğuna görə evlənməmiş, valideynlərinin himayəsində olmuşdur. Onun valideynləri 1905-ci il təvəllüdlü atası X8 və 1911-ci il təvəllüdlü anası X4 vəfat etdikdən sonra X18 atası X6 baxmışdır. Atası xx.xx.2010-cu ildə vəfat etmiş və o, vəfat etdikdən sonra Rasim Soltanova xx.xx.1941-ci il təvəllüdlü anası X7 baxmışdır. Rasim Soltanov xx.xx.2014-cü ildə atasının evində, yəni, Mingəçevir şəhəri Kür küçəsi ev 26-da vəfat etmiş və xx.xx.2014-cü ildə Mingəçevir şəhər kənd qəbristanlığında dəfn olunmuşdur. X18 şəxsiyyət vəsiqəsi verilmədiyinə görə də X13 Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. O, ölüm haqqında şəhadətnamə ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oradan ona izah edilmişdir ki, mərhum əmisinin doğum və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Anası X1 8 nəfərlə, o cümlədən mərhum əmisi Rasim Soltanovla birgə mülkiyyətlərində 0,13 ha fərdi həyətyanı torpaq sahəsi var və Rasim Soltanovun vəfat etməsinin qeydə alınması barədə şəhadətnamə olmadığı üçün miras payın sənədləşdirilməsi həll olunmur. Başqa qaydada doğum haqqında şəhadətnamənin və sonra ölüm haqqında şəhadətnamənin alınması mümkün deyil. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunaraq, əmisi X3 atası X8, anası X4 olmaqla xx xxxx 1930-cu ildə Ağdaş şəhərində doğulması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Maraqlı şəxs rəisi məhkəməyə ünvanlandığı ərizəsində işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, xx.xx.1941-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Ərizəçi onun qızı, Rasim Soltanov isə onun mərhum əri X2 doğma qardaşıdır. Rasim Soltanov ruhi xəstə olduğundan o, ailə qurmamış və ona o, baxmışdır. Rasim Soltanov xx.xx.2014-cü ildə vəfat etmişdir. X9 doğulan zaman ona doğum haqqında şəhadətnamə alınmamış, bu səbəbdən onun doğumu müvafiq orqanlar tərəfindən qeydiyyata alınmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçinin anası Humay Soltanova ilə qonşudur və həqiqətən də, Rasim Soltanov ruhi xəstə olmuş, ailə qurmamış və ona ərizəçinin anası Humay Soltanova baxmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxsndə Ağdaş şəhər sakini X3 doğumu haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. İşdə olan Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Maraqlı şəxs (VVAQ) 1935-1938-ci ilə aid bərpa sənədlərin içərisində X3 xx.xx.1930- cu ildə Ağdaş şəhərində anadan olması göstərilmişdir. Atası; X8 (1905) , Anası X4 (1911) olmuşdur. İşdə olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri, Kür küçəsi, ev 26-da yaşamış mərhum X9 xx.xx.2014-cu ildə Mingəçevir şəhəri Kənd qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, ərizəçinin əmisi X9, atası X8, anası X4 olmaqla xx xxxx 1930-cu ildə Ağdaş şəhərində doğulmuşdur. Ərizəçinin əmisi Rasim Soltanov doğulan zaman ona doğum haqqında şəhadətnamə alınmamış, onun doğumu müvafiq orqanlar tərəfindən qeydiyyata alınmamışdır. Rasim Soltnov xx.xx.2014-cü il tarixdə ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Evlənmədiyinə görə onun arvadı və uşaqları olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğum faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi əmisi X3, atası X8, anası X4 olmaqla xx xxxx 1930-cu ildə Ağdaş şəhərində doğulması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi əmisi X3 atası X8, anası X4 olmaqla, xx xxxx 1930-cu il tarixdə Ağdaş şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar