Məhkəmə qərarları › İş №2(051)-1372/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1372/2020

03.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1372/2020 03.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ərizəçi: Ərizəçi Ərizəçi qəyyum təyin edilməsi tələbinə dair ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq müəyyən e t d i m: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, atanın övladına laqeyd münasibətini nəzərə alıb oğlunun qəyyumluğunu ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərlə tanış olaraq aşağıdakılara əsasən hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi tələbini əsaslandırdığı hallara dair sənədləri ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə görə iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin surətləri əlavə edilir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq ərizənin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.2-152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi qəyyum təyin edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar