Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1423/2021 05.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı “İşəgötürənin 02 iyun 2021-ci il tarixli, 66-K saylı əmrinin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 66-K saylı 02 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəmə iclasında təmsil etdiyi şəxsin adından danışaraq iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, ali təhsilli mütəxəssisdir. Azərbaycan Neft və Kimya İnstutunu mühəndis elektrik ixtisası üzrə bitirmişdir. 1978-ci ilin sentyabr ayında əmək fəaliyyətinə başlamışdır. Ayrı-ayrı iş sahələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bundan əvvəlki son iş sahəsi olan Mingəçevir kanalizasiya təsərrüfatı idarəsi ləğv edildikdən sonra 07 yanvar 2002-ci il tarixdən cavabdeh təşkilatda kanalizasiya təsərrüfatının rəhbəri vəzifəsinə işə qəbul olunmuş, 2009-cu ilin may ayında texniki şöbəyə, 2011-ci ilin iyun ayında isə su kəmərlərinin, nasos stansiyalarının istismarı və qəzabərpa sahəsinə mühəndis vəzifələrinə keçirilməklə, işdən azad edilənədək fasiləsiz olaraq eyni iş sahəsində çalışmışdır. Həmin iş sahələrinin hamısı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən daimi xarakterli olmuşdur və o həmin iş və vəzifələrdə müddətsiz müddətsiz əmək müqaviləsinə əsasən işləmişdir. Lakin 2019-cu ilin sentyabr ayında bütün müəssisə çalışanlarına, o cümlədən ona gözlənilmədən işəgötürən tərəfdən təklif olundu ki, işdən çıxma ərizələri yazsınlar, sonra müddətli müqavilə əsasında yenidən işə qəbul olunacaqlar. Əks təqdirdə, təklif olunan şərti yerinə yetirməyənlər birdəfəlik işdən azad olunacaqlar. 17 ildən artıq müddətdə işlədiyi və yeganə qazanc və gəlir mənbəyi olan işini itirməmək xatirinə işəgötürənlə razılaşmaq məcburiyyətində qalmışdır. Beləliklə, 02.09.2019-cu il tarixli, 311-K saylı əmrə əsasən, onunla işəgötürən arasında 465 saylı 3 (üç) ay müddətinə əmək müqaviləsi imzalandı və o həmin tarixdən 10-cu dərəcə ilə "xxxx" ASC-nin “X7” MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin rəhbərlik yanında aparatına əməyin təşkili üzrə mühəndis vəzifəsində fəaliyyətini davam etdirmişdir. Qeyd edir ki, onunla yalnız bir dəfə 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış, bundan sonra aralarında heç bir yazılı razılaşma və ya əmək müqaviləsinə dəyişiklik olunmamışdır. Tamamilə qanunsuz və əsassız hesab etdiyi işəgötürənin 66-K saylı, 02 iyun 2021-ci il tarixli əmrinə əsasən, onunla bağlanmışəmək müqaviləsinə AR ƏM-nin 73-cü maddəsinin birinci bəndinə əsasən xitam verilmişdir. Əvvəla o, cavabdeh təşkilatda 2002-ci ildən fasiləsiz və etirazsız olaraq müxtəlif vəzifələrdə, 2011-ci ildən isə mühəndis olaraq 20 ilə yaxın müddət ərzində işləmişdir. İşlədiyi müddət ərzində barəsində işiylə bağlı heç bir intizam, inzibati və ya digər tənbeh tədbiri görülməmişdir. Öhdəsində heç bir yerdə işləməyən həyat yoldaşı və digər ailə üzvləri vardır. Yeni Azərbaycan Partiyasının yarandığı gündən onun fəallarından biri olmuş, hazırda YAP-nın 42 saylı Ərazi dairəsinin sədridir. Nümunəvi xidmətə görə İH Başçısının Fəxri Fərmanı ilə təltif olunmuşdur. Onunla cavabdeh təşkilat arasında yalnız bir dəfə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən işin birinci 3 (üç) ayı sınaq müddəti hesab edilmişdir. Belə çıxır ki, onunla sınaq müddətinə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin, o cümlədən işçinin (yəni onun) sonrakı taleyi açıq qalmışdır. Maraqlıdır ki, 2002-ci ildən cavabdeh təşkilatda rəhbər vəzifələrdə uzun müddət çalışdıqdan sonra 2019cu ilin sentyabr ayında onunla yalnız sınaq müddəti ərzində müddətli əmək müqaviləsi bağlamışdır. O, qeyd edilən əsaslarla sınaqdan çıxmış hesab olunur və onunla bağlanmış 3 aylıq müddətli əmək müqaviləsi əhəmiyyətini itirmişdir. Bu cəhətdən o, cavabdeh təşkilatda faktiki olaraq 2 (iki) ilə yaxın müddətsiz işləmişdir. O, yaşayış təminatı kimikonstitusion xarakterli əmək hüququnun bərpası üçün, ailə üzvlərinin yeganə dolaşıq və qazanc mənbəyindən tamamilə məhrum edilməsi naminə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisi nin 66-K saylı 02 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh AR "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin nümayəndəsi iddia ərizəsinə etirazı belə əsaslandırmışdır ki, iddia ərizəsini qanunsuz və əssasız hesab edir. Belə ki, Nazirlər Kabinetinin 12 oktyabr 2016-cı il tarixli, 410 saylı, 29 iyul 2019-cu il tarixli 328 saylı Qərarları "xxxx" ASC-nin 01.11.2016-cı il tarixli, 467 saylı əmri ilə "xxxx" ASC-nin tabe idarələrində struktur dəyişikliyi olmuşdur. Qərarın icrası ilə əlaqədar digər Sukanal İdarələrinin işçiləri o cümlədən Mingəçevir Sukanal İdarəsinin işçilərinin əmək müqaviləsinə xitam verilmiş və yeni əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul olunmuşdurlar. İddiaçıla 01.06.2011 -ci ildə 61 saylı əmək müqaviləsi bağlanmışdır. 29.08.2019-cu il tarixində İddiaçı ərizə yazaraq əmək müqaviləsinin 30 avqust 2019-cu il ləğv olunmasını xahiş etmişdir. Ərizə həmin gün qeydiyyata alınmışvə bu barədə Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019-cu il tarixli, 27-k saylı əmrinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” 30.08.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. İddiaçı 30.08.2019-cu il tarixində 02.09.2019-cu il tarixində Rəhbərlik yanında aparata əməyin təşkili üzrə mühəndisi vəzifəsinə təyin olunması barədə ərizə yazmışdır. Ərizə həmin gün qeydiyyata alınmışvə bu barədə Mingəçevir Sukanal İdarəsinin 02 sentyabr 2019-cu il tarixli, 311-k saylı əmrinə əsasən əmək müqaviləsi bağlanmışdır. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” 02.09.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. Həmin əsaslara görə İddiaçıla 465 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinin 2.3-cü hissəsində 3 aylıq müddətə bağlanması qeyd olunmuşdur. Əmək müqaviləsinin sonuncu səhifəsində “Əmək müqaviləsinin bir nüsxəsi mənə təqdim olundu” hissəsinə imza etməklə əmək müqaviləsinin bir nüxsəsini almağını təsdiq etmişdir. Mingəçevir Sukanal İdarəsi 24 may 2021-ci il tarixində İddiaçı “əmək müqaviləsinin müddətinin bitməsi” ilə əlaqədar əmək müqaviləsinə 02.06.2021-ci il tarixindən xitam verilməsi barədə xəbərdarlıq məktubu almaqdan imtina etmiş, bu barədə akt tərtib olunmuşdur. Xəbərdarlıq məktubu işçinin ünvanına poçt vasitəsilə göndərilmişdir. Mingəçevir Sukanal İdarəsinin 02.06.2021-ci il tarixli, 66-k saylı əmri ilə əmək müqaviləsinə xitam verilmiş və həmin gün əmr əmək kitabçası ilə birlikdə İddiaçı təqdim olunmuşdur. Rəsmi sənədlərlə də sübut olunur ki, əmək qanunvericiliyin tələblərinə əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etsədə, qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Əmək Məcəlləsinə uyğun əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri isə əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Əmək Məcəlləsinin 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası yazılır: Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin* bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi Bildirişi" məlumatları “Elektron Hökumət” portalı üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsi ilə qeydiyyata alınmalıdır. ƏMƏK MÜQAVİLƏSİ BİLDİRİŞİ- əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Bildiriş qeydiyyata alındıqdan sonra bu barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra həmin əmək müqaviləsi hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, bu məcəllənin 7-ci maddəsinin 2-1- ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bildirişdən görsənir ki, işçinin əmək müqaviləsi müddətli bağlanıb. Əmək müqaviləsinin bitmə tarixi qeyd olunduğunda da aydın olur ki, işçi 3 aylıq əmək müqaviləsi bağlamışdır. Müddətli əmək müqaviləsində tərəflər müqavilə bağlayarkən əmək münsibətlərinin müddətli xarakter daşıdığını əvvəlcədən bildiyindən əlavə olaraq hər hansı xəbərdarlığın edilməsi nəzərdə tutulmur. Müqavilə müddəti bitdikdən sonra bir həftəlik müddət ərzində də əmək müqaviləsinə (73 maddə) bəndinə əsasən xitam verilə bilər. Əmək qanunvericiliyini nəzərə alaraq hesab edirik ki, İddiaçı öz razılığı ilə işəgötürənlə müddətli əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin surətini alması barədə əmək müqaviləsində qeydiyyat aparmışdır. Yəni onun əmək müqaviləsinin müddətli bağlanmasından məlumatı olmuşdur və müddətli əmək müqaviləsi bağlamağa iddiaçını heç kim məcbur etməmişdir. Müddətli əmək müqaviləsi bağladıqdan sonra əmək münasibətlərini davam etdirdiyindən buna işçinin heç bir narazılığı olmamışdır. İşçinin hər hansı hüququnun pozulduğu hazırda iddia edilə bilməz. Hazırkı əmrdən isə narazı olan işçiyə bildirilir ki, müddətli əmək müqaviləsində müddətin qurtarması ilə bağlı verilmiş əmr əmək qanunvericiliyinə əməl olunmaqla icra edilmişdir. Belə ki, qanunla nəzərdə tutulmuş müddətdə işçiyə xəbərdarlıq olunmuş və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun iddiaçıya çatdırılmışdır. İşçinin iradəsi əleyhinə işəgötürən tərəfindən heç bir qanunsuz addım atılmamışdır. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Bundan əlavə, fərdi əmək mübahisələri üzrə iddia müddətini tətbiq edilməsi AR Əmək Məcəlləsinin 296-ci maddəsi ilə nizama salınır. Həmin maddənin birinci hissəsinə əsasən “ Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edilməsi”, həmin maddənin ikinci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur.” Həmin maddənin dördüncü hissəsinə əsasən “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq- hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür”. İddiaçı, iddia ərizəsini məhkəməyə 2021-ci ilin iyul ayında təqdim etmişdir. Əmək müqaviləsinin surətini isə 02 sentyabr 2019-cu il tarixində almaqla müqavilədə qeydiyyat aparmışdır. Bundan əlavə, 02.12.2019-cu ildə əmək müqaviləsinə dəyişikliyə imza etməklə qəbul etmişdir. Həmin vaxtdan isə nəinki ay hətta il keçmişdir. İddiaçı 3 aylıq müqavilə bağlanmasını hüququnun pozulduğunu hesab edirsə müqavilə 02 sentyabr 2019-cu ildə bağlanmış və işçi əmək münasibətlərini heç bir narazılığı olmadan davam etdirmişdir. Ona görə də məhkəmədən İddiaçı “işə bərpa tələbi”nə dair iddia tələbi üzrə icraata iddia müdətinin tətbiq edilməsini və iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş əmək kitabçasının sürətindən görünür ki, 6 avqust 1954-cü il təvəllüdlü İddiaçı oğlu 05 mart 1979-cu il tarixdən 02.06.2021-ci il tarixədək Mingəçevir Sukanal idarəsində çalışmışdır. İşə əlavə olunmuş 61 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı su kəmərlərinin, nasos stansiyalarının istismarı və qəza-bərpa sahəsinə mühəndis vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə təyin edilmişdir. İşə əlavə olunmuş 30.08.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı “Mingəçevir Sukanal” İdarəsinin 02 sentyabr 2019-cu ildən Rəhbərlik yanında aparatın 10-cu dərəcə əməyin ödənilməsi dərəcəsi ilə əməyin təşkili üzrə mühəndis vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019cu il tarixli 27-k №-li “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrindən görünür ki, İddiaçı- Rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işə götürənlə əmək müqaviləsi bağlandığına görə 30.08.2019-cu il tarixdən ləğv edilməsi və 07.01.2019-cu il tarixdən 30.08.2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 19 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin 465 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı 02 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019-cu il tarixinədək 3 (üç) ay müddətinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinə 10-cu dərəcə ilə əməyin təşkili üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin 02 sentyabr 2019-cu il tarixli 311-k №-li “əmək müqaviləsinin bağlanması haqqında” əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən 02.09.2019-cu il tarixdən 10-cu dərəcə ilə "xxxx" ASC-nin "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Rəhbərlik yanında aparatına əməyin təşkili üzrə mühəndis vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinin 02 iyun 2021-ci il tarixli 66-k №-li “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, İddiaçı oğlu- Rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Repsublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq 02.06.2021-ci il tarixdən xitam verilməsi və 02.09.2020-ci il tarixdən – 02.06.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 23 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. İşə əlavə olunmuş Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşkilatının 04 №-li 02 avqust 2021-ci il tarixli Arayışından görünür ki, İddiaçı fevral 2007-ci ildən YAP-nın üzvüdür, (p/v403090). 2010-cu ildəb 42 saylı (Su kanal idarəsinin) ərazi ilk partiya təşkilatının sədridir. Eyni zamanda İddiaçı YAP Mingəçevir şəhər təşkilatının X5 sədr müavinidir. İddiaçı partiya fəaliyyətində özünü ciddi, işgüzar prinsipial bir partiya üzvü kimi göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, İddiaçı oğlu 05 mart 1979-cu ildən Mingəçevir Sukanal İdarəsində çalışmışdır. su kəmərlərinin, nasos stansiyalarının istismarı və qəza-bərpa sahəsinə mühəndis vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə təyin edilmişdir. X3 İdarəsinin Texniki istehsalat şöbəsinə 10-cu dərəcə ilə əməyin təşkili üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Lakin bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilmişdir. Məhkəmə işin hallarını əmək qanunvericiliyinin müddəaları əsasında təhlil edib aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır . Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 3-cü hissəsinə əsasən Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İş materiallarından da göründüyü kimi İddiaçı oğlu hazırki vaxta kimi işlədiyi vəzifədə və cavabdeh olan müəssisədə uzun illərdir ki işləyir. Onun əvvəllər və hazırda tutduğu vəzifə daimi xarakter daşımışdır. İddiaçının planlı şəkildə daimi işdən azad olunaraq 3 aylıq müddətli müqavilə əsasında işə qəbul olunması İddiaçı oğlunun hüquqlarının pozulması kimi qiymətləndirilir. Qanunun müəyyən etdiyi bu şərt işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən X2 02 iyun 1982-ci il tarixdə qəbul etdiyi “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı Tövsiyyəsində də nəzərdə tutulmuşdur və əmək hüquqlarının müdafiəsi sahəsində təməl hüquqi təminatlardan biridir. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Həmin maddədə deyilir ki, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsüm işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması, və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Qeyd olunan qanun normasının tələbi ondan ibarətdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilməklə bağlanmasına yol verilmir. Bu qaydadan istisna halı kimi yalnız həmin Məcəllənin 47-ci maddəsində sadalanan hallar müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı oğlunun işdən çıxarılmasının heç bir əsası yoxdur. Onun işdən çıxarılması barədə Mingəçevir Sukanal İdarəsinin tərəfindən verilmiş əmr yuxarıda qeyd olunan əsaslara görə qanunsuz qəbul olunmuşdur. İddiaçı oğlunun işdən azad olunmasının hər hansı əsası olması əmri verən Mingəçevir Sukanal İdarəsinin tərəfindən sübut olunmadı. Bundan əlavə iş materiallarında olan tərəflər arasında bağlanmış 465 saylı əmək müqaviləsindən də görünür ki, müqavilənin nəticə hissəsində imza İddiaçı oğlu tərəfindən icra olunsa da qanuna və kargüzarlıq haqqında təlimata əsasən müqavilənin digər səhifələri imzalanmamışdır. Halbu ki, bir neçə səhifədən ibarət olan müqavilənin hər səhifəsi müqavilə bağlayanlar tərəfindən imzalanmalı və ya qanuna müvafiq olaraq tikilməli olduğu halda yalnız sonuncu vərəq imzalanmışdır. 465 saylı müqavilədə sözügedən müqavilənin müddətli olması qeyd olunmuş vərəq iddiaçı tərəfindən imzalanmamışdır. Bu hal isə öz növbəsində müqavilənin əsassız və işçinin hüquqlarının pozulması və aldatma nəticəsində bağlanmasını ehtimal etməyə zəmin yaradır. Bunun əksini təsdiq edən mötəbər sübutlar isə işə götürən təşkilatın yəni cavabdehin nümayəndəsi tərəfindən sübut oluna bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsi “əmək müaviləsinə xitam verilməsinə dair” əmri çıxararkən Əmək Məcəlləsinin müvafiq maddələrində göstərilmiş prosedur qaydalarını ciddi şəkildə pozmuşdur. Belə ki, əmr verilməzdən əvvəl əmək müqaviləsinə xitam verilməsi məsələsinə dair Həmkarlar İttifaqının iclası keçirilməli həmin iclasın sonunda müvafiq protokol tərtib olunmalı və Həmkarlar İttifaqının sədri əmək müaviləsinə xitam verilməsinə razı olub-olmadığını cavab məktubu ilə həmin müəssisənin rəhbərinə bildirməli idi. Bundan əlavə İddiaçı oğlunun işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərə aid olub-olmamağı araşdırılmamışdır. İş materiallarından da görünür ki, həmin qaydaların heç birinə əməl edilməmiş, işçinin 42 illik əmək stajı nəzərə alınmamışdır. Ona görə də məhkəmə iddianı tam əsaslı hesab edir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər:
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Məhkəmə tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 66-K saylı 02 iyun 2021-ci il tarixli əmri ləğv edilsin, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsinə bərpa olunsun, İddiaçı oğluna 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115, 121-ci maddələrinin və qanunvericiliyin tələbinə görə həmin xərclər məhkəmə işə baxılması ilə əlaqədar olmalıdır. Məhkəmədən kənar, yəni iddia ərizəsinin yazılması və ya iddia ərizəsi ilə bağlı ərizə ərizə məhkəməyə daxil olmazdan əvvəl xərclər həmin məsrəflərə aid edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin X7 MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin 66-K saylı 02 iyun 2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Sukanal idarəsinə rəhbərlik yanında aparatın əməyin təşkili üzrə mühəndis vəzifəsinə bərpa olunsun. İddiaçı oğluna 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
HAKİM: Ələkbər Hüseynov.