Məhkəmə qərarları › İş №2(051)-1390/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1390/2025

24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1390/2025 24.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Mingəçevir regional «Asan Xidmət» mərkəzində notariat ofisi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Mingəçevir regional «Asan Xidmət» mərkəzində notariat ofisi cəlb edilməklə “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbi üzrə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilindən açıq qalmış X7 adında qalan ½ hissədə payın tərəfindən qəbul edildiyini nəzərə alaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, miras qoyan X3r. Atası xx.xx.1998-ci il tarixində kəskin gün vurmadan vəfat etmişdir. Anası X12 2010-cu il tarixində vəfat etmişdir. Onlarin birgə nikahından X11 xx.xx.1971-ci il tarixində anadan olmuşdur. Atasının ailə tərkibi anası, o və bacısından ibarət olmuşdur. Onlar milliyyətcə rus olduqlarından bacısının bu günə kimi Rusiya Federasiyasında yaşayıb-yaşamaması, habelə hazırda sağ olub-olmaması barədə heç bir məlumatı yoxdur. Hazırki iddianın mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildə atası və anası ölməmişdən əvvəl yaşamışdır. Hazırda o özü yaşayır. Mirası yaşamaqla qəbul etmişdir. Bu səbəbdən də miras qoyanların vərəsəsi olaraq o və bacısı vərəsə olduqlarından ataları X6 miras qalmış əmlakın ½ hissəsinə dair xx.xx.2020-ci il tarixində 2B-673 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ona verilmişdir. X16 nə miras əmlakını qəbul etmiş, nə də mirasda açıq qalmış paya mülkiyyət hüququnu müəyyən etmək üçün heç hir orqana müraciət etməmişdir. Atasının ölümündən 27 il, anasının ölümündən isə 15 il keçmişdir. Miras əmlak olan mənzilin ½ hissədə mülkiyyət hüququ tanınsa da, mirasın digər ½ hissəsinə atasından qalmış mirasa münasibətdə 27 il ərzində bacısı Janna Xanayeva tərəfindən heç bir müraciət daxil olmamışdır. Reallıqda isə bütün mirası özü idarə etmiş və və qəbul edərək tam miras üzərində sahiblik hüququnu həyata keçirir. Ona görə də mirasın bu günə kimi atasının adında qalan ½ hissəsini özü qəbul etdiyindən atasının adında qalan ½ hissə paya da onun vərəsəlik hüququnun olduğunu və onun tərəfindən qəbul edildiyini nəzərə alaraq həmin paya münasibətdə də mirasın qəbul edildiyinə dair qərar qəbul edilməsini istəyir. İddiasını müdafiə edir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirdi ki, X11 10 ildir Azərbaycanda yaşamır. Ərizəçi öz payını 2022-ci ildə X1. Digər pay isə Xanayev Vyaçeslavın adında qalmışdır. Nümayəndə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1945-ci ildə Rusiya Federasiyası Volqaqrad şəhərində anadan olmuş X10 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2025-ci ilədək aparılmış yoxlamadan görünür ki, xx.xx.1948-ci il təvəllüdlü arvadı X12 (ölüb), xx.xx.1971-ci il təvəllüdlü qızı X11 və xx.xx.1974-cü il təvəllüdlü oğlu Ərizəçi aşkar edilmişdir. Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi ünvanlanmış cavab məktubundan görünür ki, onun xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası X5mış miras əmlaka digər vərəsənin olmasına baxmayaraq, yalnız özünün adına vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmış, “Elektron notariat” X2 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan əldə edilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, miras açılan zaman ünvan 1 ünvanında yerləşən miras qoyana məxsus 5 saylı mənzildə həm də miras qoyanın birinci növbəli digər vərəsəsi - qızı X13 qeydiyyatdadır. Bildirilmişdir ki, atası X5mış miras əmlakın 1/2 (ikidə bir) hissəsinə dair ona xx.xx.2020-ci il tarixdə, 2V-673 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər vərəsə X13 Mingəçevir Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən noratiat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etməmiş və ona düşən 1/2 (ikidə bir) hissə pay müəyyən olunmuş, lakin müraciət etmədiyindən müvafiq şəhadətnamə verilməmişdir. Ona görə də alınan daşınmaz əmlaka dair çıxarışda X8 miras pay hissəsi (1/2 hissə) mərhum X7 adı kimi qeyd olunmuşdur. Odur ki, miras əmlaka dair bütöv şəkildə Ərizəçi adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Həmin məcəllənin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, ərizə baxılmamış saxlanır. Həmin məcəllənin 306.4-cü maddəsinə əsasən Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 79-1.Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”: 2.1 və 2.1.3-cü bənd. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır. Məhkəmənin mövqeyi:

1. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir.

2. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir.

3. İddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

4. Hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.

5. Əks yanaşma mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.

6. Hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.

7. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2(102)- 3740/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı). İşin müəyyən edilmiş halından göründüyü kimi ərizəçinin atası X5mış miras əmlakın 1/2 (ikidə bir) hissəsinə dair ona xx.xx.2020-ci il tarixdə, 2V-673 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər vərəsə X13 Mingəçevir Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən noratiat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etməmiş və ona düşən 1/2 (ikidə bir) hissə pay müəyyən olunmuşdur.Xanayev Janna noratiat ofisinə müraciət etmədiyindən ona müvafiq şəhadətnamə verilməmişdir. Ona görə də alınan daşınmaz əmlaka dair Çıxarışda X8 miras pay hissəsi (1/2 hissə) mərhum X7 adı kimi qeyd olunmuşdur. Beləliklə miras əmlaka dair bütöv şəkildə Ərizəçi adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bununla belə ərizəçi bacısının ölkədə yaşamamasına, habelə hazırda sağ olub-olmaması barədə heç bir məlumatın olmamasına, mənzildə özü yaşamasına əsaslanaraq bacısına düşən ½ hissə payın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş halından göründüyü kimi digər şəxsin eyni predmetə hüquqları vardır. Belə olan ərizəçinin xüsusi icraat qaydasında verdiyi ərizə baxılmamış saxlanılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, ərizəçi məhkəmədə iddia qaldırarkən yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Ərizəsi baxılmamış saxlanılmış ərizəçi iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (məsələn miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə iddia icraatı qaydasında birbaşa müvafiq hüquq (məsələn miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməklə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ərizə baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Ərizəçi maraqlı şəxs Mingəçevir regional «Asan Xidmət» mərkəzində notariat ofisi cəlb edilməklə “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə iddia icraatı qaydasında birbaşa müvafiq hüquq (məsələn miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürmək və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməklə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar