Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1348/2021 29.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 İddiaçı qızının cavabdehlər Mingəçevir Regional Cavabdeh Ofisinə və X5 qarşı «mənzildə qeydiyyatda olan şəxsin razılığı olmadan mənzilin özgəninkiləşdirilməsi müqaviləsinin bağlanması öhdəliyinin qoyulmasına» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 3 saylı evin, 21 saylı mənzilin X3 razılığı olmadan tərəfindən özgəninkiləşdirilməsi müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir şəhər Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia tələbində qalaraq, təmsil etdiyi şəxsin adından danışaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 3 saylı evin, 21 saylı mənzili vərəsəlik qaydasında onun adına keçmişdir. Mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzildə 30 may 2021-ci il təvəllüdlü X7 17 yaşı olarkən qeydiyyata düşmüşdür. Belə ki, Şəbnəm onun doğma qızıdır, ancaq qardaşı Elşənin övladı olmadığından və arvadı Nailə ilə ailəsi dağılan vaxt onun ekiz doğulmuş 2 övladının birini zorla ondan alıb Mingəçevir şəhərinə gətirmişlər. Daha sonra atası və anası onların ailəsinin dağılmaması üçün uşağı onlardan almamağını istədiklərindən məcburən onların dedikləri ilə razılaşmışdır. Bu illərdə qızı Şəbnəmin bunları bilməməsi üçün onunla üzləşməmişdir. Ancaq 17 yaşı tam olarkən onun yalnız valideyninin ünvanında qeydiyyata düşərək şəxsiyyət vəsiqəsi ala bildiyini bildirib onu Mingəçevir şəhərində çağırmışlar. O, övladından imtina etmədiyindən qızının övladlığa verilməsinə razılıq verməmişdir. Bu illər ərzində Şəbnəm qardaşı Elşən Quliyevlə onunmülkiyyətində olan evdə yaşayır və artıq 18 yaşına çatdığından həmin ünvana qeydiyyata düşməsində heç bir mübahisə yoxdur. Hazırda həmin mənzilin özgəninkiləşdirilməsi ilə bağlı müqavilə bağlamaq istəyir, ancaq notariat kontoru bununla bağlı ondan Şəbnəm Quliyevanın razılığını tələb edir. Ona görə də məhkəmədən Mingəçevir şəhəri N.Nərimanov küçəsi 3 saylı evin, 21 saylı mənzilin X3 razılığı olmadan tərəfindən özgəninkiləşdirilməsi müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir şəhər Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş DƏDRX-nın RX seriyalı № ******* saylı Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 3 , mənzil 21 ünvanında, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 61,04 kv.metr sahəli, yaşayış sahəsi 48,50 kv.metr sahəli, köməkçi sahəsi 12,64 kv.metr sahəli, 3 yaşayış otaqlı mənzil İddiaçı xüsusi, tam mülkiyyətindədir. İşə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışdan görünr ki, 30.05.2021-ci il təvəllüdlü X1 şəhəri N.Nərimanov prospekti ev 3 , mənzil 21 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Beləliklə məhkəmə baxışında müəyyən edildi ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 3 , mənzil 21 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında X3 mülkiyyətindədir. O öz xüsusi mülkiyyətində olan həmin mənzili özgəninkiləşdirmək istəyir. Lakin həmin mənzildə qeydiyyatda olan X8 isə mənzilin özgəninkiləşdirilməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Mülkiyyətçi öz mülkiyyətində olan əmlakla bağlı azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz əmlakı üzərində müstəqil surətdə sərəncam verməsi və özünə məxsus əmlakı özgəninkiləşdiriməsi qanunvericiliklə qadağan edilmir və heç bir şəkildə məhdudlaşdırılmır. Belə olan halda məhkəmə hesab edir ki, “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatla heç bir şəkildə mülkiyyətçiyə sağlığında öz əmlakına dair sərəncam verməsinə (özgəninkiləşdirməsinə və s.) məhdudiyyət qoyula bilməz. Həmin qaydalar Mülki Məcəllənin tələblərinə zidd ola bilməz. Zidd olduğu halda Mülki Məcəllə qanunvericilik sistemində “notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimata nisbətən üstün hüquqi qüvvəyə malik olduğu üçün hal-hazırki münasibət Mülki Məcəlləyə uyğun tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsız hesab edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 1 4 8 - c i m a d d ə s i n i n İ b ə n d i n ə ə s a s ə n Azərbaycan Respublikasının qanunvericilik Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 324.10-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Mingəçevir şəhəri N.Nərimanov küçəsi 3 saylı evin, 21 saylı mənzilin X3 razılığı olmadan tərəfindən özgəninkiləşdirilməsinə dair müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyi cavabdeh Mingəçevir şəhər Notariat Ofisinin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Mingəçevir şəhəri N.Nərimanov küçəsi 3 saylı evin, 21 saylı mənzilin X3 razılığı olmadan tərəfindən özgəninkiləşdirilməsinə dair müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyi cavabdeh Mingəçevir şəhər Notariat Ofisinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1348/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1348/2021
29.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver