Məhkəmə qərarları › İş №2(051)-1347/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1347/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1347/2023 01.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı (cavabdeh): Cavabdeh1 və onun vəkili X1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İvanovnanın iştirakı ilə İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İvanovnaya qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddiaları üzrə mülki işlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İvanovnaya qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair məhkəmədə iddia qaldıraraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hər iki mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dair 2(051)-1092/2023 saylı mülki iş İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İvanovnaya qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddiasına dair 2(051)-1347/2023 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə iclası zamanı tərəflər hər iki mülki işin bir icraatda birləşdirilərək birlikdə baxılmasına etiraz etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-1092/2023 saylı mülki iş 2(051)-1347/2023 saylı işlə birləşdirilməli və hər iki işə 2(051)-1092/2023 saylı mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 169.4-cü maddəsinə əsasən bu maddədə göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dair 2(051)-1092/2023 saylı mülki iş və Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İvanovnaya qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair 2(051)-1347/2023 saylı mülki iş məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan bir icraatda birləşdirilməli və birləşdirilmiş işin 2(051)-1092/2023 saylı qeydiyyat nömrəsi saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dairtələbinə dair 2(051)-1092/2023 saylı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İvanovnaya qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair 2(051)-1347/2023 saylı mülki işlər bir icraatda birləşdirilsin. Mülki işə 2(051)-1092/2023 nömrəsi verilsin. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar