Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1378/2020 28.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə Ərizəçi nümayəndəsi və vəkil X3 iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Ərizəçi anası X6 miras qalmış Mingəçevir şəhəri Bahar küçəsi 19/11 №-li fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul olunması faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi və vəkil X4 məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum X12 Ərizəçi anasıdır. Ərizəçinin anası Sevda Yusifova xx xxxxxx 2011-ci ildə vəfat etmişdir. Ərizəçi anasının yrganə vərəsəsidir. Mingəçevir şəhəri Bahar küçəsi 19/11 №-li fərdi yaşayış evi Daşınmaz Əmlakın Dvlət Reyestrində tam mülkiyyət hüququ ilə xx xxxxxx 2017-ci il tarixdə X9 adına qeydə alınmışdır. Ərizəçi anasının vəfatında sonra mirasın qəbulu ilə bağlı vaxtında müraciət etməmişdir. Bu səbəbdən də mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Buna səbəb ərizəçini azyaşlı olmağı olmuşdur. Sonradan isə müəyyən üzrlü səbəblərə görə müraciət edə bilməmişdir. Anasından miras qalan əmlakı varis olaraq ərizəçi qəbul etmşdir. Hazırda miras əmlak ərizəçinin sahibliyindədir, hazırda evdə yaşamaqla təsərrüfatı idarə edir və kommunal xərclərini ödəyir. Ərizəçi mirasın qəbul edilməsi ilə əlaqədar Notariat Kontoruna müraciət etmişdir. Lakin notariat kontoru müddətin keçməsini əsas gətirib ona vərəsəlik hüququna dair şəhadətnamə verməkdən imtina etmişdir. Ərizənin təmin olunmasını, anası X7 miras qalmış Mingəçevir şəhəri Bahar küçəsi 19/11 №-li fərdi yaşayış evinin ərizəçi tərəfindən miras əmlak kimi qəbul olunması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi Səbuhənin anası Sevda ilə qonşu olmuşdur. Sevdanın ölümündən sonra da evdə Səbuhə yaşayıb və hal-hazırda da yaşayır. X1 məhkəmə iclasında ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudur. Həqiqətən də, Səbuhə anasının ölümündə sonra da xalası ilə birlikdə həmin evdə yaşayır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Bahar küçəsi 19/11 №li ev xx.xx.2017-ci ildə mülkiyyət hüququ ilə X9 adına qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1996-cı il təvəllüdlü Ərizəçi atası X13, anası X11r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2011-ci ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu ildə Mingəçevir şəhərində anadan olmuş X12 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx xxxx 2020-ci ilədək aparılmış, qızı xx xxxxxx 1996-cı il təvəllüdlü Ərizəçi və əri xx xxxxxx 1966cı il təvəllüdlü X14 olması barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, X7 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, ərizəçi S.X2 birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi anası X7 miras qalmış Mingəçevir şəhəri Bahar küçəsi 19/11 №-li fərdi yaşayış evinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Çıxarışa əsasən X9 mülkiyyətində olmuş və miras kütləsinə daxil olan Mingəçevir şəhəri Bahar 19/11 №li evə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, Ərizəçi anasından qalmış mirasın qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. X9 mülkiyyətində olmuş və mirasın kütləsinə daxil edilən Mingəçevir şəhəri Bahar küçəsi 19/11 №li evin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1378/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1378/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver