Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1404/2023 11.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri X8 İcraiyyə Komitəsinin 26 oktyabr 1972-ci il tarixli qərarı ilə 287 №li 27 oktyabr 1972-ci il tarixli order əsasında Mingəçevir şəhəri Komsomol (hazırda 20 Yanvar küçəsi) 166 №li evin 15 №li mənzili ərizəçinin mərhum atası X7 adına qeyd edilməklə 8 nəfər ailə üzvləri: həyat yoldaşı Elyanə Səfərova, qızları X10, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, və ərizəçi İddiaçı istifadəsinə verilmişdir. Sonradan doğulmuş 1974-cü il təvəllüdlü ərizəçinin bacışı Səfərova (Rəcəbəliyeva) Şərafət Həsən qızı və o, ailə qurduqdan sonra oğlu X1 şəhəri 20 Yanvar küçəsi (keçmiş Komsomol küçəsi) 166 saylı evin 37 saylı mənzilinə qeydiyyata düşmüşdürlər. Həmin mənzildə uzun müddət yaşamadıqları üçün, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1475/2019 saylı 25 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin olunmuş cavabdehlər X2 və X5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilində qeydiyyatları yoxdur, ona görə də 2019-cu ildə cavabdehlər X2 və X5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilindən istifadə hüquqlarının itirilməsi ilə bağlı müraciət edəndə cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 da isitifadə hüqüqlarının itirilməsi məsələsini mübahisləndirməmişdi. Cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 mübahisəli mənzildə qeydiyyatda olmasalar da kirayədarın ailə üzvləri kimi orderdə adları vardır. Onların orderdə adları olduğu üçün ərizəçi mənzili özəlləşdirə bilmir. Belə ki, X6-1979-cu ildən, Cavabdeh2 1983-cü ildən, Cavabdeh3 1988-ci ildən ailə qurmuşlar, mübahisəli mənzildən köçmüşlər, həmin vaxtdan bu mənzildə yaşamırlar. Cavabdeh4 1997-ci ildən, Cavabdeh5 1996-cı ildən ailə qurmuş, mübahisəli mənzildən köçmüşlər, həmin vaxtdan bu mənzildə yaşamırlar. Onlara məxsus hər hansı əşya mübahisə edilən mənzildə qalmamışdır. Ərizəçinin anası X3 17 aprel 1988-ci ildə, atası X14 07 may 2005-ci ildə vəfat etmişlər. Valideynlərinizin vəfatından sonra bacıları ümumiyyətlə qeyd edilən mənzil ilə çox az əlaqə saxlamışlar. Cavabdehlər xarici ölkə vətəndaşlarıdırlar. Əvvəl ailə qurmuş bacısı Aybəniz 40 ildən, sonuncu ailə qurmuş bacısı Nəzakət isə 20 ildən artıqdır ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilində yaşamırlar. Cavabdelər 20-40 ildir ki, mübahisəli mənzildə yaşamırlar, onlara aid hər hənsı bir əşya mənzildə yoxdur. Mənzil dövlət fondunda olan mənzildir. Özəlləşdirmək istəyir. Cavbdehlərin daimi yaşayış yerləri vardır, onların ərizəçinin yaşadığı və qeydiyyatda olduğu mənzilə ehtiyacları yoxdur. Yaşayış yerləri olmasaydı ərizəçi ilə yaşamaq üçün mənzillə əlaqə saxlayardılar. Mənzilin ərizəçinin adına özəlləşdirilməsi üçün orderdə adları olan hər bir şəxsin razılığı lazımdır. Hazırda onları tapıb razılığını ala bilmir. Ona görə də iddianın təmin olunmasını, Cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilindən (keçmiş Komsomol küçəsi) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 əvvəlki məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 2007ci ildə atası rəhmətə gedəndən sonra qardaşı orada yaşamağa başlayıb. Qardaşı onları aldadıb və onların etibarından sui-istifadə edib etibarnamə alaraq evi öz adına keçirmişdir. Məhəkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 07 may 2005-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 aprel 1988-ci ildə vəfat etmişdir. İşdə olan 2821 №-li 27 oktyabr 1972-ci il tarixli orderdən görünür ki, Mingəçevir şəhər X15 İcraiyyə Komitəsinin 278 №-li 26 oktyabr 1972-ci il tarixli qərarı ilə Mingəçevir şəhəri Komsomol küçəsi 2 №-li evin 15 №-li mənzili X7 adına qeyd edilməklə mənzil onun, arvadı Elyana Səfərova, qızları X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və oğlu İddiaçı istifadəsinə verilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin 337 №-li 16 avqust 2021-ci il tarixli məktubunda göstərilir ki, Mingəçevir şəhəri Komsomol küçəsi ev 166, mənzil 15, hazırda 20 Yanvar küçəsi, ev 166, mənzil 15 adlanır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışından görünür ki, X16, cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4, Səfərova X4 şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində qeydiyyatda deyildirlər. Yalnız Cavabdeh2 həmin mənzildə qeydiyyatdadır. İşdə olan 22 iyul 2021-ci il tarixli aktdan görünür ki, cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Səfərova X4 şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzilində yaşamırlar. Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 № li evin 15 № li mənzili dövlət fondu mənzilidir. Mənzil Mingəçevir şəhər X15 İcraiyyə Komitəsinin 278 №-li 26 oktyabr 1972-ci il tarixli qərarı ilə 27 oktyabr 1972-ci il tarixli 287 №li orderlə X7 adına qeyd edilməklə onun, qızları Aybəniz Səfərova, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 istifadəsinə verilmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə uyğun olaraq şəxsin, müəyyən etdiyindən artıq müddətdə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərinin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsi olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar olduqda icarədar və ya onun ailə üzvü altı ay və daha çox müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdehlərin adı mənzilin istifadəyə verilməsi barədə orderdə göstərilsə də onlar uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №-li evin 15 №-li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,238-253, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mingəçevir şəhəri 20 Yanvar küçəsi (keçmiş Komsomol küçəsi) 166 №li evin 15 №li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1404/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1404/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver