Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1380/2020 07.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi əhəmiyyətli faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X8 onun həyat yoldaşıdır. Mingəçevir şəhər İcraiyyə Komitəsi tərəfindən əri M.Yusubova 2 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün şəhərin Ş.İ.Xətai (keçmiş Tekistilni) küçəsi 14/1 №-li evin 37 №li mənzili xx xxxxx 1985-ci ildə 2148 №-li orderə əsasən verilmişdir. X15 xx xxxx 2010-cu ildə vəfat etmişdir. Ərinin ölümündən sonra da hal-hazıradək övladları ilə birlikdə həmin mənzildə yaşayır. Yaşadıqları mənzili özəlləşdirmək istədikdə məlum oldu ki, orderdə adı “Hökümə” deyil “Akima” kimi yazılmışdır. Orderdə onun adı düzgün qeyd olunmadığı üçün mənzili özəlləşdirə bilməmişdir. Adının həmin orderdə düzgün yazılmaması barədə sənədi başqa yolla əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, Mingəçevir şəhəri Ş.İ.Xətai (keçmiş Tekistilni) küçəsi 14/1 №-li evin 37 №li mənzilinə əri X4 adına verilmiş xx xxxxx 1985-ci il tarixli 2148 №-li orderdə adının “Akima” deyil “Hökümə” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi X6 məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə 1985-ci ildən qonşudur. Ərizəçini əvvəldən Hökümə kimi tanıyır. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudular. Onlar 1985-ci ildə həmin binaya köçmüşlər. Ərizəçini həmin vaxtdan Hökümə kimi tanımışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1954cü ildə Oğuz rayonun Muxas kəndində anadan olmuşdur. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə Ərizəçi arasında xx xxxxx 1979-cu ildə Vartaşen rayon XDS-nin VVAQ şöbəsində 17 №li nikah akt qeydi bağlanmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx xxxx 2010-cu ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər İcraiyyə Komitəsinin 98 №-li xx xxxx 1985-ci il tarixli sərəncamı ilə verilmiş 2148 №-li xx xxxxx 1985-ci il tarixli orderin surətindən görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai (keçmiş Tekistilni) küçəsi 14/1 №-li evin 37 №li mənzili X5 adına qeyd edilməklə mənzil onun, arvadı Xuduyeva Akima və oğlu Yusufov Azərin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Mingəçevir şəhər İcraiyyə Komitəsinin sərəncamı ilə 2148 №-li xx xxxxx 1985-ci il tarixli orderlə Mingəçevir şəhəri Ş.İ.Xətai (keçmiş Tekistilni) küçəsi 14/1 №-li evin 37 №li mənzili X5 adına qeyd edilməklə onun və ailə üzvləri olan arvadının, oğlunun istifadəsinə verilmişdir. Lakin orderdə ərizəçinin adı Hökümə əvəzinə “Akima” qeyd edilmişdir. Adının orderdə səhvən Akima kimi qeyd edilməsi ərizəçinin mənzilə olan hüququnun həyata keçirilməsi imkanını məhdudlaşdırır. Ona görə də ərizə təmin olunmalı, Mingəçevir şəhəri Ş.İ.Xətai (keçmiş Tekistilni) küçəsi 14/1 №-li evin 37 №li mənzilinə X5 adına verilmiş xx xxxxx 1985-ci il tarixli 2148 №-li orderdə qeyd edilmiş Xuduyeva Akima adının Ərizəçi aid olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Mingəçevir şəhəri Ş.İ.Xətai (keçmiş Tekistilni) küçəsi 14/1 №-li evin 37 №li mənzilinə X5 adına verilmiş xx xxxxx 1985-ci il tarixli 2148 №-li orderdə Xuduyeva Akima adının Ərizəçi aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1380/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1380/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver