Məhkəmə qərarları › İş №2(051)-1381/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1381/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1381/2024 23.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Əminə Malik qızının katibliyi ilə, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil), iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs X18 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə (Üçüncü şəxslər X31 və X14) qarşı mənzildə qeydiyyatda olan şəxsin razılığı olmadan mənzili özgəninkiləşdirilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş 83.02 kv/m olan fərdi yaşayış evini və ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 2/6 hissədə payımı, mən-Cəlilova X17 şəhəri 1-ci Günəş döngəsi 17 saylı ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 1/6 hissədə payımı, mən-Musayeva X11 şəhəri 1-ci Günəş döngəsi 17 saylı ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 1/6 hissədə payımı ünvan 1 evdə qeydiyyatda olan, ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 1/6 hissədə payı olan X18 razılığı alınmadan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X7 bağışlama müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslnadırılmışdır ki, o, xx.xx.1950-ci ildə Mingəçevir şəhərində doğulmuşam. Uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsi paylı mülkiyyət hüquqi əsasında 2/6 hissədə ona, 1/6 hissədə arvadı İddiaçı2, 1/6 hissədə X15, 1/6 hissədə X7, 1/6 hissədə isə X21 məxsusdur. ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş 83.02 kv/m olan fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə ona məxsusdur. Ona məxsus fərdi yaşayış evində o və ailə üzvləri 1. Arvadı-İddiaçı2, 2. X20 qızı, 3. X8 qızı, 4. X28 oğlu qeydiyyatdadırlar. X10 Bakı şəhərində yaşayır. Onlarla münasibətləri normal qaydada deyildir. Xəstədir, arvadıda yaşlıdır, ona qulluq etməkdə çətinlik çəkir. Ona və arvadına qızı X16 qulluq edir. Ona məxsus fərdi yaşayış evini və 2/6 hissədə torpaq sahəsini, arvadı Solmaz torpaqda olan 1/6 hissədə, qızı Samirə 1/6 hissədə payını digər qızı X7 bağışlamaq istəyir. Ancaq X10 razılıq vermir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat X2 notarial qaydada təsdiq olunmuş razılığı olmadığı halda Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmək tövsiyyə olundu. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X23 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Musayeva X11 şəhər məhkəməsində savabdeh Azərbayean Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional "Asan Xidmət mərkəzində Notariat Ofisinə 3-cü şəxslər X32 və X4 qarşı "bağışlanma müqaviləsinin bağlanması " tələbinə dair iddia qaldırmışdır. İddia tələbinə görə Cəlilov X12 Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** Qeydiyvat nömrəli Çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş 83.02 kv.m olan Fərdi yaşayış evini və ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 26 hissədə pavını Cəlilova X17 şəhəri 1-ci Günəş döngəsi 17 saylı ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 16 hissədə payını X1 şəhəri 1-ci Günəş döngəsi 17 saylı ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin l\6 hissədə payını ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 1\6 hissədə payı olan X18 razılığı alınmadan Azərbaycan Respublikası Ədlivyə Nazirliyi Mingəçevir Regional "Asan Xidmət mərkəzində Notariat Ofisi tərəfindən X7 bağışlama müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş edir. Qeyd edir ki, o, mübahisələndirilən fərdi yaşayış evində qeydiyyatdaya və həmin evdən başqa yaşayış veri yoxdur. Hazırda Bakı şəhərində ailəmlə birlikdə kirayədə yaşayır. Belə ki. "Tusi" Hazırlıq Mərkəzində tarix ınəllimi işləyir. İşinin xarakteri belədirki tez-tez müxtəlif rayonlara hazırlıq kurslarına işləmək üçün göndərilir. Bundan əvvəl də, Şirvan. Qax, Qazax və Mingəçevir şəhərlərində hazırlıq kursunda məllim kimi işləmişdir. İndi isə Bakı şəhərində müvəqqəti olaraq yaşayıb kursda məlliın işləyir. Kirayədə yaşayır ailəsi və iki ovladı var. Başqa daimi yaşayış yeri yoxdur. Ailə qurduqdan sonra arvadı cehiz əşyalarını da mübahisələndirilən mənzilə gətirib, yığmışdır. Bir müddət ailəsi orada yaşadıqdan sonra valideynləri arvadının cehiz əşyalarını evin həyətinə tökərək onları evdən çıxardılar. İndi isə o, evə gedib-gələ bilmir. Ona orada yaşamağa imkan vermirlər. Ev bağışlandığı halda o, yeganə yaşayış yerini itirməli olacaq. Bacıları kimi oda iddiaçılar İddiaçı1 və İddiaçı2 övladıdır və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən, eyni zamanda 0.20 ha torpaq sahəsindən istifadə hüququ var. Nəzərə çatdırır ki, 0.20 ha torpaq sahəsinin 16 hissəsi onun paylı mülkiyyətimdir. Onun razılığı olmadan onun payını bacısı X19ma necə bağışlaya bilər. O, valideynlərinin onun razılığı olmadan evi bacısı X7 bağışlanmasına dair iddialarını qəbul etmir. Qeyd edir ki, bir neçə il bundan əvvəl atası anası və bacılarının razılığı ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Lakin sonradan yenidən özləri söz-söhbət yaradaraq onu məhkəməyə verərək bağışlama müqaviləsim ləğv edilməsini tələb etdilər. Atası hər dəfə onu qorxudur ki, sənin işlədiyin iş yerinə gedib səni biyabır edəcəm. Oda bundan narahat olaraq könüllü şəkildə bağışlama müqaviləsinin ləğv olunmasına razı olmuşdur. İddiaçılar İddiaçı2, İddiaçı3, cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişmlər. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi məhkəmə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin, üçüncü şəxs X16 əvvəlki məhkəmə iclasında iştirak etmiş məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə işə iddiaçılar İddiaçı2 və İddiaçı3 Mülsüm qızı, cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin və üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, habelə iş materiallarını araşdıraraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, 1-ci Günəş döngəsi, ev 17 ünvanında yerləşən, ümumi sahəsi 83,02 kv.metr olan mənzil üzərində İddiaçı1 2/6, İddiaçı2 1/6, X9 1/6, X6 1/6 hissə və X18 1/6 hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 xx.xx.1979-cu ildə doğulmuşdur. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Ramin Muradovun 14 may 2024-cü il tarixli 876 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən mənzildə daimi qeydiyyatda olan ailə üzvülərinin razılığını aldıqdan sonra mənzili özgəninkiləşdirə bilmək hüququna malik olduğunu qeyd etməklə bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. İşdə olan İddiaçı2 tərəfindən notarial qaydada verilən ərizədən görünür ki, o, əri İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi ümumi sahəsi 0,2 ha torpaq sahəsindən 2/6 hissəsinin X7 bağışlanmasına razıdır. İşdə olan İddiaçı3 tərəfindən notarial qaydada verilən ərizədən görünür ki, o, atası İddiaçı1 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi ümumi sahəsi 0,2 ha torpaq sahəsindən 2/6 hissəsinin X7 bağışlanmasına razıdır. İşdə olan İddiaçı1 tərəfindən notarial qaydada verilən ərizədən görünür ki, o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini X7 bağışlanmasına razıdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X3 nikahı 12 iyul 2010-cu il tarixdə Mingəçevir Nikah evində qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.2015-ci ildə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2014-cü ildə doğulmuşdur. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1636/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, şddiaçılar İddiaçı1, İddiaçı2, X16 və İddiaçı3 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanda olan 0.20 ha torpaq sahəsini, o cümlədən İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən 83.02 kv/m olan fərdi yaşayış evinin cavabdeh X21 məxsus bağışlanması barədə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməsi qət edlmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, 1-ci Günəş döngəsi, ev 17 ünvanında yerləşən, ümumi sahəsi 83,02 kv.metr olan mənzil üzərində İddiaçı1 2/6, İddiaçı2 1/6, X9 1/6, X6 1/6 hissə və X18 1/6 hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 isə paylı mülkiyyətində olan həmin mənzili, X7 bağışlamaq istəyir. Bununla bağlı notarial ofisinə müraciət etməsinə etmişlər, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi qeydiyyatda olan şəxslərin razılıq ərizələrini tələb etmişdir. Digər şəxslər razılıq ərizələrini versələr də, iddiaçının həmin ailə üzvülərindən oğlu olan X18 razılığının alınması mümkün olmadığından, iddiaçının mülkiyyətində olan mənzili bağışlamsına dair müqavilənin rəsmiləşdirilməsindən imtina edilmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, maraqlı şəxslərin razılığı olmadan mənzilin özgəninkiləşdirilməsinin (bağışlama) qadağan olunması iddiaçı olan mənzilin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu hal isə həm beynəlxalq hüquq həm də Azərbaycan Konstitusiyası və qanunları ilə öz əksini tapmış və belə məhdudiyyətlərin yaranmasını bir mənalı şəkildə qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə əmlak xarakterli hüquq münasibəti olduğundan, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini və həm də müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə, həmçinin hesab edir ki, mülkiyyət toxunulmazdır və mülkiyyətçi öz əmlakı üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüququna malikdir. Onun bu hüququ heç bir şəkildə məhdudlaşdırıla bilməz. Bağışlama müqaviləsi isə mülki qanunvericiliklə tənzimlənən elə bir müqavilədir ki, mülkiyyətçi öz əmlakının bir hissəsini hədiyyə alana verməsi, hədiyyə alanın isə onu qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bağışlama müqaviləsi mülkiyyətçinin sərbəst iradə ifadəsidir. Həmçinin mülki qanunvericilklik bağışlama müqaviləsinin notarius qaydasında təsdiqlənməsi ilə etibarlı sayıldığını qeyd edir. Lakin bu müddəa mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa yönəlməməlidir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndi Mülki Məcəllənin tələblərinə zidd olmaqla xüsusi mülkiyyətçinin hüquqularının məhdudlaşdırılmasına yönəlmişdir. Belə olan halda məhkəmə daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktı tətbiq etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarındabu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.10-cu maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məsmə paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş 83.02 kv/m olan fərdi yaşayış evini və ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 2/6 hissədə payını, -Cəlilova X17 şəhəri 1-ci Günəş döngəsi 17 saylı ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 1/6 hissədə payı, Musayeva X11 şəhəri 1-ci Günəş döngəsi 17 saylı ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 1/6 hissədə payı ünvan 1 evdə qeydiyyatda olan, ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin 1/6 hissədə payı olan X18 razılığı alınmadan təsdiq edilməsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş 83.02 kv/m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsinin İddiaçı1 2/6 hissədə payı, İddiaçı2 məxsus məxsus olan 1/6 hissədə payı, X15 məxsus olan 1/6 hissədə payı X7 bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış X18 razığı alınmadan təsdiq edilməsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilsin. X27 miras açılanadək iki il müddətinə ünvan 4 ünvanda yerləşən 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş 83.02 kv/m olan fərdi yaşayış evinə və ünvan 1 ünvanda yerləşən 0.20 ha torpaq sahəsinə məcburi payı olması izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar