Məhkəmə qərarları › İş №2(051)-1419/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1419/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1419/2023 02.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil , Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş mənzilin bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş mənzilin bölünməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilindən onun payının ½ və Cavabdeh payının ½ hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı 29 aprel 2011-ci ildə Cavabdeh ilə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların övladları olmamışdır. Birgə nikah dövründə onlar Mingəçevir şəhəri Naxçıvan küçəsi 36 saylı evin 21 saylı mənzilini almışlar. Ailə münasibətlərinin ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olmuşdur. Lakin son vaxtlar cavabdehlə münasibətləri pisləşdi və aralarındakı nikah Mingəçevir şəhər məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(051)-140/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Hazırda cavabdehlə bir yerdə yaşamaq mümkün deyildir. Ona görə də birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilindən onun payının ½ və Cavabdeh payının ½ hissədə müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclası zamanı izahatında bildirdi ki, əmlak birgə nikah dövründə əldə edilsə də, əmlakı Cavabdeh öz vəsaiti hesabına əldə etmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********52-05101-093011 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 36, mənzil 21 üzərində X4 tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2010–cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 7 iyun 2012-ci il tarixli daınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 54,55 kv.m yaşayış sahəsi 31,28 kv.m yardımçı sahəsi 23,27 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən alıcının mülkiyyətinə verməklə X1 alıcı Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********52-05***-******* reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 36, mənzil 21 üzərində Cavabdeh tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2017–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh nikahlarını 29 aprel 2011-ci il tarixində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarıdan tərəflərin uşaqları olmamışdır. Tərələr arasında oan nikah Mingəçevir şəhər məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(051)-140/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə xx.xx.2017-ci il tarixində Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzilini almışlar. Həmin mənzil üzərində iddia üzrə Cavabdeh mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı birgə nikah mübahisəli əmlakın aralarında bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nikah və ailə münasibətlərindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisədir. Mübahisənin düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında birgə əmlakın bölünməsi barədə bu vaxta qədər ümumi razılıq əldə edilməmiş, iddiaçı birgə nikah dövründə əldə edilmiş mənzilin yarı bölünməsini tələb etsə də, cavabdeh tələbi qəbul etməmiş və iddiaçının payına düşən hissənin verilməsini təmin etməmişdir. Məhkəmə ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün birgə nikah dövründə əldə edilməsi iddia edilən əmlakın ümumi birgə mülkiyyətə aid edilməsi üçün əmlakın əldə olunması tarixinin, ona dair əsas və mənbənin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər birgə nikah dövründə xx.xx.2017-ci il tarixində Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzilini almışlar. Həmin mənzil üzərində iddia üzrə Cavabdeh mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə nikah müddətində onların ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar da daxildir. Həmin maddədə əmlakın əldə olunması dedikdə ona olan mülkiyyət hüququnun əldə edilməsi nəzərdə tutulur. Belə ki, Mülki Məcəllənin 178.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Ona görə də məhkəmə hesab edir ki, həmin daşınmaz əmlak tərəflərin birgə mülkiyyəti hesab edilir. Ona görə də məhkəmə mübahisənin düzgün həll edilməsi üçün aşağıdakı maddi hüquq normalarının tətbiq edilməsini işin həqiqi hallarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər– arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmçinin Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Sadalanan hüquq normalarından ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əldə etdikləri (qazandıqları) gəlirlərin aid edildiyi anlaşılır. Məhkəmə qeyd edir ki, çoxmənzilli binadan əmlakın əldə edilməsinə dair alqı-satqı müqaviləsi birgə nikah dövründə bağlanmış, yəni nikah pozulmamışdan əvvəl mübahisəli mənzil alınmışdır Məhkəmə, o cümlədən qeyd edir ki, onlar arasında nikah kontraktı və ya hər hansı başqa razılaşmanın mövcudluğu məhkəmə araşdırması nəticəsində müəyyən edilmədi. Belə olan halda həmin mənzil ər-arvadın nikah müddətində qazandıqları birgə vəsait hesabına əldə edilən mənzil hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri ünvan 2 mənzilinə dair İddiaçı ½ (ikidə bir) hissədə və Cavabdeh ½ (ikidə bir) hissədə payları müəyyən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində İddiaçı ½ (ikidə bir) hissədə və Cavabdeh ½ (ikidə bir) hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar