Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1396/2021 26.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şəfiyeva Könül Səməd qızının katibliyi Ərizəçi:Ərizəçi Maraqlı şəxslər: X5 və X7 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış Mingəçevir şəhəri, Şəfa küçəsi, 1-ci döngə, 10 da yerləşən 0.0276 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə ərizəçinin adına verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman ərizəçi tələbinin dəqiqləşdiriləməsi ilə bağlı məhkəməyə əlavə ərizə ilə müraciət edərək, məhkəmədən yalnız mərhum X2 miras qalmış Mingəçevir şəhəri, Şəfa küçəsi, 1-ci döngə, 10 da yerləşən 0.0276 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini və əlavə ərizəsini onunla əsasladırmışdır ki, X8 onun doğma atasıdır. O, X8 ilə X5 birgə nikahından doğulmuşdur. Atası 15.10.2020-ci il tarixdə rəhmətə getmiş və bu haqda ona ölüm haqqında şəhadətnamədə verilmişdir. Atasından Mingəçevir şəhəri, Şəfa küçəsi, 1-ci döngə, 10 da yerləşən 0.0276 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsi üzərində mərhum atası X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 01.07.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı verilmişdir. Atasının ölümündən sonra ondan miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq barədə məlumatlı olmamışdır. Bundan sonra o, notariat kontoruna müraciət etmiş və mərhum atasından miras qalmış əmlakı qəbul etmək istədiyini bildirmişdir. Ancaq 04 iyun 2021-ci il tarixdə notariat kontoru 953 saylı cavab məktubu ilə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hazırda qeyd olunan torpaq sahəsindən özü istifadə edir. X2 miras qalmış əmlakı başqa yolla əldə edə və bununla bağlı adına çıxarış ala bilmir. Buna görə də məcburiyyət qarşında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Odur ki Mingəçevir şəhəri, Şəfa küçəsi, 1-ci döngə, 10 da yerləşən 0.0276 ha torpaq sahəsinin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə ərizəçinin adına verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X10 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, mərhum ərindən miras qalmış bütün əmlakları, o cümlədən qeyd olunan 0.0276 ha torpaq sahəsini həqiqətən oğlu Orxan əkib becərir və idarə edir. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs X11 məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən də, atasından miras qalan 0.0276 ha torpaq sahəsini qardaşı Ərizəçi əkib becərir. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 01.07.2020-ci il tarixdə verilmiş ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Şəfa küçəsi, 1-ci döngə, 10 da yerləşən 0.0276 ha torpaq sahəsinin üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan XV-JQ 343794 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X9, anası isə X10 olmaqla xx.xx.1990-cı il tarixdə doğulmuşdur. İşdə olan Mingəçevir regional ASAN xidmət mərkəzi tərəfindən verilmiş AZ-İİ 128082 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 15.10.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli 05/Q-387/15 saylı məktubdan görünür ki, X4 adına Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən 15.10.2020-ci il tarixli 434 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Mingəçevir şəhəri H.Əliyev prospekti, ev 76/1, mənzil 13 qeyd olunmuşdur.. İşdə olan AR DİN-nin 04.06.2021-ci il tarixli ******* saylı arayışından görünür ki, X9 12.05.2015-ci il tarixdən vəfat edənədək (15.10.2020) Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 76/1, mənzil 13 qeydiyyatda olmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli 05/Q-387/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 21.09.1956-cı il tarixdə Tərtər rayonu, Sarov kəndində doğulmuş X9 barəsində Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmışqeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 01.06.2021-ci il tarixədək aparılmış və 01.02.1967-ci il tarixdə doğulmuş arvadı, X10, xx.xx.1990-cı il tarixdə doğulmuş oğlu, Ərizəçi və 04.04.1989-cu il tarixdə doğulmuş qızıX11 barədə məlumatlar aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional Maraqlı şəxs Ofisinin 04.06.2021-ci il tarixli 953 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən tərəflərin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 15.10.2020-ci il tarixdə vəfat etmiş X9 Ərizəçi atasıdır. X1 ərizəçiyə Mingəçevir şəhəri, Şəfa küçəsi, 1-ci döngə, 10 da yerləşən 0.0276 ha torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsini əkib-becərməklə ona baxır və mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri, Şəfa küçəsi, 1-ci döngə, 10 da yerləşən 0.0276 ha torpaq sahəsinin ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin, mərhum X4 vərəsələri olan X10 və X11 mərhum Müzəffər Fətihidən qalmış mirasdan pay istəmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. X1 miras qalmış, ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 01.07.2020-ci il tarixdə verilmiş ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında tam mülkiyyət hüququ ilə X6 məxsus olan Mingəçevir şəhəri, Şəfa küçəsi, 1-ci döngə, 10 da yerləşən 0.0276 ha torpaq sahəsinin ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1396/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1396/2021
26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver