Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1412/2021 31.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi və vəkili X2 iştirakı ilə, Ərizəçi: Ərizəçi «nikah akt qeydinin bərpa olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X3 ilə onun, yəni Ərizəçi arasında 20 noyabr 1979-cu ildə Ermənsitan Respublikasının Vardeniz rayon Qoşabulaq kənd sovetliyində qeydə alınmış nikah akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o X3 ilə 20 noyabr 1979-cu ildə Ermənistan Respublikasının Vardeniz rayon Qoşabulaq kəndində rəsmi nikaha daxil olmuşdur. 1986-cı ildə onlar yaşamaq üçün Mingəçevir şəhərinə gəlmişlər. Həyat yoldaşı X3 22 dekabr 2019-cu ildə vəfat etmiş, və o, mirası qəbul etmnək üçün Asan Xidmətə müraciət etmiş, lakin nikahın bağlanması haqqında şəhadətnamə elektron sistemdə olmadığı üçün mirası qəbul etməmişdir. Lakin, Maraqlı şəxs nikah haqqında akt qeydini bərpa etməkdən imtina etmişdir. Ona görə də, X3 ilə onun, yəni Ərizəçi arasında 20 noyabr 1979-cu ildə Ermənsitan Respublikasının Vardeniz rayon Qoşabulaq kənd sovetliyində qeydə alınmış nikah akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi qızı ilə X1 nikahı 20 noyabr 1979-cu ildə Ermənsitan Respublikasının Vardeniz rayon Qoşabulaq kənd sovetliyində 35 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan, Maraqlı şəxs 29.01.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan, ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 22 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. X3 ilə onun, yəni Ərizəçi arasında 20 noyabr 1979-cu ildə Ermənsitan SSSR-nin Vardeniz rayon Qayabaşı kənd sovetliyində qeydə alınmış 35 nömrəli nikah akt qeydi bərpa edilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1412/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1412/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver