Məhkəmə qərarları › İş №2(051)-1374/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1374/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1374/2020 21.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında ərizəçinin nümayəndəsi və vəkili X14 izahatında bildirdi ki, İddiaçı xx xxxx 1957-ci ildə Yevlax rayonun Xanabad kəndində anadan olub. Ərizəçinin atası X15, anası X6r. Onlar ailəlikcə Xanabad kəndində yaşamışlar. Təmaisdən başqa onun valideynlərinn 1944-cü il təvəllüdlü Raysə, 1947-ci il təvəllüdlü Xalidə, 1950-ci il təvəllüdlü Namiq, 1952-ci il təvəllüdlü Nazim, 1955-ci il təvəllüdlü Nizami adlı uşaqaları olmuşdur. Ərizəçinin bacısı Xalidə xx xxxxxx 1966-cı ildə X2 ilə nikaha girmiş və həmin vaxt ərinin soyadını-Bəkirova götürmüşdür. X9 xx xxxx 2018-ci ildə vəfat etmiş və ondan Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 70 № evin, 7 №-li mənzili miras qalmışdır. Ərizəçi İddiaçı bacısı Xalidənin sağlığında mütəmadi olaraq onun yanına gəlib-getmiş, ona qayğı göstərmiş, bacısının ölümündən sonra da miras qalmış mənzilə o, sahiblik etmişdir. Xalidə Bəkirovanın doğum haqqında sənədində ata qrafası boş, ana qrafasında isə anasının soyadı düz yazılsa da, adı və ata adı səhv yazıldığından vərəsəlik məsələsini həll etmək mümkün deyildir. Ərizəçi miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş, lakin ona vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. Ərizənin təmin olunmasını, xx xxxx 2018-ci ildə vəfat etmiş X3 ərizəçinin doğma bacısı olması faktının və X1 miras qalmış Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 70 №-li evin 7 №-li mənzilin ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçinin bacısı Xalidə ilə 4 il qonşu olub. Xalidə tək yaşayırdı. Xalidə 2018-ci ildə vəfat etmişdir, onun yas mərasimini bacısı Təmais vermişdir. Xalidənin ölümündən sonra da Təmais tez-tez Xalidədən miras qalmış mənzilə gələrək, evi silib-təmizləyir, qoruyub-saxlayır. Şahid qismində dindirilmiş X20 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçinin bacısı Xalidə ilə qonşu olub. Onlar bir-birlərinin evinə gedib-gəlirdi. Xalidə tək yaşayırdı. Ancaq Təmais mütamadi olaraq Xalidənin yanına gəlirdi və ona kömək göstərirdi. Xalidə demişdir ki, Təmaislə doğma bacıdırlar. Xalidənin yas mərasimini də Təmais verib, hazırda da həmin mənzilə Təmais gəlib-gedir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 70 №-li evin 1 otaqlı 7 №-li mənzili xx xxxxxxxx 2000-ci ildə mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır. İşdə olan doğum haqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1947-ci ildə Yevlax rayonun Xanabad kəndində anadan olmuşdur. Ana qarafasında X7 göstərilmişdir. İşdə olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 383 №-li xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X11 ilə X10 arasında xx xxxxxx 1966-cı ildə rəsmi nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvad “Bəkirova” soyadını qəbul etmişdir. Qeyd edilən nikah Mingəçevir şəhər Qeydiyyat şöbəsində xx xxxx 1981-ci ildə pozulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görnür ki, X9 xx xxxx 2018-ci ildə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx xxxx 1957-ci ildə Yevlax rayonu Xanabad kəndində doğulmuşdur. Atası X16, anası X6r. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1983-cü ildə Mingəçevir şəhəri Nikah evində X24 ilə X12 arasında nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın Rzayeva familiyasını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arxiv arayışdan görünür ki, Dövlət arxivində mühafizə olunan Yevlax rayonu XDS İcraiyyə Komitəsinin (Xanabad kənd üzrə) 1957-1959-cu illərə dair təsərrüfatbaşına kitabında X16 təsərrüfat başçısı yazılmış, sənəddə təsərüffatda olan ailə üzvləri-1908-ci il təvəllüdlü ailə başçısı X16, 1920-ci il təvəllüdlü həyat yoldaşı- X13, qızı-1944-cü il təvəllüdlü X17, qızı-1947-ci il təvəllüdlü X10, oğlu-1950-ci il təvəllüdlü X21, oğlu-1952-ci il təvəllüdlü X22, oğlu- 1955-ci il təvəllüdlü X18, qızı-xx xxxx 1957-ci il təvəllüdlü X12 qeyd edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş xx xxx 2019-cu tarixli arayışdan görünür ki, Yevlax rayon Xanabad kənd İ.N. tərəfindən tərtib edilmiş mərhum X4 25.091948-ci il tarixli 16 saylı doğum haqqında akt qeydinə əsasən ana adı “Kamra”, ananın ata adı isə “Məhəmməd” kimi qeyd edilmişdir. Lakin Yevlax rayon Xanabad kənd İ.N.tərəfindən tərtib olunmuş xx.xx.1957-ci il tarixli 15 saylı doğum haqqında akt qeydində ananın adı “Kamilə”, ananın ata adı “Aslin” kimi göstərilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş xx xxxxxxx 2019-cu tarixli arayışdan görünür ki, mərhum X3 adına Mingəçevir “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli 310 saylı ölüm haqqında akt qeydi tərtib olunmuş, ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq ”Mingəçevir şəhəri H.Əliyev pr. ev 7, mənzil 7” qeyd olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 70 №-li evin 7 №li mənzili X3 mülkiyyətində olmuşdur. X.Bəkirova xx xxxx 2018-ci ildə vəfat etmişdir. Xalidə Bəkirovanın mülkiyyətində olmuş M.Ə.Rəsulzadə küçəsi 70 №-li evin 7 №-li mənzil miras qalmışdır. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə tədqiqi zamanı ərizəçi İddiaçı ilə miras qoyan X3 doğma bacı olmaları müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1157.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1159.1 və 1159.1.2-ci maddələrinə görə ölənin bacıları və qardaşları qanun üzrə ikinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiqi zamanı miras qoyan X3 birinci növbəli vərəsələri olması müəyyən edilmədi. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X9 ilə İddiaçı doğma bacı olmaları, X3 mülkiyyətində olmuş və miras qalmış, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 70 №-li evin 7 №-li mənzili İddiaçı tərəfindən qəbul olunması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. X9 ilə İddiaçı doğma bacı olmaları, X3 mülkiyyətində olmuş və miras qalmış Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 70 №-li evin 7 №-li mənzili İddiaçı tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar