Məhkəmə qərarları › İş №2(051)-1348/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1348/2023

03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1348/2023 03.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi miras əmlakın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə işə xx.xx.2023–cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış, Mingəçevir şəhəri, Günəşli yaşayış massivində yerləşən ölçüsü 600 kv.m olan torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçiyə lazımi qaydada təkrar rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında isə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin o, hər hansı səbəb göstərmədən məhkəməyə gəlməmiş və ya gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. İşin halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, X1 miras qalmış, Mingəçevir şəhəri, Günəşli yaşayış massivində yerləşən ölçüsü 600 kv.m olan torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə ərizəçinin iştirakı olmadan, yalnız işdə olan sənədlər əsasında baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, Ərizəçi miras əmlakın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə baxılmamış saxlanmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, ərizəçiyə ərizənin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi miras əmlakın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlansın. Ərizəçiyə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. xx.xx.2023-cü il tarixdə saat 15:40:15-də Azərpoçt MMC-nin Mingəçevir şəhərində yerləşən filialına, X3 ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Ərizəçi qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar