Məhkəmə qərarları › İş №2(051)-1390/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1390/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1390/2023 10.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, atası X3 doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində atasının 30 dekabr 1930-cu ildə Samux rayonunda anadan olmasını, miliyyətinin Azərbaycanlı olması, ata qrafasında X4, ana qrafasında X1 yazılması və bu barədə doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, bildirir ki, atası X8 30 dekabr 1930-cu ildə Samux rayonunda doğulmuşdur. X15 02 yanvar 2010-cu ildə rəhmətə getmişdir. Hazırda evin sənədləşməsi ilə bağlı atasının doğum haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı o, Mingəçevir Regional “ASAN XİDMƏT” X2 müraciət etdi. Oradan ona Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktlar idarəsi” arxiv fonduna aid mühafizə edilən sənədlərində 1930-cu ilə dair Samux rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən akt qeydinin axtarışının aparılması imkansız olmuş və bununla bağlı məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizənin dəqiqləşməsi barədə ərizə verərək, təmsil etdiyi şəxsin atası X3 doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum akt qeydində atasının 30 dekabr 1933-cü ildə Samux rayonunda anadan olmasını, miliyyətinin Azərbacaycanlı olması, ata qrafasında X4, ana qrafasında X1 yazılması və bu barədə doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, X8 atasının xalası oğlu olmuşdur. X8 30 dekabr 1933-cü ildə Samux rayonunda doğulmuş və 02 yanvar 2010-cu ildə rəhmətə getmişdir. İş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, X8 30 dekabr 1933-cü ildə Samux rayonunda doğulmuş və 02 yanvar 2010-cu ildə rəhmətə getmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 329430 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə kəskin koronar çatmamazlığı səbəbindən Mingəçevir şəhərində ölmüşdür. İşə əlavə edilmiş Minfəçevir Regional “ASAN XİDMƏT” X7 tərəfindən Ərizəçi Konsol oğluna cavab məktubundan görünür ki, onun Mingəçevir regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. Müraciəti ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fonduna aid mühafizə edilən sənədlərində 1930-cu ilə dair Samux rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən akt qeydinin axtarışının aparılması imkansız olmuşdur. Göstərilənlərə əsasən ona doğum haqqında arayışın verilməsi imkanları xaricindədir. İşə əlavə edilmiş fotoşəkillərdən görünür ki, X5 qəbirüstündə xx.xx.1933-cü ildə doğulduğu və xx.xx.2010-cu il tarixdə öldüyü qeyd edilmişdir. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. X3 adına 30 dekabr 1933-cü il tarixli doğum akt qeydi tərtib olunsun. X3 adına açılmış doğum akt qeydində ata adı X4, ana adı X6, miliyyəti Azərbaycanlı, doğulduğu yer Samux rayonu kimi göstərilsin. Qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar